Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-645/2022 18.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X4 iştirakı ilə, Şəxs (VÖEN: **********) (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanması üçün səbəb və əsaslar olmuşdur. Belə ki, X12 Şəxs MMC-də diroktor vəzifəsini icra etmiş X6 ilə dostluq münasibətindədirlər. Gəncə şəhəri ərazisinə müəyyən fasilə aralığında gəldiyindən bəzi hallarda Nizami Kərimzadə tərəfindən verilmiş toxum məhsullarını Gəncə şəhəri ərazisində olan şəxsə vermişdir. Həmçinin qeyd olunan MMC-nin rəsmi işçisi olmamışdır. Şəxs MMC ilə heç bir müqaviləsi olmadan işləmiş, eləcə də xidmətlər icra etmişdir. Hüquqi şəxs hesab edilən Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin əlamətləri olduğundan həmin maddə ilə hüquqi şəxs və onun vəzifəli şəxsi, yəni cəmiyyətin direktoru X6 barəsində inzibati icraat başlanılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsasların mövcud olması müəyyən edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən X12 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə, yəni satıcı qismində xidmətlərin göstərilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X7 izahatında bildirdi ki, o, Şəxs MMC-də xx.xx.2021-ci il tarixdən icraçı direktor vəzifəsində işləyir. Ondan əvvəl isə həmin MMC-nin direktoru X6 olmuşdur. Onda olan məlumata görə keçmiş direktorla X12 arasında dostluq münasibətləri olmuş və adı çəkilən həmin şəxsin Şəxs MMC-də əmək qanunvericiliyinin pozulması ilə bağlı əmək münasibətlərinə cəlb edilməsinə dair sübut olmadığından Gəncə şəhər prokurorluğu tərəfindən Şəxs MMC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tam əsassızdır. Belə olan halda Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər prokurorluğunun nümayəndəsi X3 Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və buna görə də Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 10 ildən çoxdur ki, Heydər Əliyev adına X10 "xxxx" MMC-də təsisatçıdır və daimi iş yeri olduğu üçün Şəxs MMC-də qanunvericilikdə nəzərdə tutulmamış qaydada əmək münasibətlərinə girməsi üçün heç bir əsas yoxdur. Şəxs MMC-nin sabiq direktoru X6 ilə dostluq münasibətində olmuş və hal-hazırda da onunla dostluq münasibəti davam edir. Şəxs MMC ilə heç vaxt əmək münasibətləri olmayıb, həmin MMC-nin diroktoru ilə dost olduğu üçün həmin MMC-yə X5 yanına dost kimi gedib-gəlmişdir. O, bəzi vaxtlarda Gəncə şəhərinə, o cümlədən Azərbaycan Respublikasının digər rayonlarına ailəsi ilə birlikdə səfərlər etmişdir. Qeyd edilən vaxt ailəsi ilə birlikdə Gəncə şəhərinə səfər edən zaman həmin MMC-nin rəhbəri, o cümlədən dostu olan X2 şəhərinə göndəriləcək bağlama olduğunu və ondan həmin bağlamanı Gəncə şəhərində olan şəxsə verməsini xahiş etmişdir. O da onunla dostluq münasibətləri olduğuna görə onun xahişini yerinə yetirmişdir. Şəxs MMC ilə əmək münasibətləri ilə bağlı heç bir əlaqəsi olmamış və həmin MMC-də əmək münasibətlərinə cəlb edilməmişdir. Sadəcə olaraq Gəncə şəhərinə gəzmək üçün gələn zaman dostunun xahişi ilə həmin bağlamanı Gəncə şəhərinə gətirmişdir. Məhkəmə proses iştirakçılarının çıxışını və şahidin ifadəsini dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Gəncə şəhər prokurorluğuna daxil olmuş məktubdan görünür ki, uçot məlumatlarına əsasən Şəxs MMC xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN ilə vergi orqanında qeydiyyata alınmışdır. Cəmiyyətin hüquqi ünvanı uçot məlumatlarına əsasən AZ1029, ünvan 1 ünvanında qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər prokurorluğunun müstəntiqinin 06 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs MMC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş toxum məhsullarının qanunsuz satışı ilə məşğul olunması ilə bağlı sonuncunun əməlində Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-ın 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi və Hüquqi şəxs hesab edilən Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin əlamətləri olduğundan həmin maddə ilə hüquqi şəxs və onun vəzifəli şəxsi, yəni cəmiyyətin direktoru X6 barəsində inzibati icraat başlanılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda araşdırma materiallarına əlavə olunmuş X5 şahid qismində ifadəsində X9 Şəxs MMC-də əmək münasibətlərinə cəlb edilməsinə dair hər hansı bir məlumata rast gəlinmədi. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Gəncə şəhər prokurorluğu inzibati icraat zamanı araşdırma apararkən işin hallarına düzgün hüquqi qiymət vermədən, X12 ilə Şəxs MMC arasında əmək münasibətlərinin mövcud olması, həmin şəxsin MMC tərəfindən işə cəlb edilməsi və bununla da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iclasında araşdırılan sübutlarlardan görünür ki, həmin şəxslə MMC-nin arasında əmək münasibətlərinin olmasını təsdiq edən möhtəbər sübut olmadığından qeyd edilən fakt öz təsdiqini tapmır. Belə ki, araşdırılan sübutlardan aydın şəkildə görünür ki, X12 ilə Şəxs MMC arasında heç bir əmək münasibəti olmamışdır. İş materialları və şahid ifadəsi ilə müəyyən olunur ki, hüquqi şəxs və onun vəzifəli şəxsi, yəni Şəxs MMC-nin əvvəlki direktoru olan X6 ilə X9 dostluq münasibətləri olmuş və göstərilən toxumlarla bağlı bağlamanı isə sadəcə olaraq Gəncəyə gəzmək üçün gələn zaman dostunun (Şəxs MMC-nin əvvəlki direktoru) xahişi ilə ondan götürərək Gəncə şəhərinə gətirmişdir. Göründüyü kimi, X12 Şəxs MMC-dən toxumların çatdırılması üçün ödəniş almamış və vəzifə öhdəliyi kimi icra etməmiş, yalnız dost olduqları üçün toxumları aparmışdır. Bununla da hüquqi şəxslə X9 arasında heç bir rəsmi və ya qeyri-rəsmi əmək münasibətlərinin mövcud olması müəyyən edilməmişdir. Həmçinin, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib etmiş orqan tərəfindən sübut qismində təqdim edilmiş “xx.xx.2021-ci il tarixli, 00001 nömrəli toxum satış fakturası” ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən faktura mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin fakturada toxumları təhvil verən Elnur Əliyev və təhvil alan Cavanşir müəllim göstərilsə də, fakturaya imza edilməməklə fakturanın doğruluğu təsdiq edilməmiş və sadə kserosurət olmaqla tərtib edilmişdir. O cümlədən həmin fakturanın Şəxs MMC-yə aid olub-olmamasını təsdiq edən möhtəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə həmin faktura “X16” tərəfindən tərtib edilmişdir. Lakin göstərilən tərtibatçı isə hazırki inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs deyildir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqanın üzərinə düşür. Qeyd edilən orqan Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən yalnız X9 izahatına və xx.xx.2021-ci il tarixli, 00001 nömrəli toxum satış fakturasına istinad etmişdir ki, həmin izahatda göstərilən hallar və satış fakturası məhkəmə iclasında araşdırılan sübutlarla təkzib olunur. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin pozulmasını təsdiq edən hər hansı möhtəbər sübut məhkəməyə təqdim edilmədiyindən hüquqi şəxsin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə də istinad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə Şəxs MMC ilə X12 arasında əmək münasibətlərinin olması faktı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Gəncə şəhər prokurorluğu Şəxs MMC tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və həmin MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs MMC barəsində əsassız inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X12 ilə Şəxs MMC arasında əmək münasibətlərinin mövcud olması sübuta yetmədiyindən MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsasında qeyd edilən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs MMC ilə X12 arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edən möhtəbər sübutlar olmadığından, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Asif Əliyev