Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-647/2022 11.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X25 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X11” X21 nümayəndəsi X17, inzibati xəta haqqında protokolu tərtib etmiş X8 və Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində planlı yoxlama aparılan zaman sertifikasiyasız praktik tibbi fəaliyyət və lisenziyadan kənar xidmət (immunogenetika) üzrə fəaliyyət aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X11” X21 nümayəndəsi X23 inzati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X14 izahatında bildirdi ki, Şəxs MMC-yə məxsus Gəncə şəhəri, H.Əliyev prospekti 60D, 60E və 60F ünvanlarda yerləşən tibbi müəssisəsində 01 sentyabr 2022-ci il tarixdə plan üzrə yoxlama keçirilmişdir. Yoxlama zamanı tibb müəssisəsində bir sıra nöqsanlar aşkar edilmişdir. Həmin nöqsanlardan bir hissəsi hüquqi şəxsin barəsində inzibati məsuliyyət məsuliyyət yaratdığından bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aşkar olunan nöqsanlardan biri tibb müəssisəsinin lisenziyadan kənar tibbi fəaliyyətlə məşğul olmasının aşkar edilməsi olmuşdur. Belə ki, müəssisənin lisenziyasında “immunogenetika” fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulmadığı halda, müəssisənin həmin fəaliyyət növü ilə məşğul olması aşkar edilmişdir. İmmunogenetika dedikdə, şəxslərdən götürülmüş nümunələrin analiz edilməsi nəzərdə tutulur. Tibb müəssisəsində nümunələrin götürülməsi və müqavilə əsasında başqa tibb müəssisəsinə göndərilməsi müəyyən olunmuşdur. Bundan başqa, müəssisədə sertifikasiyadan keçməyən şəxslərin praktik tibbi fəaliyyətə buraxılması aşkar edilmişdir. Belə ki, yoxlama zamanı işçi X5 1994-cü ildə baytarlıq təbabəti ixtisasını bitirməsi, lakin tibb müəssisəsində laborant kimi əmək müqaviləsi üzrə işləməsi, cərrah X12 isə tibbi fəaliyyət göstərmək üçün sertifikasıyasının olmaması aşkar edilmişdir. Bütün bu nöqsanlar yoxlama aktında qeyd olunaraq tibb müəssisəsinin rəhbərliyinin diqqətinə çatdırılmış və yoxlamanın sonunda hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdi və hüquqi şəxsin barəsində qanunla nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən nöqsanları qəbul etmir. Belə ki, protokolda hüquqi şəxsə məxsus tibb müəssisəsində lisenziyadan kənar fəaliyyətlə məşğul olunması qeyd edilsə də, bu tamamilə əsassız bir iraddır. Çünki, tibb müəssisəsində immunogetik fəaliyyətlə məşğul olunmur, müəssisədə sadəcə Covid-19 testi nümunələri götürülərək analizlər olunması üçün müqavilə əsasında bu cür fəaliyyətlə məşğul olmaq icazəsi olan başqa bir tibb müəssisəsinə göndərilir. Bunun üçün isə “İmmunogenetik” lisenziya tələb olumadığı üçün, bu hal lisenziyadan kənar fəaliyyət kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, yoxlama aktında qeyd olunan həkim cərrah X1 tarixi xx.xx.2022-ci il tarixdə bitəcəyindən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ixtisasartırma kursunu keçmək üçün Yevlax MRX-na göndərilməsi ilə bağlı hüquqi şəxsin rəhbərliyi xx.xx.2022-ci il tarixdə əmr vermişdir. Həmin əmrə əsasən həkim Anar Cəfərov xx.xx.2022-ci il tarixdə hüquqi şəxs tərəfindən kurslara cəlb edilmişdir. Daha sonra, müəssisənin struktur bölgüsünə əsasən kadr işlərinin aparılması X16 həvalə edildiyindən, müvafiq işlərin aparılmasına nəzarət həmin şöbəyə həvalə edilmişdir. Lakin, X13 məsul şəxsi tələb olunan sənədləşmə işlərinə vaxtında diqqət yetirməməsi səbəbindən, həkim Anar Cəfərov praktik tibbi fəaliyyətə cəlb olunmuş və X20 tərəfindən müəssisənin rəhbərliyinə bu barədə hər hansı məlumat verilməmişdir. Bununla bağlı yoxlamadan bir gün sonra, fəaliyyətində səhlənkarlığa yol verdiyinə görə həmin Şöbənin rəhbəri X9 xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinə uyğun olaraq əmrlə “töhmət” intizam tənbehi tətbiq edilmişdir. Bundan sonra, həkim cərrah Anar Cəfərov xx.xx.2022-ci il tarixdə sertifikasiya imtahanından müvəffəqiyyətlə keçərək ona növbəti beş il müddətinə sertifikasiya verilmişdir. Yoxlama aktında adı qeyd olunan X10 isə 1994-cü ildə Baytarlıq Təbabəti ixtisasını bitirmiş olsa da, əmək fəaliyyətinə 1995-ci ildə Səhiyyə Nazirliyinin Gəncə Gigiyena və X3 kimi başlamış, artıq 1997-ci ildən vəzifəsi dəyişdirilərək həkim-laborant vəzifəsinə keçirilmişdir. 2008-ci ildən 2016-cı ilədək həkim laborant vəzifəsində işləmişdir. Eyni zamanda Zəminə Abdullayeva tibbi kadrların vahid registrində qeydə alınmış və ona sistem üzrə Səhiyyə Nazirliyi tərəfindən ******* registr kodu verilmişdir. Tibb müəssisəsi isə Zəminə Abdullayeva ilə bağlı göstərilən xüsusatlara istinad edərək onu laborant vəzifəsinə qəbul etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X11 Baş Direktoru tərəfindən qəbul edilmiş 765 nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində planlı yoxlama keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə keçirilən planlı yoxlama Ədliyyə Nazirliyində müvafiq reyestrdə qeydə alınmışdır. İş materiallarında olan Şəxs MMC-də planlı yoxlamanın keçirilməsinə dair 443 nömrəli, xx.xx.2022-ci il tarixli yoxlama aktından görünür ki, aktda hüquqi şəxsə məxsus ünvan 1 ünvanlarda yerləşən tibb müəssisəsində sertifikasiyadan keçmədən tibbi praktiki fəaliyyətlə məşğul olma faktının aşkar edilməsi qeyd edilmişdir. Belə ki, X5 əmək müqaviləsi üzrə laborant (ixtisas üzrə baytarlıq təbabəti 1994), əmək kitabçası üzrə həkim laborant kimi digər müəssisədə fəaliyyət göstərməsi, həkim X19 isə sertifikasiyadan keçməməsi göstərilmişdir. Yoxlama aktında həmçinin tibb müəssisəsində lisenziyadan kənar immunogenetik iş üzrə nümunələrin götürülməsi və müqavilə əsasında göndərilməsinin aşkar edilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X11” Publik Hüquqi şəxsinə daxil olmuş Şəxs MMC-yə aid Məlumatdan görünür ki, Şəxs MMCnin bir çox tibbi ixtisas növləri üzrə tibbi xidmətlər göstərmək üçün lisenziyası olsa da, həmin müəssisənin “İmmunogenetika” fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olmamışdır. İş materiallarında olan Şəxs MMC-nin baş direktoru Gülnar Paşayeva tərəfindən verilmiş 80-k nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Şəxs MMC-də stasionarın həkim-ümumi cərrahı X19 ümumi cərrahiyyə üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Yevlax MRX-na göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İstitutu tərəfindən verilmiş ******* nömrəli şəhadətnamədən görünür ki, X19 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ümumi cərrahiyə üzrə ixtisasartırma kursunda iştirak etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Test imtahanına buraxılış vərəqəsi” və AH 047365 nömrəli, xx.xx.2022-ci il tarixli “Sertifikasiya Şəhadətnaməsi”ndən görünür ki, Şəxs MMC-yə məxsus tibb müəssisəsində həkim-cərrah kimi fəaliyyət göstərən X2 keçmək üçün xx.xx.2022-ci il tarixdə test imtahanına buraxılış vərəqəsini almış və xx.xx.2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanından müvəffəqiyyətlə keçmiş və ona Azərbaycan Respublikası ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən, izahatdan, təftiş aktından və intizam tənbehi verilməsi haqqında əmrdən görünür ki, Şəxs MMC-nin İnsan Resursları üzrə meneceri vəzifəsində işləyən X7 vəzifə öhdəliklərinə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya olunmasına nəzarət etmək daxil olduğu halda, o, praktiki tibbi fəaliyyəti buraxılmaya icazə verən şəhadətnamənin müddəti bitmiş işçiləri, praktiki fəaliyyətə məşğul olmaqdan kənarlaşdırmada nöqsana yol verdiyinə görə, MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli 201/B nömrəli əmrinə əsasən X9 “töhmət” növündə intizam tənbehi tətbiq edilmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və ya hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs MMCnin bir çox tibbi ixtisas növləri üzrə tibbi xidmətlər göstərmək üçün lisenziyası olsa da, həmin müəssisənin “İmmunogenetika” fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olmamışdır. Hüquqi şəxsə məxsus tibbi müəssisəsində keçirilmiş yoxlama zamanı tərtib edilmiş yoxlama aktından və məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarından aydın olur ki, tibb müəssisəsində “immunogenetik” iş üzrə nümunələrin götürülür və analizlərin aparılması üçün müqavilə əsasında başqa bir tibb müəssisəsinə göndərilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X14 özü də izahatında bildirdi ki, “immunogenetik” tibbi xidmət dedikdə, nümunələrin götürülməsi, götürülmüş nümunələrin analiz edilməsi və nəticənin əldə edilməsindən ibarət tibbi fəaliyyət başa düşülür. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, Şəxs MMC-yə məxsus tibbi müəssisəsində yalnız Covid-19 testi üçün nümunələr götürülür, lakin həmin nümunələrin analizi aparılmır. Götürülmüş nümunələr isə hüquqi şəxslə müqavilə bağlamış və müvafiq lisenziyaya malik olan başqa bir tibb müəssisəsinə göndərilir. Məhkəmə hesab edir ki, sadəcə nümunələrin götürülməsindən ibarət olan fəaliyyət “immunogenetik” xidmət hesab oluna bilməz və bu hal hüquqi şəxsin lisenziyadan kənar fəaliyyət göstərməsi kimi qiymətləndirilə bilməz. Odur ki, göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyildir. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsində qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslərin və ya hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş yoxlama aktının məzmunundan görünür ki, aktda Şəxs MMC-yə məxsus tibb müəssisəsində həmçinin sertifikasiyadan keçmədən tibbi praktiki fəaliyyətlə məşğul olma faktının aşkar edilməsi, daha sonra isə tibb müəssisəsində işləyən X5 əmək müqaviləsi üzrə laborant (ixtisas üzrə baytarlıq təbabəti 1994), əmək kitabçası üzrə həkim laborant kimi digər müəssisədə fəaliyyət göstərməsi, həkim X19 isə sertifikasiyadan keçməməsi göstərilmişdir. Hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş sənədlərdən görünür ki, həkim-cərrah X1 tarixi xx.xx.2022-ci il tarixdə bitəcəyindən, o, 2 ay əvvəldən müəssisə rəhbərinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən müvafiq kurslara cəlb edilmişdir. Daha sonra, müəssisənin struktur bölgüsünə əsasən kadrlar işinin aparılması, o cümlədən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya olunmasına nəzarət etmək müəssisənin X16 həvalə edildiyindən, müvafiq işlərin aparılmasına nəzarət etmək həmin şöbəyə tapşırılmışdır. Lakin, X13 məsul şəxsi tələb olunan sənədləşmə işlərinə vaxtı-vaxtında diqqət yetirməməsi səbəbindən, xx.xx.2022-ci il tarixdən sonrakı müddətdə həkim Anar Cəfərov praktiki tibbi fəaliyyətə cəlb olunmuş və X20 tərəfindən müəssisənin rəhbərliyinə bu barədə hər hansı məlumat verilməmişdir. Bununla bağlı, məhz yoxlamanın keçirildiyi gündən bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə X13 rəisinə müəssisə rəhbəri tərəfindən verilmiş əmrlə töhmət elan edilmişdir. Eyni zamanda təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, həkim-cərrah Anar Cəfərov xx.xx.2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanından müvəffəqiyyətlə keçmiş və ona Azərbaycan Respublikası ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Şəxs MMC-nin rəhbərliyi tərəfindən tibbi personalın sertifikasiyadan keçməsi və qanunvericiliyin tələblərinə uyğun şəkildə onların fəaliyyətə cəlb edilməsi üçün bütün lazımi addımlar atılmış, bununla bağlı hüquqi şəxsin heç bir təqsiri olmamış, lakin tibb müəssisəsində işçilərin sertifikasiyadan keçmədən tibbi fəaliyyətə buraxılmamasına lazımi qaydada nəzarət etməli olan X13 vəzifəli şəxsi öz xidməti vəzifəsinə səhlənkar yanaşdığından, buna görə həmin məsul şəxs vəzifəli şəxs kimi cavabdehlik daşımalı idi. Bundan başqa, yoxlama aktında X5 1994-cü ildə ixtisas üzrə baytarlıq təbabətini bitirdiyi, lakin əmək müqaviləsi üzrə laborant kimi fəaliyyət göstərdiyi qeyd olunmuşdur. Lakin, iş materiallarında olan əmək kitabçasının surətindən və ona əlavə edilmiş digər sənədlərdən görünür ki, X10 1994-cü ildə Azərbaycan Aqrar Universitetinin Baytarlıq fakultəsini bitirmiş olsa da, əmək fəaliyyətinə 1995-ci ildə Səhiyyə Nazirliyinin Gəncə Gigiyena və X3 kimi başlamış, 1997-ci ildən vəzifəsi dəyişdirilərək həkim-laborant vəzifəsinə keçirilmişdir. 2008-ci ildən 2016-cı ilədək həkim laborant vəzifəsində işləmişdir. Eyni zamanda Zəminə Abdullayeva tibbi kadrların vahid registrində qeydə alınmış və ona sistem üzrə Səhiyyə Nazirliyi tərəfindən ******* registr kodu verilmişdir. Göründüyü kimi, Zəminə Abdullayeva baytarlıq fakultəsini bitirmiş olsa da, uzun müddət məhz Səhiyyə Nazirliyinin nəzdində olan Gəncə Gigiyena və Epidemiologiya Mərkəzində uzun müddət həkim laborant vəzifəsində işləmiş və Səhiyyə Nazirliyi tərəfindən ona sistem üzrə registr kodu verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibinin olmadığı müəyyən olunduğundan, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli, 01 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X27
Məhkəmə qərarları › İş №3(125)-647/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-647/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver