Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-648/2025 24.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1, Gəncə şəhər Kəpəz Rayon Yol Patrul Xidmətinin inspektrou Nümayəndə iştirakları ilə, Gəncə şəhər Kəpəz Rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər Kəpəz Rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz RYPX inspektoru polis serjantı Nümayəndə xx.xx.2025-ci il tarixdə onun barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Onun barəsində tərtib edilmiş protokolda göstərilir ki, guya o, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “KİA SORENTA MİNİK” markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan hala yol vermişdir. Həmin protokol əsasında yuxarıda qeyd olunan imzibati tənbeh vermə haqqında qərarla o, əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərətdiyinə görə 100 (yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü təyin edilmişdir. Bildirir ki, o, haqqında tərtib edilmiş inzibati xəta haqqında protokolla və müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. O, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Odur ki, həmin maddə ilə işin icraatına xitam verilməli, ona tətbiq edilmiş cərimə silinməlidir. O, bu barədə etirazını protokol yazılan gün də bildirmiş və tələb etmişdir ki, onun pozuntunu hansı qaydada etməyi barədə kamera görüntülərini ona göstərsinlər. Lakin onlar bundan imtina etmişlər. Ona görə ki, belə bir qayda pozuntusu olmamışdı və təbii ki, belə bir görüntü də yoxdur. Bundan sonra ona qarşı edilmiş haqsızlıq barədə o, 102 xidmətinə də məlumat vermişdir. Barəsində tərtib edilmiş protokol və qərar qanunsuz olduğu üçün ləğv edilməli, əsassız olaraq üzərinə yazılmış 100 (yüz) manat cərimə silinməlidir. O, heç bir qayda pozuntusu etməmişdir. Ona görə də başlanılmış icraata xitam verilməlidir. Onun heç bir inzibati xəta törətmədiyini YPX-nin əməkdaşları çox gözəl bilirlər. Odur ki, ona heç bir görüntü göstərə bilmirlər. Qeyd edir ki, hadisə yerinin kamera görüntüləri tələb edilib baxış keçirlərsə, onun söylədiklərinin həqiqət olması ortaya çıxacaqdır. O, xahiş edir ki, əsl həqiqətin ortaya çıxması üçün kamera görüntülərinə baxış keçirisin. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, o, heç bir pozuntu törətməmişdir. O, yol ilə hərəkət etdiyi zaman polis əməkdaşları onu görməmişdir. Polis əməkdaşlarından pozuntunu əks etdirən görüntünü tələb etməsinə baxmayaraq polis əməkdaşları pozuntunu törətdiyi görüntünü ona təqdim etməmişlər. Halhazırda video görüntüyə baxmışdır. Onun narazılığı videogörüntünün təqdim edilməməsindən olmuşdur. Lakin video görüntüyə baxsa da yenə də pozuntunu qəbul etmir. Ona görə də xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Nümayəndə şəxsin inzibati xəta hadisəsini törətməsini əks etdirən DVD diski məhkəməyə təqdim edərək bildirmişdir ki, videogörüntüdən göründüyü kimi, KİA Sorenta minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 tərəfindən yolayrıcı keçmə qaydaları pozulmuş, sola dönən zaman düzünə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməmişdir. Ona görə də X1 barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə, yəni yolayrıcını keçmə qaydalarının pozulmasına görə, onun barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, KİA Sorenta minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 yolayrıcını keçmə qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan video görüntüdən görünür ki, KİA Sorenta minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsində göstərilmişdir ki, Yolayrıcılarının keçilməsi İV. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Həmin qanunun 77-ci maddəsinin İV bəndinə əsassən Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X2 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Gəncə şəhər Kəpəz Rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər Kəpəz Rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-648/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-648/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver