Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-649/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə Şəhəri Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhəri Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs X3 məxsus maşını vurub əzərək sonuncuya 1500 manat zərər vurmuşdur. Nəticədə Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Samux rayonu Bağbanlar kəndində yaşayan X3 məxsus “Audi 6” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən 77 saylı binanın qarşısında Şəxs və X2 tərəfindən yararsız hala salaraq ona 1500 manat maddi ziyan vuran şəxslərin əməllərində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cibnayət işinin başlanması rədd edilmişdir. Bundan başqa X3 məxsus avtomobili yararsız hala salan Şəxs və X1 əməllərində Azərbaycan Respubliksaı İXM-nin 232.1-ci maddəsinin tərkibi yarandığından həmin şəxslərin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, inzibati xəta haqqında protokol xx.xx.2023-ci il tarixdə tərtib olunmuş və xx.xx.2023-cÜ il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş, həmin vaxt isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən 3 ay keçmişdir. Halbuki qanunvericiliyə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbuldiyi gündən 3 ay keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-649/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-649/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver