Məhkəmə qərarları › İş №3(125)-650/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-650/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-650/2024 22.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X4 X7 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası X4 X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X4 X7 İdarəsinin baş müfəttişi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 31 yanvar 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 31 yanvar 2024-cü il tarixdə saat 10:00-da Gəncə şəhəri, Dədə Qorqud küçəsində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi nəticəsində Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında metriallarda göstərilən halları bir daha qeyd edərək barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 15 dekabr 2023-cü il tarixli “yazılı göstəriş” dən görünür ki, Şəxs Gəncə şəhəri Dədə Qorqud küçəsində açıq məkanda yayımlanan “Stomatoloq” adlı obyekdə reklamın yayımlanması dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasınin X4 Gəncə Regional İdarəsinə müraciət etməyi tələb olunmuşdur. “Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli göstəriş xx.xx.2023-cü il tarixdə alıcı vətəndaş Şəxs verilmişdir ADRA X7 İdarəsi tərəfindən Şəxs ünvanlanmış 22 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Şəxs 15 dekabr 2023-cü il tarixli yazılı göstərişin alınmasından 5 (beş) gün müddət keçməsinə baxmayaraq bugünədək icazə almadığı və qanunla müəyyən edilmiş yayım haqqını ödəmədiyi üçün barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmiş və qeyd olunan protokolun tərtib edilməsində iştirak etmək üçün 31 yanvar 2024-cü il tarixdə saat 10:00da Azərbaycan Respublikası X4 X7 İdarəsinə dəvət edilmişdir. Azərbaycan Respublikası X4 X7 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 13 dekabr 2023-cü il tarixli, 1349 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etmək üçün İdarəyə dəvət olunsa da, protokolun tərtib edilməsində iştirak etməmiş və açıq məkanda reklam yerləşdirilməsinə icazə olmadan reklamı yayınlamaqda davam edir. Azərbaycan Respublikası X4 X7 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 19 yanvar 2024-cü il tarixli, 29 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs açıq məkanda reklam yerləşdirilməsinə icazə olmadan reklamı yayınlamaqda davam edir. 31 yanvar 2024-cü il tarixli “Açıq məkanda qanunvericiliyin tələbləri pozumaqla yayımlanan reklamın təsvir olunması barədə” akt tərtib olunmuşdur. “Foto” şəkildən görünür ki, Dədə Qorqud küçəsində “ Stomatoloq” adlı obyektinin üzərində reklam vardır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və onun təqsiri tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta hesab olunur və bu əmələ görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar