Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-651/2023 30.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu, X2 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək müəyyən etdi: X4 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan Gəncə Şəhər Məhkəməsinə şikayət etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X3 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsindən də göründüyü kimi fiziki şəxslər tərəfindən inzibati xəta haqqında işlər üzrə yalnız inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. X1 isə öz şikayətində 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X7 Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi və bu tip şikayətə baxılması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan vermiş olduğu şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-651/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-651/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver