Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-651/2025 10.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, ev 48A, mənzil 14-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 4-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün 10 fevral 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 4-cü Polis Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib olunmuş 10 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, “Bazarstore” supermarketin qarşısında ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X9 izahatında göstərdi ki, X1 Bölməsinə ərizə ilə müraciət edərək Şəxs ondan mebel düzəltmək adı ilə 1300 (min üç yüz) manat pul aldığını və həmin pulu ona qaytarmadığını bildirmişdir. Nəzərov X4 Aynura yalan vədlər verərək hə rdəfə ondan mebel düzəltmək adı ilə behlər almış, lakin nə mebel düzəltmiş, nədə pulu ona geri qaytarmışdır. Onlar Şəxs Polis Bölməsinə gəlməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etmişlər. Lakin o, hərdəfə bəhanələr uyduraraq Polis Bölməsinə getməmişdir. Polis əməkdaşları dəfələrlə onun yaşayış ünvanına getmişlər, lakin o, yaşadığı ünvanda olmamışdır. Bayramova Aynurun qızı onunla başqa instagram hesabı vasitəsi ilə əlaqə saxlamış və ona mebel lazım olduğunu bildirmiş və onlar Gəncə şəhəri, Nəriman Nərimanov prospekti “Bazarstore” supermarketin qabağında görüşmüşlər. Bayramova Aynur onlara zəng edərək Şəxs “Bazarstore” supermarketin yanında olduğunu bildirmişdir. Onlar oraya getmişlər. Şəxs Polis Bölməsinə dəvət etdikləri zaman o, onlara Sahil olmadığını bildirərək Polis Bölməsinə getməyəcəyini bildirmişdir. O, polis əməkdaşlarına müqavimət göstərmişdir. Hətta Bölmədə də səs-küy salmışdır. Növbətçi polis əməkdaşına qarşı fiziki zor göstərmişdir. Onun polis əməkdaşlarına tabe olmaması ilə bağlı videogörüntünü məhkəməyə təqdim etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, X2 ona mebel düzəltməsinə görə ondan 1300 (min üç yüz) manat pul almışdır. O, aldığı pulun qarşılığı olaraq onun evinə mebel qurlaşdırmış, lakin mebelin qapıları olmadığı üçün ona bir az vaxt verilməsin xahiş etmiş, lakin razılıq əldə edilməmişdir. Polis məməkdaşları onun evinə getdikləri zaman o, xəstə olduğu üçün onlarla Bölməyə gedə bilməyəcəyini bildirmişdir. Polis əməkdaşları onu zorla Bölməyə aparmaq isdədikləri zaman o, 102 xidmətinə zəng etmiş və polis əməkdaşları geri qayıtmışlar və o, növbəti gün özü Bölməyə getmişdir. Polis əməkdaşları onu saxladıqları zaman o, onlara qarşı heç bir müqavimət göstərməmişdir, əksi olaraq polis əməkdaşları onu Bölməyə apardıqları zaman ona yumruq zərbələri vurmuşlar. Məhkəmədən barəsində qərar qəbul edilərkən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Şəxs ilə instagram hesabı vasitəsi ilə əlaqə saxlamış. Sahil ona mebel ustası olduğunu bildirmiş. Ona mebel lazım olduğu üçün sahil gəlib onun evində mebeli yerləşdirmək üçün ölçülər götürmüş və ona 200 (iki yüz) manat beh verilməsin istəmiş və onun kartına 200 (iki yüz) manat pul göndərmişdir. Ona iki gün sonra gəlib mebeli qurlaşdıracağını bildirmişdir. Lakin ona hər dəfə zəng etdiyi zaman bəhanələr uydurmuş və ondan pul istəmiş və o, hərdəfə ona istədiyi pulları göndərmişdir. O, bir-iki taxta gətirib onun evinə yerləşdirmiş və ona pulu olmadığını bildirərək ondan pul istəmiş və o, onun kartına qalan pulu göndərmişdir. Lakin o, gəlib onun evində mebel qurlaşdırmamış və ondan aldığı pulları geri qaytarmamışdır. Şəxs onun telefonlarına cavab verməmişdir. O, başqa instagram hesabı vasitəsi ilə onunla əlaqə saxlayaraq görüşmüş və həmin görüş yerinə polis əməkdaşlarınıda dəvət etmişdir. Polis əməkdaşları oraya gəlmiş və onu Bölməyə aparmışlar. O, polis əməkdaşlarına müqavimət göstərərək “məni niyə aparırsız, mən nə etmişəm”kimi ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı X10 ifadəsində bildirmişdir ki, onlar Şəxs dəfələrlə Polis Bölməsinə dəvət etmişlər. Sahil Gəncə şəhəri, 2705 dairəsi ərazisində olduğunu bildirməsinə baxmayaraq polis əməkdaşlarını aldatmış və oraya getməmişdir. Onlar Şəxs yaşayış ünvanına getmişlər, lakin Sahil evdə olmasına baxmayaraq qapını açmamışdır. Onları 102 xidmətinə getməmklə hədələmişdir. O, növbəti gün Bölməyə getdiyi zaman içkili olduğu üçün Bölməyə gəlmədiyini bildirmişdir. Sahil mebel ustası olduğunu bildirərək insanları aldatmış və onlardan pul almış və aldığı pulları onlara geri qaytarmamışdır. Bayramova Aynur onlara müraciət edərək Sahilin “Bazarstore” supermarketin qarşısında olduğunu bildirmişdir. Onlar oraya getmişlər. Şəxs Bölməyə dəvət etmişlər, lakin Sahil onlara onların axtardığı şəxs olmadığını bildirmişdir. Onlar onu fiziki zor hesabına avtomobilə mindirmişlər. Polis Bölməsində onlara müqavimət göstərmiş və onları özünü öldürməklə hədələmişdir. Onlar Sahili saxladıqları zaman mülki geyimdə olmuşlar, səbəbi isə Sahilin polis əməkdaşlarından qaçması olmuşdur. Əgər Sahil onları polis formasında görsə idi oradan qaça bilərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş -Gəncə şəhər BPİ-in 4-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı Elvin Kazımov tərəfindən tərtib edilmiş raportdan görünür ki, vətəndaş X3 Gəncə şəhər BPİ-nin 4-cü PBnə müraciəti ilə bağlı Gəncə şəhər sakini Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhər, Nəriman Nərimanov prospekti “Bazarstore” supermarketin qarşısında 4-cü PB-nə dəvət etsədə, həmin şəxs onun qanuni tələblərinə tabe olmamış, onu dəfələrlə nizam-intizama dəvət etsələr də o daha da sərt şəkildə öz hərəkətlərini davam etdirib, polisin qanuni tələbinə tabe olmamışdır. O onun bu hərəkətlərinə görə barəsində inzibati qaydada tədbir görülməsi üçün həmin şəxsi 4-cü X8 Hissəsinə təhvil vermişdir. - 08 fevral 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 fevral 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. - İş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, Şəxs Polis Bölməsində səs-küy salmış, onların qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi şahid ifadələri ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin hallarından görünür ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onlara müqavimət göstərmiş, onlarla Bölməyə getməkdən imtina etmişdir. Polis əməkdaşları onu zor gücü hesabına avtomobilə mindirmişlər. Şəxs onların ünvanına ucadan səslə nəlayiq ifadələr işlətməyə başlamış, onlarla mübahisə etmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmiş, polisin iş rejimin pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 08 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-651/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-651/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver