Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-652/2024 25.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (vəkili) Nümayəndə iştirakıları ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 07 fevral 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar” qəbul edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda bildirilmişdir ki, hüquqi şəxs -12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1 Məsuliyyətli Cəmiyyət, VÖEN nömrəsi ********** olan, direktoru 22 sentyabr 1985ci ildə Şəmkir rayonu Kür qəsəbəsində anadan olmuş, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 3, mənzil 41-də qeydiyyatda olmaqla yaşayan X32 olan Şəxs - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx xxxxxx 1985-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Bakı şəhəri, «X56» PHŞ-də və "xxxx" MMC-də həkim vəzifəsində işləyən, Bakı şəhəri, xətai rayonu, Telnov küçəsi, ev 7, mənzil 24-də yaşayan Şahid 2022-ci ilin oktyabr ayından 2023-cü ilin sonuna kimi Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 550 A ünvanında yerləşən Şəxs MMC-nin binasında həkim endokrinoloq işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar alınmış izahatlar və aşağıda qeyd olunan sənədlərlə öz təsdiqini tapmışdır. Gəncə şəhəri, Atatürk prospekti, ev 11, mənzil 2-də yaşayan X4 X19 Laboratoriya şöbəsinin müdiri Kənan Hacıyevin həkim səhlənkarlığına yol verməsi barədə müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılmışdır. Material üzrə izahat vermiş X10 bildirmişdir ki, Təqdim olunmuş ərizə ilə tanış olmuş, həmin ərizə onun tərəfindən komputerdə yazılmış və ərizədə olan imza ona məxsusdur. 2022-ci ilin oktyabr ayında ona demişlər ki, Gəncə şəhərində yerləşən Şəxsına Bakı şəhərindən həkim-endokrinoloq Şahid gəlir. Həmin vaxt boğazında şişkinlik və gözündə bərəlmə olduğundan o, 2022-ci ilin oktyabr ayında X26 Şahid qəbuluna getmişdir. Həkim-endokrinoloq Şahid onu müayinə edərək demişdir ki, səndə elmi dildə adı Trioid vəzi xəstəliyi, yəni zəhərli zob xəstəliyi vardır. Aytən həkim onu müayinə edərək Hospitalda UZİ həkiminin yanına göndərmişdir. X20 adını bilmədiyi kişi həkimin UZİ müayinəsində olmuş və o, müayinənin nəticəsinə əsasən boğazında olan trioid vəzi düyününün ölçülərini yazaraq ona vermiş və o, nəticəni aparıb Aytən həkimə təqdim etmişdir. Aytən həkim də müalicəsi ilə bağlı resept yazmışdır. Aytən həkim həmin reseptdə «Triazol 10mq» dərman həbi yazmış və həmin həbi 1 gündə 3 ədədini qəbul etməyi tapşırmış və o, da Aytənin yazdığı resept əsasında həmin həbləri deyilən qaydada qəbul etmişdir. 2023-cü ilin yanar ayının sonları olarmış o Bakı şəhərində «Endo»med özəl klinikasında həkim endokrinoloq işləyən həmin həkim Şahid qəbuluna yenidən getmişdir. Aytən onu müayinə edərək TSH, T3, T4, qanın ümumi analazindən və D vitaminindən analiz verməyi tapşırmış və o, deyilənlərdən analiz verərək nəticəsini Aytən həkimə vermişdir. Həmin analizlərin nəticəsinə əsasən müəyyən olunmuşdur ki, onun boğazında olan zob vəzlərinin ölçüsü kiçilib, lakin D vitaminin səviyyəsi aşağıdır. Həkim- endokrinoloq həmin analizin nəticəsinə görə ona yenidən «Triazol» həbi və D vitamininə aid adını xatırlamadığı şüşə qabda olan maye dərman və adını bilmədiyi başqa kapsul həbi yazmışdır. O, həmin dərmanları aptekdən alaraq 3 ay qəbul etmişdir. O, 30 aprel 2023-cü il tarixdə yenidən X26 gedərək həmin vaxt Gəncə şəhərində xəstələri qəbul edən həkimendokrinoloq Şahid qəbulunda olmuşdur. Onun tapşırığına əsasən qanın kliniki analizini, biokimya analizi və Hormonal müayinələrdən analiz vermiş, analizin nəticələrini gətirib Şahid təqdim etdikdə sonuncu analizlərin cavabına baxaraq ona demişdir ki, «Triazol» həbini içməyi davam etdir və 10 sentyabr 2023-cü il tarixdə yenidən qəbuluma gələrsən. Şahid həmçinin adlarını hazırda xatırlamadığı digər 2 adda həb şəkilində dərman yazmışdır. O, da həmin reseptlər əsasında dərmanları alaraq qəbul etmişdir. 26 iyun 2023cü il tarixdə o, ailə qurmuş, hamiləliklə bağlı 05 sentyabr 2023-cü il tarixdə Gəncə şəhər, A.Səhhət adına xəstəxananın mama-ginekoloq həkim Yeganə Əsgərovanın qəbulunda olmuş, Yeganə onu ultrasəs müayinədən keçərək nəticəsini ona gətirməyi üçün Gəncə şəhərində yerləşən «Doktor Aygün» Tibb Mərkəzinə göndərmişdir. Həmin X3 ultrasəs müayinəsindən keçirərək nəticəni təqdim etmiş və həmin nəticəni aparıb Yeganə Əsgərovaya təqdim etmiş, o da nəticəyə baxaraq hamiləliyin normal davam etməsini bildirmişdir. 10 sentyabr 2023-cü il tarixdə yenidən Gəncə şəhərində yerləşən X26 getmiş, həkim- endokrinoloq Şahid tapşırığına əsasən X29, Hormonal müayinələrdən, infeksiyadan, biokimyadan və Koaquloqrammadan analizlər vermiş və həmin analizlərin cavabını alaraq gətirib Aytən həkimə təqdim etmişdir. Aytən həkim nəticələrə baxaraq ona demişdir ki, infeksiya analizinin nəticəsinə görə səndə 3,36 nti-HCV total virusu, yəni Hepatit C virusu aşkar edilmişdir. Aytən həkim zobuma görə «propositil» və «folzed A» (fol turşusu) dərmanları yazmış və analizin nəticəsinə görə aşkarlanan Hepatit C virusu ilə bağlı gedib ginekoloq həkimi ilə məsləhət etməyini tapşırmışdır. O, Memorial Hospitaldan çıxan vaxt, yəni həftənin bazar günü adını bilmədiyi qeydiyyatçı xanım ona demişdir ki, sizin analizinizin birinin cavabı hələ çıxmayıbdır, cavab həftənin 2-ci günü çıxacaqdır, lakin ona hansı analizin cavabının çıxmamasını deməmişdir. O, həftənin 2-ci günü, yəni 12 sentyabr 2023-cü il tarixdə telefonla Memorial Hospitalla əlaqə saxlamağa çalışsa da telefonlara cavab verən olmamışdır. 13 sentyabr 2023-cü il tarixdə o, istifadəsində olan 055.848.89.96 mobil nömrəsindən Memorial Hospitalın 070.528.97.97 mobil nömrəsinə Vatsapp xidməti vasitəsilə analizinin cavabının çıxıb-çıxmaması ilə bağlı mesaj yazmışdır. Memorial Hospitalın həmin nömrəsindən onun mobil nömrəsinə Vatsapp vasitəsilə analizin cavabını göndərmişlər. Həmin analizin cavabında Hepatit C virusunun olub-olmaması ilə bağlı nəticə olmamışdır. O, buna görə yenidən “watsapp” vasitəsilə Şəxs MMC ilə əlaqə nömrəsinə mesaj yazmış və onlar 10 sentyabr 2023-cü il tarixdə verdiyi analizin nəticəsi olaraq infeksiya analizinin 11 sentyabr 2023-cü il tarixli cavabını “watsapp” vasitəsilə ona göndərmişlər. O, Şəxs MMC--nin10 sentyabr 2023-cü il tarixli infeksiya analizinin cavabı ilə 11 sentyabr 2023-cü il tarixli cavabının kəskin fərqləndiyi barədə əlaqə telefonu vasitəsilə Şəxs MMC-nin tanımadığı işçisinə məlumat vermiş və sabah hospitala gələcəyini demişdir. Onun 10 sentyabr 2023-cü i tarixdə Şəxs MMC-də infeksiyadan verdiyi analizin 10 sentyabr 2023-cü il tarixli cavabında qeyd olunmuşdur ki, onda 3,36 nti-HCV total virusu, yəni Hepatit C virusu vardır və nəticə cavabında pozitiv yazısının qabağına + işarəsi qoymuşdur, eyni analizin 11 sentyabr 2023-cü il tarixli cavabında isə qeyd olunmudur ki, onda 0,456 nti-HCV total virusu, yəni Hepatit C virusu vardır və nəticəyə neqativ - işarəsi qoymuşdur. O, 14 sentyabr 2023- cü il tarixdə X26 gedərək 11 sentyabr 2023-cü il tarixli İnfeksiya analizinin cavabını götürmüş və Hospitalın laboratoriyasının müdiri və Hospitalın baş həkimi olan Kənan Hacıyevlə görüşmüş, ondan 10 sentyabr 2023-cü il tarixli infeksiya analizinin 10 sentyabr 2023-cü il tarixli cavabı ilə 11 sentyabr 2023-cü il tarixli cavabının nəticəsinin nəyə görə bir-biri ilə kəskin fərqlənməsinin səbəbini soruşmuş, Kənan ona demişdir ki, ola bilər Siz nə vaxtsa Hepatit C xəstəliyi keçirmisiniz ona görə cavab elə çıxmışdır və yaxud da elə ola bilər ki, bütün insanlarda o, xəstəliyə meyillilik var və Siz də nə vaxtsa bu xəstəliyi keçirmisiniz, ona görə nəticə elə olmuşdur, hansı xəstəxanada analiz versəniz cavab pozitiv çıxacaqdır. O, da Kənana demişdir ki, «infeksiva ilə bağlı Sizin analizinizin 2 cavabı bir-biri ilə fərqlənir, huna görə Sizin digər analizlərinizin də cavabına şübhə edirəm, analizlərə görə mənim Sizə ödədiyim 236 manat pulu geri qaytarın, ya da yenidən analiz götürün». Kənan Hacıyev də ondan yenidən Hepatit C ilə bağlı analiz olan qan nümunəsi götürmüş və cavabın 2 saata cıxacağını bildirmişdir. O, bundan sonra Hospitaldan çıxaraq Gəncə şəhərində yerləşən «Doktor Aygün» Tibb Mərkəzinə gedərək orada da sidiyin ümumi analizini və qandan Hepatitlər analizi vermişdir. 15 sentyabr 2023-cü il tarixdə götürdüyü «Doktor Aygün» Tibb Mərkəzinin 14 sentyabr 2023-cü il tarixli cavabında Hepatit analizinin nəticəsinə görə onda Hepatit C «HCV» 0,237-neqativ olması yazılmışdır. 14 sentyabr 2023-cü il tarixdə o, X19 070.528.97.97 mobil nömrəsinə zəng edərək hepatit analizinin cavabını soruşmuş və telefona cavab verən qeydiyyatçı xanım ona bildirmişdir ki, cavab iki gündən sonra çıxacaqdır. O, 2 gündən sonra, yəni 16 sentyabr 2023-cü il tarixdə yenə hospitala zəng vurmuş, telefona cavab verən xanım bildirmişdir ki, hepatit analizinin cavabı 3 saata çıxacaqdır. O, həmin xanıma demişdir ki, «Kənan Hacıyevə deyin ki, Gəncə şəhərində «Doktor Aygün» Tibb Mərkəzində analiz vermişəm və həmin analizin cavabı neqativ çıxmışdır, mən sizin analizlərin cavabına inanmıram, hər dəfə cavaba bir şey yazırsınız, ona görə də baş həkim və laboratoriya müdiri olan Kənan Hacıyevə deyin mənim pulumu qaytarsın». Qeydiyyatçı xanım da ona demişdir ki, o, bu barədə qeydiyyat apara bilməz və Kənan Hacıyevə heç nə deyə bilməz. O, 3 saatdan sonra yenə analizin cavabına görə zəng vurduqda hospitalın ***-***-**-** mobil nömrəsindən “watsapp” zəngi ilə ona demişlər ki, analizin nəticəsi neqativ çıxmışdır. Həmin analizin nəticəsini qeydiyyatçı xanım “watsapp” xidməti vasitəsilə onun telefonuna göndərmişdir. Şəxs MMC-nin 16 sentyabr 2023-cü il tarixli PCR analizinin nəticəsində göstərilmişdir ki, analizin nəticəsi neqativ çıxmışdır, lakin faiz dərəcəsi göstərilməmişdir. 19 sentyabr 2023-cü il tarixdə o, Hospitalın 070.528.97.97 mobil nömrəsinə “watsapp”-da “Leobank”a məxsus elektron kartın fotoşəkilini çəkərək göndərib mesaj yazmışdır ki, «ödədiyim 271 manat pulun 35 manatını, yəni həkimə verdiyim pulu istəmirəm, lakin 236 manat analizə görə aldığınız pulu karta göndərin». Qeydiyyatçı xanım da ona yazmışdır ki, Sizin analizləriniz artıq işlənib Sizə əlavə ödəniş olmayacaqdır. O, da bundan sonra şikayət etmək qərarına gəlmişdir. Hesab edir ki, “Şəxs MMC-nin baş həkimi və laboratoriya müdiri Kənan Hacıyev həkim səhlənkarlığına yol verərək və ya qəsdən götürdüyü analizləri xüsusi aparatda yoxlamadan özündən müxtəlif cavablar yazaraq ona verdiyindən onun eyni analizin nəticəsinə görə yazdığı cavablar arasında kəskin fərq olmuş, analizin birində onun Hepatit C virusu xəstəsi olmağını deyərək hamilə vaxtında stress keçirməyinə səbəb olmuş, sonradan isə o, etiraz etdiyimdən ona hepatit C virusunun neqativ olması barədə cavab yazıb vermişdir.Hacıyev Kənar Hicran oğlu izahatında bildirmişdir ki, 2009-cu ildə Azərbaycan Tibb İnuversitetinin tibbi biologiya ixtisasını bitirmiş, 2009-cu ildən Tibb sahəsində işləyir. 15 avqust 2022-ci ildən X19 laboratoriya müdiri, 01 fevral 2023-cü il tarixdən isə X27 baş həkimi işləməklə, həmçinin laboratoriya müdiri vəzifəsini də icra etmiş, lakin laboratoriya müdiri vəzifəsini də icra etməyə görə nəlavə əmək haqqı almır. X19 direktoru Şəmkir rayon sakini X23r. X8 tanıyır, onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. X10 2022-ci ilin oktyabr ayında Bakı şəhərindən Gəncə Memorial xəstəxanasına gələrək xəstələri qəbul edən həkim endokrinoloq Şahid qəbulunda olaraq boğazında olan şişkinlik, yəni trioid vəzi xəstəliyinə, həmçinin gözündə olan bərəlmə xəstəliyinə görə müalicə almışdır. Gülnarə Əliyeva 30 aprel 2023-cü il tarixdə Gəncə Memorial xəstəxanasında xəstələri qəbul edən həkim endokrinoloq Şahid yenidən qəbulunda olmuş və həkimin tapşırığına əsasən qanın kliniki analizini, biokimya analizi və Hormonal müayinələrdən analiz vermiş, lakin analizlərin nəticəsi ilə bağlı narazılığı olmamışdır. Gülnarə Əliyeva 10 sentyabr 2023-cü il tarixdə yenidən X26 gələrək xəstələri qəbul edən həkim endokrinoloq Şahid qəbulunda olmuş, Həkim-endokrinoloq Şahid tapşırığına əsasən X29, Hormonal müayinələrdən, infeksiyadan, biokimyadan və Koaquloqrammadan analizlər vermiş və həmin analizlərin cavabını alaraq aparıb Aytən həkimə təqdim etmişdir. Aytən həkim nəticələrə baxaraq ona demişdir ki, infeksiya analizinin nəticəsinə görə səndə 3,36 nti-HCV total virusu, yəni Hepatit C virusu aşkar edilmişdir. Aytən həkim zobuna görə Gülnarə Əliyevaya dərmanları yazmış və analizin nəticəsinə görə aşkarlanan Hepatit C virusu ilə bağlı gedib ginekoloq həkimi ilə məsləhət etməyi tapşırmışdır. Gülnarə Əliyevadan 10 sentyabr 2023-cü il tarixdə analizləri X19 laboratoriya şöbəsinin tibb bacısı X24 götürmüş, həmin analizləri X5 Cobas Roche 411 markalı xemiluminasiya cihazında yoxlamış, həmin cihaz nəticəni komputerə göndərmiş, laboratoriya şöbəsinin laborantı X42 isə 10 sentyabr 2023-cü il tarixli nəticəni komputerdən çıxararaq X2 vermişdir. X2 10 sentyabr 2023-cü il tarixli infeksiya cavabında nti-HCV total 3,36 olmaqla Hetapit C virusunun olması göstərilmişdir, lakin 11 sentyabr 2023-cü il tarixli həmin infeksiya analizinin təsdiqləyici cavabında anti-HCV total virusunun nəticəsinin 0,456 olması, yəni Hepatit C virusunun nəticəsinin neqativ olması bildirilmişdir. HCV total virusunun nəticəsi 50-dən aşağı olduqda xəstədən götürülən qan analizi Elisa üsulu ilə eyniadlı cihazda yoxlanılaraq yeni təsdiqləyici nəticə cavabı çıxarılır. Gülnarə Əliyevada birinci analizdə onda Hepatit C virusunun olması aşkar olunsa və nəticə pozitiv olmasına baxmayaraq təsdiqləyici testdə onda Hepatit C virusunun olması öz təsdiqini tapmamışdır. Həmin nəticələr laboratoriya müdiri kimi komputerdə avtomatik olaraq onun imzası ilə təsdiqlənmiş cavabla xəstəyə Gülnarə Əliyevaya verilmişdir. X53 həmin nəticələrdən narazı qalaraq 14 sentyabr 2023-cü il tarixdə onun yanına gəlmiş, o, Gülnarəni dinləyərək yenidən onun analizinin PZR-polimerləşmiş zəncirvari reaksiyalar üsulu ilə yoxlanılaraq onda hepatit C virusunun olub-olmaması ilə bağlı analiz verməsi üçün həmin günü Hospitalın laboratoriya şöbəsində olan tibb bacıları X6 və X7 yanına göndərmişdir. Onlar da Əliyeva Gülnarədən qan analizi götürmüş və həmin analizlər Bakı şəhərinə Memorial Klinikaya göndərilmiş, analizlər 15 sentyabr 2023-cü il tarixdə X22- Gene Q analizatorunda yoxlanılmış və 16 sentyabr 2023-cü il tarixdə Bakı Memorial Klinikasından gələn cavabın əsasında Laboratoriya müdiri olmaqla onun imzası ilə təsdiq olunmuş laboratoriya cavabı X53ya verilmişdir. Həmin cavabda Gülnarə Əliyevada HCV (RNA)-kəmiyyət nəticəsi neqativ olaraq göstərilmiş, yəni hepatit C virusu aşkar edilməmişdir. X53 10 sentyabr 2023- cü il tarixli nəticə ilə 11 sentyabr və 16 sentyabr 2023-cü il tarixli nəticələr arasında ziddiyət olmasını deyərək Hospitala ödədiyi 236 manat pulu geri istəmiş, lakin hospitalda analizlərin verilməsi pullu xidmət olduğundan onun pulu geri qaytarılmamışdır. Hazırda da Gülnarə Əliyevaya analizlərə görə 10 sentyabr 2023-cü il tarixdə ödədiyi 236 manat pulu geri qaytarmaq fikirində deyillər. Cobas Roche 411 markalı xemiluminasiya cihazında qanın analizi infeksiyaya görə yoxlananda olur ki, həmin cihaz nəticəni hepatit virusunun pozitik olması kimi göstərir, onlar həmin cavabı xəstəyə verirlər, lakin buna baxmayaraq xəstənin qan analizini yenidən təsdiqləyici test vasitəsilə yoxlayır və təsdiqləyici testin də cavabını xəstəyə təqdim edirlər. Gülnarə Əliyevada da Cobas Roche 411 markalı xemiluminasiya cihazında qanın analizi infeksiyaya görə yoxlananda hepatit C virusunun olması aşkar olunmuş və nəticə pozitiv olaraq göstərilmiş, lakin təsdiqləyici testdə isə nəticə neqativ çıxmışdır və onlar da hər iki nəticəni xəstəyə vermişlər. Gülnarə Əliyevanın qan analizinin Gəncə şəhərində «Doktor Aygün» klinikasında hansı üsulla yoxlanılması və 14 sentyabr 2023-cü il tarixdə qan analizi verdiyi halda elə həmin günü də analizin cavabının verilməsini barədə bir söz deyə bilmir. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 778/KEŞ nömrəli rəyində gösətrilmişdir ki, “X38”nın laboratoriya şöbəsində Gülnarə Əliyevada xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin pozitiv, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təkrar aparılmış müayinələrdə isə neqativ olduğu müəyyən edilmişdir. “Doktor Aygün” X44 Əliyevaya xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin neqativ olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğu düzgün müəyyən edilməmişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. Tibbi avadanlıqların müayinələrin yoxlanılmasına qadir olub-olmamasının təyini məhkəmətibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcsinin təyini nəzərə alınmır. Komisyon məhkəmə-tibbi ekspertizası tərəfindən xx.xx.2023-cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğunun düzgün müəyyən edilməməsi, bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndinin pozulması qeyd olunsada ekspert rəyində həmin 70 saylı əmrin hansı bəndinin və kim tərəfindən pozulması göstərilməmiş, bundan başqa ekspert qarşısında qoyulan suallara tam və dolğun cavab verilmədiyindən material üzrə 15 noyabr 2023-cü il tarixdə təkrar həkim işinə dair məhkəmə-tibbi ekspertizası təyin edilərək keçirilmişdir. Təkrar həkim işinə dair məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2024-cü il tarixdə şəhər prokurorluğuna daxil olmuş 25 dekabr 2023-cü il tarixli, 901/KEŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, «X38»nın laboratoriya şöbəsində Gülnarə Əliyevada xx.xx.2023- cü il tarixdə «Hepatit C» virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin pozitiv, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təkrar aparılmış müayinələrdə isə neqativ olduğu müəyyən edilmişdir. «Doktor Aygün» X44 Əliyevaya xx.xx.2023-cü il tarixdə «Hepatit C»virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayiənnin neqativ olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən,xx.xx.2023- cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı «Hepatit C» virusunun pozitiv olduğu düzgün müəyyən edilməmişdir. Belə ki, «hepatit C» virusunun müayinəsi zamanı ya qan müayinəsi düzgün götürülməmiş, ya da avadanlıqla bağlı qüsurla əlaqədar yalnış pozitiv nəticə verilmişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1 bəndi (ona həvalə olunmuş vəzifə və öhdəliklərin keyfiyyətli həyata keçirilməsi) pozulmuşdur və buna məsul şəxs həkim laborantdır. Tibbi avadanlıqların müayinələrin yozlanılmasına qadir olub-olmamasının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Qərarda 6-cı sualda qarşıya qoyulan sualın cavablandırılması məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. X32 izahatında bildirmişdir ki, 2008-ci ildə Azərbaycan Tibb İnuversitetinin stomatologiya fakultəsinin stomatologiya ixtisasını bitirmiş, 2006-cı ildən Tibb sahəsində işləyir. 23 iyul 2020-ci il tarixdən Şəxs MMC-nin direktoru vəzifəsində işləyir. Hacıyev Kənan Hicran oğlu 15 avqust 2022-ci ildən X19 laboratoriya müdiri, 01 fevral 2023-cü il tarixdən isə X19 baş həkimi işləməklə, həmçinin laboratoriya müdiri vəzifəsini də icra etmiş, lakin laboratoriya müdiri vəzifəsini də icra etməyə görə əlavə əmək haqqı almır. X43” MMC Bakı şəhərində yerləşən Memorial Klinika MMC-nin törəmə şirkəti olmaqla təsisçisi Mahir Ramazanova məxsusdur. X8 şəxsən tanımır. Onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. Sonradan baş həkim və ixtisası laborant həkim olduğundan laboratoriya müdiri vəzifəsini icra edən Kənan Hacıyevin ona deməsinə görə X10 2022-ci ilin oktyabr ayında Bakı şəhərindən Gəncə Memorial xəstəxanasına gələrək xəstələri qəbul edən həkim endokrinoloq Şahid qəbulunda olaraq boğazında olan şişkinlik, yəni trioid vəzi xəstəliyinə və gözündə olan bərəlmə xəstəliyinə görə müalicə almışdır. Gülnarə Əliyeva 30 aprel 2023-cü il tarixdə Gəncə Memorial xəstəxanasında xəstələri qəbul edən həkim endokrinoloq Şahid yenidən qəbulunda olmuş və həkimin tapşırığına əsasən qanın kliniki analizini, biokimya analizi və Hormonal müayinələrdən analiz vermiş, lakin analizlərin nəticəsi ilə bağlı narazılığı olmamışdır. Gülnarə Əliyeva 10 sentyabr 2023-cü il tarixdə yenidən X26 gələrək xəstələri qəbul edən həkim endokrinoloq Avtən Rzayevanın qəbulunda olmuş, Həkim-endokrinoloq Şahid tapşırığına əsasən hospitalda X29, Hormonal müayinələrdən, infeksiyadan, biokimyadan və Koaquloqrammadan analizlər vermiş və həmin analizlərin cavabını alaraq aparıb Aytən doktora təqdim etmişdir. Şahid nəticələrə baxaraq ona demişdir ki, infeksiya analizinin nəticəsinə görə səndə 3,36 nti- HCV total virusu, yəni Hepatit C virusu aşkar edilmişdir. Aytən həkim zobuna görə Gülnarə Əliyevaya dərmanlar yazmış və analizin nəticəsinə görə aşkarlanan Hepatit C virusu ilə bağlı gedib ginekoloq həkimi ilə məsləhət etməyi tapşırmışdır. Gülnarə Əliyevadan 10 sentyabr 2023-cü il tarixdə analizləri X19 laboratoriya şöbəsinin tibb bacısı X24 götürmüş, həmin analizləri X5 Cobas Roche 411 markalı xemiluminasiya cihazında yoxlamış, həmin cihaz nəticəni komputerə göndərmiş, laboratoriya şöbəsinin laborantı X42 isə 10 sentyabr 2023-cü il tarixli nəticəni komputerdən çıxararaq laboratoriya şöbəsinin müdiri Kənan Hacıyevin imzası ilə təsdiqlənmiş formada X2 vermişdir. X2 10 sentyabr 2023-cü il tarixli infeksiya cavabında nti-HCV total 3,36 olmaqla Hetapit C virusunun olması göstərilmiş, lakin 11 sentyabr 2023-cü il tarixli həmin infeksiya analizinin təsdiqləyici cavabında anti- HCV total virusunun nəticəsinin 0,456 olması, yəni Hepatit C virusunun nəticəsinin neqativ olması bildirilmişdir. HCV total virusunun nəticəsi 50-dən aşağı olduqda xəstədən götürülən qan analizi Elisa üsulu ilə eyniadlı cihazda yoxlanılaraq yeni təsdiqləyici nəticə cavabı çıxarılır. Gülnarə Əliyevada birinci analizdə onda Hepatit C virusunun olması aşkar olunsa və nəticə pozitiv olmasına baxmayaraq təsdiqləyici testdə onda Hepatit C virusunun olması öz təsdiqini tapmamışdır. Həmin nəticələr laboratoriya müdiri kimi komputerdə avtomatik olaraq Kənan Hacıyevin imzası ilə təsdiqlənmiş cavabla X53ya verilmişdir. X53 həmin nəticələrdən narazı qalaraq 14 sentyabr 2023-cü il tarixdə baş həkim Kənan Hacıyevin yanına gəlmiş, Kənan həkim onu dinləyərək yenidən onun analizinin Hospitalın öz hesabına ödənişsiz olaraq PZR-polimerləşmiş zəncirvari reaksiyalar üsulu ilə yoxlanılaraq onda hepatit C virusunun olub-olmaması ilə bağlı analiz verməsi üçün həmin günü Hospitalın laboratoriya şöbəsində olan tibb bacıları X6 və X7 yanına göndərmişdir. Həmin tibb bacıları Əliyeva Gülnarədən qan analizi götürmüş və həmin analizlər Bakı şəhərinə Memorial Klinikaya göndərilmiş, analizlər 15 sentyabr 2023cü il tarixdə X22-Gene Q analizatorunda yoxlanılmış və 16 sentyabr 2023-cü il tarixdə Bakı Memorial Klinikasından gələn cavabın əsasında Laboratoriya müdiri kənan Hacıyevin imzası ilə təsdiq olunmuş laboratoriya cavabı X53ya verilmişdir. Həmin cavabda Gülnarə Əliyevada HCV (RNA)- kəmiyyət nəticəsi neqativ olaraq göstərilmiş, yəni hepatit C virusu aşkar edilməmişdir. X53 10 sentyabr 2023-cü il tarixli nəticə ilə 11 sentyabr və 16 sentyabr 2023-cü il tarixli nəticələr arasında ziddiyyət olmasını deyərək 10 sentyabr 2023-cü il tarixdə ümumi analizlərinə görə Hospitala ödədiyi 236 manat pulu geri istəmiş, lakin hospitalda analizlərin verilməsi pullu xidmət olduğundan onun pulu geri qaytarılmamışdır. X45 şikayətçi olmasın deyə onun analizlərə görə 10 sentyabr 2023-cü il tarixdə ödədiyi 236 manat pulu tamamilə geri qaytaracaqdır. Cobas Roche 411 markalı xemiluminasiya cihazında qanın analizi infeksiyaya görə yoxlananda olur ki, həmin cihaz nəticəni hepatit virusunun pozitiv olması kimi göstərir, Hospital həmin cavabı xəstəyə verir, lakin buna baxmayaraq xəstənin qan analizini yenidən təsdiqləyici test vasitəsilə yoxlayır və təsdiqləyici testin də cavabını xəstəyə təqdim edir. Gülnarə Əliyevada da Cobas Roche 411 markalı xemiluminasiya cihazında qanın analizi infeksiyaya görə yoxlananda hepatit C virusunun olması aşkar olunmuş və nəticə pozitiv olaraq göstərilmiş, lakin təsdiqləyici testdə isə nəticə neqativ çıxmış və Hospital da hər iki nəticəni xəstəyə vermişdir. Gülnarə Əliyevanın qan analizinin Gəncə şəhərində «Doktor Aygün» klinikasında hansı üsulla yoxlanılması və 14 sentyabr 2023-cü il tarixdə qan analizi verdiyi halda elə həmin günü də analizin cavabının hansı əsasla verilməsi barədə bir söz deyə bilmir. 10 sentyabr 2023-cü il tarixdə X30 müraciət edəndə Hospitalın tibb qeydiyyatçıları X33, 14 sentyabr 2023cü il tarixdə tibb qeydiyyatçısı X12, X25, X34 olmuş, 16 sentyabr 2023-cü il tarixdə X15, X13, X25 və X34 olmuşlar. "xxxx" MMC-nin direktoru olaraq hospitala həkimləri, tibb bacılarını və tibb qeydiyyatçılarını işə o, götürür və onların işə götürülmə əmrini o, verir. İşçilərin işə götürülməsi ilə bağlı əmək müqaviləsi işçi ilə MMC-nin direktoru olaraq onun arasında bağlanır. Həkim-endokrinoloq Şahid Bakı şəhərindən gələrək müxtəlif tarixlərdə “X43» MMC-də xəstələri qəbul etməyi ilə bağlı onunla Şəxs MMC arasında hər hansı bir müqavilə bağlanmamış, o qonaq həkim qismində gələrək Şəxs MMC-də xəstələri ödənişli olaraq qəbul etmiş, həkim-endokrinoloq Şahid xəstələri qəbul etməsinə görə qəbul pulu Şəxs MMC-nin kassasına ödənilmiş, həmin puldan vergi pulu çıxıldıqdan sonra qalan pulun 50%-i nəğd formada Şahid özünə verilmişdir. Gülnarə Əliyevanın da Şəxs MMC-yə həkim endokrinoloq Şahid qəbuluna və müayinələrinə görə ödədiyi puldan vergi pulu çıxıldıqdan sonra qalan pulun 50- %-i nəğd şəkildə Şahid verilmişdir. X24 izahatında bildirmişdir ki, 2005-ci ildə X54 tibb bacısı ixtisasını bitirmiş, 01 may 2021-ci ildən əmək müqaviləsi ilə X43 MMC-nin laboratoriya şöbəsinin tibb bacısı vəzifəsində işləyir. X43 MMC-nin baş həkimi və laboratoriya müdiri Hacıyev Kənan Hicran oğludur. X19 direktoru X23r. X8 tanıyır. Onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. X10 dəfələrlə X43 MMC-yə gəlib Bakı şəhərindən gələn həkim- endokrinoloq Şahid qəbulunda olmuş və Aytən həkimin tapşırığına əsasən Hospitalda müəyyən analizlər vermişdir. Gülnarə Əliyeva 10 sentyabr 2023-cü il tarixdə yenidən X26 gələrək xəstələri qəbul edən həkim endokrinoloq Şahid qəbulunda olmuş, Həkim-endokrinoloq Şahid tapşırığına əsasən X29, Hormonal müayinələrdən, infeksiyadan, biokimyadan və Koaquloqrammadan analizlər vermişdir. Gülnarə Əliyevadan 10 sentyabr 2023-cü il tarixdə qan analizini X43 MMC-nin laboratoriya şöbəsinin tibb bacısı olaraq qan analizini o, götürmüş və yoxlanılması üçün Hospitalın laboratoriya şöbəsinə təhvil vermişdir. Həmin analizləri X5 Cobas Roche 411 markalı xemiluminasiya cihazında laboratoriya şöbəsinin laborantı X42 yoxlamış, həmin cihaz nəticəni komputerə göndərmiş, laboratoriya şöbəsinin laborantı X42 isə laboratoriya şöbəsinin müdiri Kənan Hacıyevin imzası ilə təsdiq olunmuş 10 sentyabr 2023-cü il tarixli nəticəni komputerdən çıxararaq X2 vermişdir. Həmin analizin cavabının Gülnarə Əliyevaya o, verməmiş və onun işi Gülnarə Əliyevadan qan analizi götürmək olmuşdur. Laboratoriya şöbəsinin laborantı Aydan Əliyeva 27 dekabr 2023-cü il tarixdə ailə qurmaq məqsədilə tanımadıqları oğlana qoşulub getmiş, onunla telefon əlaqəsi saxlamadığından hansı ünvanda yaşaması barədə məlumatları yoxdur. Aydan Əliyeva 10 sentyabr 2023-cü il tarixdə laboratoriya şöbəsinin tam olmayan analizinin cavabını Gülnarə Əliyevaya vermiş, həmin analizin cavabında isə X31 C virusunun olması pozitiv çıxmış, lakin 11 sentyabr 2023-cü il tarixli tam analiz cavabında isə Gülnarə Əliyevada C virusunun olmaması müəyyən edilmişdir. Gülnarə Əliyeva da həmin bir-birinə zidd olan analiz cavablarından narazı qalaraq 14 sentyabr 2023-cü il tarixdə Hospitalın baş həkimi və laboratoriya şöbəsinin müdiri olan Kənan Hacıyevin qəbulunda olmuş, bundan sonra Hospitalın laboratoriya şöbəsində olan tibb bacıları X6 və X1 Əliyevadan yenidən qan analizi götürmüş və həmin analizin nəticəsində də X31 C virusunun olmaması müəyyən edilmişdir. Gülnarə Əliyeva analizlərin cavabını götürmək üçün isə Hospitalın tibb qeydiyyatçısı X16 ilə telefon əlaqəsi saxlamış və cavabın gecikməsi ilə bağlı aralarında anlaşılmazlıq olmuşdur. X16 izahatında bildirmişdir ki, 01 mart 2022-ci il tarixdən X43 MMC-nin qeydiyyat şöbəsinin tibb qeydiyyatçısı işləyir. Aylıq 400 manat əmək haqqını Azərbaycan Beynəlxalq Bank bankının elektron kartı vasitəsilə alır. X54 tibb bacısı ixtisası üzrə 1-ci kurs tələbəsidir. X43 MMC-nin baş həkimi və laboratoriya müdiri Hacıyev Kənan Hicran oğludur. X19 direktoru X23r. X8 tanıyır. Onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. X10 ayda bir dəfə olmaqla Bakı şəhərindən X43 MMC-yə xəstələri qəbul etməyə gələn həkim- endokrinoloq Şahid qəbulunda olmuş və Aytən həkimin tapşırığına əsasən Hospitalda müəyyən analizlər vermişdir. Gülnarə Əliyeva 10 sentyabr 2023-cü il tarixdə yenidən X26 gələrək xəstələri qəbul edən həkim endokrinoloq Şahid qəbulunda olmuş, Həkim-endokrinoloq Şahid tapşırığına əsasən X29, Hormonal müayinələrdən, infeksiyadan, biokimyadan və Koaquloqrammadan analizlər vermişdir. Gülnarə Əliyevadan 10 sentyabr 2023-cü il tarixdə qan analizini X43 MMC-nin laboratoriya şöbəsinin tibb bacısı X24 götürmüş və yoxlanılması üçün Hospitalın laboratoriya şöbəsinə təhvil vermişdir. Həmin analizləri X5 Cobas Roche 411 markalı xemiluminasiya cihazında laboratoriya şöbəsinin laborantı X42 yoxlamış, həmin cihaz nəticəni komputerə göndərmiş, laboratoriya şöbəsinin laborantı X42 isə laboratoriya şöbəsinin müdiri Kənan Hacıyevin imzası ilə təsdiq olunmuş 10 sentyabr 2023-cü il tarixli nəticəni komputerdən çıxararaq X2 vermişdir. Həmin analizin cavabını Gülnarə Əliyevaya laboratoriya şöbəsinin laborantı Aydan Əliyeva vermişdir. Laboratoriya şöbəsinin laborantı Aydan Əliyeva 27 dekabr 2023cü il tarixdə ailə qurmaq məqsədilə tanımadıqları oğlana qoşulub getmiş, onlarla telefon əlaqəsi saxlamadığından hansı ünvanda yaşaması barədə məlumatları yoxdur. Aydan Əliyeva 10 sentyabr 2023-cü il tarixdə laboratoriya şöbəsinin tam olmayan analizinin cavabını Hospitalın baş həkimi Kənan Hacıyevin imzası ilə təsdiq olunmuş formada Gülnarə Əliyevaya vermiş, həmin analizin cavabında isə X31 C virusunun olması pozitiv çıxmış, lakin 11 sentyabr 2023-cü il tarixli yenə də laboratoriya şöbəsinin müdiri kənan Hacıyev tərəfindən təsdiq olunmuş tam analiz cavabında isə Gülnarə Əliyevada C virusunun olmaması müəyyən edilmişdir. Gülnarə Əliyeva da həmin bir-birinə zidd olan analiz cavablarından narazı qalaraq 14 sentyabr 2023-cü il tarixdə Hospitalın baş həkimi və laboratoriya şöbəsinin müdiri olan Kənan Hacıyevin qəbulunda olmuş, bundan sonra Hospitalın laboratoriya şöbəsində olan tibb bacıları X6 və X1 Əliyevadan yenidən qan analizi götürmüş və həmin analizin nəticəsində də X31 C virusunun olmaması müəyyən edilmişdir. Gülnarə Əliyeva 10 sentyabr 2023-cü il tarixdə həkim Şahid qəbuluna və verəcəyi analizlərə görə ümumilikdə tibb qeydiyyatçısı olaraq ona 271 manat pul ödəmiş, həmin pulun 35 manatı Gülnarə Əliyevanın həkim endokrinoloq Şahid qəbuluna görə alınmış, 236 manat pul isə verdiyi analizələrə görə alınmışdır. Gülnarə Əliyeva analizlərin cavabı ilə bağlı nəticəni öyrənmək üçün onunla əlaqə saxlamış, həmin vaxt analizlərin cavablarının gecikməsi ilə bağlı aralarında xırda anlaşılmazlıq olsa da, sonradan həmin anlaşılmazlığı öz aralarında həll etmişlər. 18 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs MMC-nin mühasibi X17 10 sentyabr 2023-cü il tarixdə həmin Hospitalda verdiyi analizlərə görə ödədiyi 236 manat pulu 18 yanvar 2024-cü il tarixdə X9 geri qaytarmışdır.Bununla da, Hüquqi şəxs - 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1 Məsuliyyətli Cəmiyyət, VÖEN nömrəsi ********** olan, direktoru 22 sentyabr 1985-ci ildə Şəmkir rayonu Kür qəsəbəsində anadan olmuş, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 3, mənzil 41-də qeydiyyatda olmaqla yaşayan X32 olan Şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid 2022-ci ilin oktyabr ayından 2023- cü ilin sonuna kimi Gəncə şəhəri, Ş.l.Xətai prospekti, 550 A ünvanında yerləşən Şəxs MMC-nin binasında həkim endokrinoloq işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə cəlb etməsi faktı öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən hüquqi şəxs -12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1 Məsuliyyətli Cəmiyyət, VÖEN nömrəsi ********** olan, direktoru 22 sentyabr 1985-ci ildə Şəmkir rayonu Kür qəsəbəsində anadan olmuş, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 3, mənzil 41-də qeydiyyatda olmaqla yaşayan X32 olan Şəxs - barəsində Azərbaycan Respublikası lXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs nümayəndəsi (vəkili) Nümayəndə izahatında bildirdi ki, endokrinoloq A.Rzayaeva “qonaq həkim” kimi xəstəxanaya cəlb edilmişdir və bu təcrübə bütün dünya ölkələrində, həmçinin Azərbaycanda geniş yayılmışdır. Əlavə olaraq bildirmişdir ki, Gəncə və ətraf şəhərləri əhatə edən tanınmış tibb müəsisələrinin rəsmi sosial media hesablarında bu barədə kifayət qədər məlumat vardır. O, bildirmişdir ki, endokrinoloq Şahidnm həmin ərəfələrdə digər müəssisələrdə əmək müqaviləsi üzrə çalışmasının sübutu kimi şəhər prokurorluğu müvafiq məlumatları təqdim etməli idi, ən azı həmin məlumatlara birbaşa çıxışı vardır. Bunu qərəzli şəkildə etmədiyinə görə onlar vəkil sorğusu ilə müvafiq məlumatları əldə etməyə cəhd etmiş, lakin X41 Xidməti onlara əsassız olaraq məlumat verməkdən imtina etmişdir. Tibb müəssisəsinin maliyyə hesabat sistemindən qonaq həkimə 1 il ərzində edilmiş ödənişlər barədə detallı maliyyə çıxarışından da görünür ki, qonaq həkimə cəmi 8 dəfə xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023 tarixlərində ödəniş edilmişdir. Təqvimə baxılsa bütün bu tarixlərin qeyri-iş günlərinə düşdüyü aşkar görülür. Yəni, bu faktın özü həkimlə iş günlərində heç bir əmək hüquq münasibətlərində olmamağımızın sübutudur. Tibb müəssisəsinin baş həkiminin verdiyi izahatda o, da öz təsdiqini tapmışdır ki, həmin ərəfələrdə müəssisədə rəsmi qaydada ştatda endokrinoloq həkim çalışmışdır. Bu fakt onu göstərir ki, xəstəxananın endokrinoloq həkimə ehtiyacı olmamışdır. Habelə qonaq həkimin cəlbi klinikanın pasiyentlərinin bölünməsinə deyil, məhz artmasına yönəlmişdir, çünki qonaq həkim öz pasiyentlərini cəlb edərək klinkaya əlavə gəlir gətirmişdir. Deyildiyi kimi, Şahid xəstəxananın həkimi olmamışdır. Onun qohumları Gəncə şəhərində yaşayır və bura qohumlarının yanına gələrkən, eyni zamanda da geniş yayılmış təcrübəyə əsaslanaraq həkim qismində xəstələri qəbul etmişdir. Sonda o, araşdırmanın əsassız və qərəzli olaraq aparılmasını bildirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X35 izahatında bildirmişdir ki, Şahid xx.xx.2022-ci il tarixdə “X61” də həkimendokrinoloq vəzifəsində çalışdığını və Şəxs MMC-də əmək müqaviləsi olmadan xidmət göstərməsini əsas gətirərək Şəxs MMC-nin direktoru hüquq pozuntusu törətdiyindən qanunamüvafiq qaydada cərimə olunmasını məhkəmədən xahiş etmişdir. Şahid Hacıyev Kənan Hicran oğlu izahat verərək bildirmişdir ki, o, 2022-ci ildən Şəxs laboratoriyasında müdir vəzifəsində işləyir. X53 xəstəxanaya müraciət etmiş və ondan analiz götürülmüşdür. Həmin analizin götürülməsi yalnız Şəxs MMC-də həyata keçirilir. O, Şahid yüksək ixtisaslı həkim olduğundan xəstəxanada onun xidmətindən istifadə olunmasını, 2023-cü ildən müxtəlif vaxtlarda daxili əmək müqaviləsi ilə xəstəxanada əməliyyatlar və müayinələr apardığını bildirərək xəstəxanaya qonaq qismində gələn həkimlərinin özlərinin xəstələri qəbul etmək üçün qrafiklərinin olmasını və ödənişin 50 faizinin həkimə ödənildiyini qeyd etmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - X10 tərəfindən xx.xx.2023-cü il tarixdə Gəncə şəhər prokuroruna Şəxs MMC barədə şikayət ərizəsi ilə müraciət etmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin canlı şəxsin məhkəmətibbi ekspertizasının 778/KEŞ nömrəli 02 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Şəxs MMC-nin laboratoriya şöbəsində Gülnarə Əliyevada xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PRC müayinəsi aparılmış və müayinənin nəticəsinin pozitiv, 11.092023-cü il və xx.xx.2023-cü il tarixlərdə təkrar aparılmış müayinələrdə isə neqativ olduğu müəyyən edilmişdir. “Doktor Aygün” X44 Əliyevaya xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PRC müayinəsi aparılmış və müayinənin nəticəsinin neqativ olduğu müəyyən edilmişdir.xx.xx.2023-cü il tarixdə Gülnarə Əliyevada qanın PRC müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğu düzgün müəyyən edilməmişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. -Şahid əmək müqaviləsi məlumatlarından görünür ki, "xxxx" MMC-də fəaliyyət sahəsi sanitar dərman və oxşar xidmətlərdir. Həmçinin, “X61” də fəaliyyət sahəsi ümumi həkim praktikası sahəsində fəaliyyətdən ibarətdir. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin iş materialları üzrə ekspertizasının 901/KEŞ nömrəli 25 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Təkrar həkim işinə dair məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2024-cü il tarixdə şəhər prokurorluğuna daxil olmuş 25 dekabr 2023-cü il tarixli, 901/KEŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, «X38»nın laboratoriya şöbəsində Gülnarə Əliyevada xx.xx.2023- cü il tarixdə «Hepatit C» virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin pozitiv, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təkrar aparılmış müayinələrdə isə neqativ olduğu müəyyən edilmişdir. «Doktor Aygün» X44 Əliyevaya xx.xx.2023-cü il tarixdə «Hepatit C»virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayiənnin neqativ olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən,xx.xx.2023- cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı «Hepatit C» virusunun pozitiv olduğu düzgün müəyyən edilməmişdir. Belə ki, «hepatit C» virusunun müayinəsi zamanı ya qan müayinəsi düzgün götürülməmiş, ya da avadanlıqla bağlı qüsurla əlaqədar yalnış pozitiv nəticə verilmişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1 bəndi (ona həvalə olunmuş vəzifə və öhdəliklərin keyfiyyətli həyata keçirilməsi) pozulmuşdur və buna məsul şəxs həkim laborantdır. Tibbi avadanlıqların müayinələrin yozlanılmasına qadir olubolmamasının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Qərarda 6-cı sualda qarşıya qoyulan sualın cavablandırılması məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. -Şəxs MMC-nin direktoru X18 Gəncə şəhər prokurorluğuna verdiyi izahatdan görünür ki, həkim-endokrionoloq Şahid Bakı şəhərindən gələrək müxtəlif tarixlərdə həmin xəstəxanada xəstələri qəbul etməsi ilə bağlı -Şəxs MMC ilə A.Rayeva arasında heç bir müqavilə bağlanmamış, sonuncu qonaq həkim qismində gələrək xəstələri ödənişli olaraq qəbul etmiş, ödənişlər xəstəxananın kassasına ödənildikdən sonra həmin puldan vergi pulu çıxdıqdan sonra qalan hissəsi 50 faiz nağd formada Şahid özünə verilmişdir. -Əmək müqaviləsi məlumatlarından görünür ki, Şəxs MMC-nin direktoru X23r. -18 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, X10 10 sentyabr 2023-cü il tarixdə Şəxs MMC-də verdiyi analizlərə görə ödədiyi 230 manat məbləğində pulu geri almışdır. - Gəncə Şəhər Prokurorluğunun 07 fevral 2024-cü il tarixli inzibati icraat haqqında iş üzrə icraatın başlanılması haqqında qərarından görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə icraat başlanılmışdır. - Gəncə Şəhər Prokurorluğunun 07 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə məlumat verilmişdir. -Şəxs MMC-nin işçi-əmək haqqı hesabatından görünür ki, Şahid xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda xəstələri qəbu etmişdir. -Şəxsin əmək fəaliyyəti ilə bağlı məlumatlardan görünür ki, Şahid xx.xx.2022-ci il tarixdə “X61” də həkim-endokrinoloq vəzifəsində çalışır. -Şəxs MMC-nin işçi-əmək haqqı hesabatından görünür ki, Şahid xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda xəstələri qəbu etmişdir. 01 sentyabr 2022-ci il tarixli tibbi məsləhət xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, Şəxs MMC ilə Şahid arasında bir il müddətinə müqavilə bağlanmışdır. Müqavilənin predmeti hospitalın sifarişi əsasında öncədən razılaşdırılmış müddətlərdə və vaxtlarda endikrinoloji xəstəliklər üzrə pasiyentlərin qəbulu və onlara konsultasiya xidmətləri həyata keçirir. Hospital isə həkimə əldə edilmiş gəlirdən xidmət haqqı ödəyir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də "xxxx" MTKyə Аzərbаycаn Respublikаsı İXM-in 192.1-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəlləsinin 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəlləsinin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəlləsinin 49.2-ci maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.3-cü maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Qanunvericiliyin məzmunundan və eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarından məlum olur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Əmək Məcəlləsinin 7ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, hüquqi şəxs Şəxs MMC ilə Şahid arasında qanunvericiliyin tələbi baxımından bağlanılmalı olan əmək müqaviləsi bağlanmamışdır. Hüquqi şəxs isə bunu onunla əsaslandırmışdır ki, hospitalda xəstələri müayinə və müalicə edən həkim Şahid hospitalda daimi işləyən həkim deyil, sadəcə olaraq müəyyən vaxtlarda dəvət olunaraq xidmət göstərmiş və bu xidmət aralarında xidməti müqavilə ilə rəsmiləşdirilmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin mövqeyi ilə razılaşmır və xatırladır ki, xidmət müqaviləsi mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Xidmət müqavilələri əmək müqavilələrindən fərqli olaraq prosesə deyil, birbaşa görüləcək işin nəticəsinə köklənir. Yəni, xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. (məsələn, tapşırıq, kirayə, icarə, borc, lizinq, podrat müqaviləsi və s). Yəni bu cür müqavilələrlə işləyən işçilərlə işəgötürən təşkilat arasında hər hansı əmək münasibətləri yaranmır və Əmək Məcəlləsində işçilər üçün nəzərdə tutulan sosial hüquqlar həmin şəxslərə şamil olunmur. Halbuki, Əmək Məcəlləsinə əsasən hər bir işçi ilə əmək müqaviləsi bağlanmalıdır və müqavilədə iş rejimi, əmək haqqı, əmək haqqına əlavələr, istirahət və məzuniyyət müddəti, iş rejiminin zərərli olub-olmaması haqqında məlumatlar, işçinin və işəgötürənin vəzifə öhdəlikləri təsbit edilir. Əmək müqaviləsi isə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək münasibətlərində və əmək müqaviləsində nəzərdə tutulan məsələlər əmək qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki vəziyyətdə tərəflər arasında yaranmış əmək münasibətlərinin tənzimlənməsi üçün əmək müqaviləsinin bağlanmalı olduğu halda onların arasındaki münasibətlər xidməti müqavilə ilə rəsmiləşdirilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Gəncə şəhər Prokurorluğu tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-in 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC hüquqi şəxs qismində İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC (VÖEN:**********, hüquqi ünvanı: ünvan 6əsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinib, hüquqi şəxs qismində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-652/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-652/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver