Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-653/2022 21.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X4, Quliyeva Günay Ələstun qızının katibliyi X1 iştirakı ilə, X5 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini X3 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şikayəti onunla əsaslndırmışdır ki, o, lisenziya və sertifikat əsasında ünvan 1 ünvanda tibbi xidmət göstərir. Təxminən avqust ayının 6-sı iş vaxtı bir neçə nəfər iş otağına daxil olmuş, iş otağını axtarmağa başlamışlar. Həmin şəxslər masanın üstündə diş kəlbətini görüb onun lisenziyada göstərilən xidmətlərdən kənar işlər gördüyünü bildirmişlər. O, həmin şəxslərə diş çəkmədiyini, kəlbətini yalnız qoyulan kolonkaların yerində düzəlməsi zamanı işlətdiyini izah etmişdir. Lakin buna baxmayaraq ona xx.xx.2022-ci il tarixdə inzibati qərarla 800 manat cərimə yazmışlar. Həmin şəxslər onun diş çəkməyini görməmişlər, əlində tutmamışlar, yalnız masanın üstündə kəlbətin gördüklərinə görə fərziyyə edirlər ki, guya o, diş çəkir. Halbuki o, yalnız müalicə və protezlə məşğul olur, cərrahi müdaxilə etmir, həmin kəlbətinlər ona düzəltiyi dişləri müştərinin ağzına taxıb-çıxardarkən lazım olur. Odur ki, hesab edir ki, ona yazılmış inzibati qərar ləğv edilməli və icraata xitam verilməlidir. İş üzrə inzibati qərarı qəbul etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Gəncə şəhər Yeni Gəncə qəsəbəsi ev 26, mənzil 2 ünvanında X8 tərəfindən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi faktı aşkar edilmiş, nəticədə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərtə tutulmuş inzibati xətnı törətdiyinə görə 800 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan 088184 nömrəli Lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi özəl tibb fəaliyyətini həyata keçirməyə X6 icazə vermişdir. Həmin lisenziyanın əlaəsindən görünür ki, icazə verilən ixtisas növləti üzrə görülən işlərin siyahısına stomotologiya: terapevtik stomotoloji və ortopedik stomotoloji daxildir. İş materiallarında olan AH 042154 nömrəli sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində stomotologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş KY22175637 yoxlama kodlu sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin Çıxarışdan görünür ki, aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə bildirişdən görünür ki, X6, onun fəaliyyət ünvanı ünvan 2 il tarixlərində plan üzrə (növbəti) yoxlama keçiriləcəyi bildirilmiş və buna şərait yaradılması xahiş edilmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 766 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərarın surətindən görünür ki, həmin Mərkəzin Baş direktoru X7 tərəfindən X6 məxsus Gəncə şəhər Yeni Gəncə qəsəbəsi ev 26, mənzil 2 ünvanında fəaliyyətinin 29 avqust-02 sentyabr 2022-ci il tarixlərində həmin Mərkəzin 6 nəfər yoxlayıcı-mütəxəssisi tərəfindən plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 442 nömrəli özəl tibb müəssisəsinin planlı (növbəti) yoxlama aktının surətindən görünür ki, Gəncə şəhər Yeni Gəncə qəsəbəsi ev 26, mənzil 2 ünvanında yerləşən X6 məxsus stomotoloji kabinetdə planlı yoxlama zamanı lisenziya şərtlərinə riayət olunmadığı: ambulator kartlar tərtib edilmədiyi, tibbi statistik hesabatlar aparılmadığı, hazır steril alətlərin üzərində qeydlər aparılmadığı, sterilizasiya sahəsində stasionar bakterisid lampa quraşdırılmadığı, tibbi avadanlığın metrologiya və standartlaşdırmadan keçməsini təsdiq edən sənədin olmadığı, tibbi tullantıların idarə olunmasına dair tələblərə riayət olunmadığı, təxirəsalınmaz ilkin tibbi yardım dolabında bir sıra dərmanların etibarlıq müddətinin bitdiyi, bundan başqa lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirdiyi: “cərrahi stomotologiya” işi və fəaliyyəti (hazır steril paketlənmiş işə tam müvafiq kəlbətinlər və elevatorlar) aşkar edildiyi müəyyən edilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Həmin fotoşəkillərdə cərrahi stomotologiya fəaliyyəti üçün istifadə olunan steril paketlənmiş bir neçə kəlbətinlər və elevatorlar olduğu görünür. İş materiallarında olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surtindən görünür ki, Gəncə şəhər Yeni Gəncə qəsəbəsi ev 26, mənzil 2 ünvanında yerləşən X6 məxsus stomotoloji kabinetdə planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət – cərrahi stomotologiya (kəlbətin və elevator) aşkar edilmiş, nəticədə X8 tərəfindən İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və sonuncu izahatında göstərilən iradlarla razı olduğunu bildirmişdir. Məhkəmə şikayəti və iş materiallarındakı sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X2 ona məxsus stomotoloji kabinetdə lisenziyasında göstərilən terapevtik stomotoloji və ortopedik stomotoloji xidmətlərindən başqa cərrahi stomotologiya fəaliyyəti göstərmiş, bununla da lisenziyada göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirmişdir. Belə ki, təqdim edilmiş sənədlərdən və fotoşəkillərdən ona məxsus stomotoloji kabinetdə cərrahi stomotologiya üçün nəzərdə tutulmuş bir neçə kəlbətinlər və elevatorlar aşkar edildiyi aydın olur, həmin alətlər terapevtik stomotoloji və ortopedik stomotoloji fəaliyyəti üçün nəzərdə tutulmamışdır. Həmçinin o, inzibati xəta haqqında protokoldakı izahatında qeyd olunan nöqsanlarla razı olduğunu bildirmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X8 barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-653/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-653/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver