Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-653/2023 20.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, Şəxs MMC-nin qanuni təmsilçisi Yusuf Tuğrulun iştirakları ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1ci və 496.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 496.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli 11000-01825/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli 11000-01825/23 nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Türkiyə Respublikası, Tokat şəhəri, Alpaşa məhəlləsi, G.O.P. Bulv. №192/17 ünvanında qeydiyyatda olan “X5. Ve Tiv. LTD. ŞTİ" firmasından Azərbaycan Respublikası ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs MMC-yə göndərilmiş “avamin, avopleks, avanof, biqtonik orqanik maye gübrələr” yükü ləğv edilmiş Tovuz Gömrük İdarəsində xx.xx.2018-ci il tarixdə **********9117 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli **********4018 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli **********8231 sorğu nömrəli, xx.xx.2027- ci il tarixli **********8248 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli **********0680 sorğu nömrəli və xx.xx.2017-ci il tarixli **********0692 sorğu nömrəli gömrük bəyannamələri ilə qeydiyyata alınaraq müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmişdir. **********9117 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018, **********4018 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018, **********8231 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018, **********8248 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018, **********0680 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018 və **********0692 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018-ci il tarixində başa çatmışdır. Lakin müvəqqəti saxlanc müddətlərinin bitməsinə baxmayaraq bu günə kimi saxlanca verilmiş yüklərin müvafiq gömrük proseduru altında rəsmiləşdirməsi üçün gömrük orqanına müraciət edilməmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, son saxlan müddəti xx.xx.2018-ci il də bitmişdir. Mallar həmin tarixdən sonra xx.xx.2018-ci il tarixdə gəlsə idi də yenə də protokol tərtib olunmalı idi. Protokolun gec tərtib olunmasına səbəb həmin zaman baş vermiş struktur dəyişiklikləri olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi Yusuf Tuğrul izahatında bildirdi ki, malları təqdim etməməsinə səbəb həmin vaxtı Türkiyəyə getməsi və Türkiyədən ölkəyə giriş-çıxışına qadağa qoyulması olmuşdur. Azərbaycana qayıtdıqda isə artıq malların oğurlandığını görmüşdür. Bu barədə polis orqanlarına məlumat verməməsinə səbəb kimi isə artıq hadisədən çox vaxtın keçməsini bildirməsi olmuşdur. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən «kommersiya qurumlarının dövlət reyestri haqqında» çıxarışa əsasən hüquqi şəxs Şəxs 31 avqust 2017-ci il tarixdə ********** eyniləşdirmə nömrəsi ilə (VÖEN) dövlət reyestrindən kommersiya təşkilatı keçmiş, hüquqi ünvanı AZ20021, ünvan 2 Tuğruldur. İş materiallarına əlavə edilmiş “Tovuz" gömrük postunun 34/019/002734 saylı, xx.xx.2023-cü il tarixli qeydinə əsasən Şəxs MMC-nin adına xx.xx.2018-ci il tarixli, **********9117 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli, **********4018 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli, **********8231 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli, **********8248 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli, **********0680 sorğu nömrəli və xx.xx.2017-ci il tarixli, **********0692 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal olunan "gübrə" yüklərinin ********* və ********* mal kodlarında sinifləşdirildiyindən “Azərbaycan Respublikasının XİF MN, idxal gömrük rüsumları dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli Qərarına əsasən yuxarıda qeyd olunan kodlar üzrə sinifləşdirilmiş mallar idxal gömrük rüsumundan azad olunur. Bununla yanaşı qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.31-ci maddəsinin tələblərinə görə idxal edilən “gübrə” yükləri X3 (ƏDV) azad olunur. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin xx.xx.2018-ci il tarixli, **********9117 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli, **********4018 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli, **********8231 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli, **********8248 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli, **********0680 sorğu nömrəli və xx.xx.2017-ci il tarixli, **********0692 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal olunan “gübrə" yüklərinin ümumi dəyərinin 66063.8 ABŞ dolları məbləğində bəyan edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsində göstərilmişdir ki, saxlanc xüsusi gömrük prosedurunun müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir və malların saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük Məcəlləsinin 179.1-ci maddəsində malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddətləri gömrük orqanı tərəfindən müəyyən olunduğu və 179.2-ci maddəsində malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddətinin 4 (dörd) aydan çox olmamaqla müəyyən olunduğu göstərilmişdir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” nın 3.2-ci bəndinin tələblərinə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən axılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamaqla müəyyən edildiyi və 3.3-cü maddəsinin tələblərinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdiriməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək; dövlətin xeyrinə imtina olunanadək; malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 491.1-ci və 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi izahatlar ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 491.1-ci və 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti yəni 4 (dörd) ay başa çatdığı andan xəta törədilmiş hesab olunur. İşin mübahisəsiz hallarından görünür ki, **********9117 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018, **********4018 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018, **********8231 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018, **********8248 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018, **********0680 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018 və **********0692 saylı bəyannamə üzrə saxlanca götürülmüş malların son saxlanc müddəti xx.xx.2018-ci il tarixində başa çatmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, Şəxs MMC-yə istnad olunan İXM-in 491.1-ci və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar gömrük qaydaları əleyhinə olan olan inzibati xəta olmaqla, həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.1-ci maddəsinə əsasən bir ildir. Həmin inzibati xətalar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın törədildiyi, yəni xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Belə olan vəziyyətdə hüquqi şəxsin İXM-in 491.1-ci və 496.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin xx.xx.2019-cü il tarixdə başa çatdığı müəyyən olunur. Hazırki halda inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 491.1-ci və 496.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 496.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-653/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-653/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver