Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-653/2025 19.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 25899799 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25899799 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, həmin qərardan narazıdır. Belə ki, sözügedən qərar qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin qərarın ləğv olunmasını və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:02-də bankda olan zaman onun mobil telefonuna piyada zolağında piyadaya yol verməməsi barədə sms xəbərdarlıq gəlmişdir. O, bankdan çıxdıqdan sonra müəyyən etmişdir ki, həmin gün Atatürk prospektindən düzünə istiqamətində piyada zolağından keçməmiş, lakin bir gün əvvəl həmin yerdən keçmiş, lakin xx.xx.2025-ci il tarixdə həmin yerdən keçən zaman isə piyada zolağını nizamlayan işarə olmamışdır. Hazırda qərardan ona görə narazıdır ki, o, xx.xx.2025-ci il tarixdə həmin piyada zolağına daxil olmamışdır. Buna görə də, hesab edir ki, qərar əsassızdır və ləğv olunmalıdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 25899799 nömrəli qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 16:02-də Gəncə şəhəri, Atatürk prospektində “Chevrolet Equinox” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olaraq piyadaya yol verməmişdir. Bununla bağlı Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 İXM-in 330.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X3 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmır. Belə ki, məhkəməyə təqdim edilmiş hadisə yerininin videogörüntüsündən aydın olur ki, G.V.İsmayılova xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində piyada keçidinə daxil olaraq idarəetməni dayandırmayaraq piyadaya yol verməmişdir. Sözügedən elektron qərar isə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, həmçinin qərarda inzibati xətanın xx.xx.2025-ci il tarixində baş verməsi qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. xx.xx.2025-ci il tarixli, EQ 25899799 nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi göstərilmiş, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi qaydasının pozulmasına görə inzibati məsuliyyəti özündə ehtiva edir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş inzibati xətanın baş verdiyini əks etdirən video görüntülərdən aydın olur ki, inzibati qərar 1 gündən sonra real vaxt rejimində tərtib olunsa da, həmin qərarda inzibati xətanın baş verməsinin tarixi inzibati xəta törədilən gün xx.xx.2025-ci il tarixində deyil, bir gün sonra yəni, xx.xx.2025-ci il qeyd edilmişdir. Bu isə inzibati tənbeh vermə haqqında qərarın düzgün tərtib olunmadığını göstərir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi X2 inzibati xəta hadisəsi törətməsini təsdiq edəcək sübutlar-videogörüntüdə inzibati xətanı xx.xx.2025-ci il tarixdə X4 tərəfindən inzibatı xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, İXM-in 100.1, 100.1.1, 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, İXM-in yuxarıda sadalanan maddələrinə əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X3 barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 25899799 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili işlər nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25899799 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-653/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-653/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver