Məhkəmə qərarları › İş №3(125)-654/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-654/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-654/2022 29.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Gəncə şəhər X13 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Gəncə şəhər X13 şöbəsinin polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X1 Şəhər Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X7 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və qərarda barəsində inzibati tənbeh tətbiq edilən şəxsin 20 gün müddətində şikayət vermə hüququnun olması göstərilmişdir. Lakin, Vəli Hüseynov həmin qərarı əlavə etməklə qərardan verdiyi şikayəti xx.xx.2022-ci il tarixdə tərtib etsə də, şikayət xx.xx.2022-ci il tarixdə məhkəməyə şəxsən təqdim edilmişdir. Belə olan vəziyyətdə şikayətin verilməsi vaxtı onun hansı tarixdə tərtib edilməsi ilə deyil, hansı tarixdə məhkəməyə təqdim edilməsi ilə müəyyən olunur. Beləliklə də, məhkəmə hesab edir ki, Vəli Hüseynov onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini bir gün ötürmüşdür. Azərbaycan Respublikası 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X7 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, Vəli Hüseynova səlahiyyətli orqana (Gəncə şəhər X13 şöbəsinə) buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmasından imtina olunsun, şikayət və ona əlavə edilmiş sənədlər X4 geri qaytarılsın. X4 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Gəncə şəhər X13 şöbəsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar