Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-654/2024 26.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Tovuz rayonu, Mülkülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə icra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair icra məmuru tərəfindən 09 fevral 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirdi ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən hər ay 220 manat aliment alınaraq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs tələbi könüllü icra etməsini üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Bundan əlavə, borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxs ödənilməmiş 1860 manat aliment tələbi ilə bağlı borcu vardır. Borclu Şəxs icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Həmçinin, icra sənədi üzrə tələbkar borcun tam şəkildə ödənilməsini istəyir. Odur ki, borclunun inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, himayəsində Həsən adlı şəxsdən 11 aylıq südəmər körpəsi vardır. Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan borcundan 200 manat ödəniş etmişdir. Hazırda əri həbsdədir. Özü heç bir yerdə işləmir. Səhhətində də problem vardır. İcra sənədi üzrə tələbkara 1660 manat borcu qalmışdır. Bununla yanaşı, 3 ilə yaxın müddətdir ki, uşağı ilə görüşüb-ünsiyyət saxlaya bilmir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə heç bir etirazı olmadığını, borclu Şəxs ona olan 2080 AZN borcunun tam şəkildə ödənilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tənbeh görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq iş üzrə qətnamə çıxarılanadək xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment Namazova (Bağırova) Nərmin Nərmayıl qızından tutularaq, Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi üzrə icra məmuru icraata başlamış, borclunun izahatı alınmışdır. Şəxs ünvanlanmış tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şəxs imza edərək qeyd edilən sənədi qəbul etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurları X5, X6, hal şahidləri X7, X3 iştirakı ilə tərtib edilərək imzalanmış aktın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay 220 manat aliment alınaraq, Zərərçəkmiş şəxs hesabına verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar ünvan 2 ünvanında olmuşlar. Aparılmış icra tədbirləri nəticəsində borclunun ünvanda yaşamadığı və adına dəyərli əmlak olmadığı müəyyən edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş borclunun məcburi gətirilməsi haqqında 21 iyul 2023-cü il tarixli və 20 noyabr 2023-cü il tarixli qərarların surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə üzrsüz səbəbdən gəlmədiyi üçün onun barəsində məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi barədə aidiyyəti məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Şəxs ünvanlanmış xəbərdarlıq və sonuncu xəbərdarlıqdan görünür ki, borcluya xəbərdarlıq və sonuncu xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. “Elektron İcra” X2 görünür ki, Şəxs mülkiyyətində hər hansı əmlak, bank hesabı və gəlirinin olması aşkar edilməmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş borclunun axtarılması haqqında 29 sentyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. 21-ci maddəsinə görə ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olması və icra sənədi üzrə tələbkara olan borcundan 200 manat ödəniş etməsidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs barəsində hazırki vəziyyətdə inzibati cərimə növündə tənbeh növü seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-654/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-654/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver