Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-655/2022 21.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İXM-in 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin icraatına Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən Şəxs Azərbaycan Respublikasının İXM-in 327.8 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında 24 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında icraat “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 sentyabr 2022ci il tarixli Qərar əsasında başlanılmışdır. O, həmin Qərarı qanunsuz hesab etdiyindən onun ləğv edilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etmiş, onun müraciəti əsasında Qərar ləğv edilmişdir. Ona görə də barəsində toplanmış inzibati xəta üzrə icraat materiallarının geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında material onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunmaqla əlavə araşdırmanın aparılması haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış HK-1/934 nömrəli material üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Samir Zeynalov tərəfindən qəbul edilmiş 08 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və həmin qərar üzrə qəbul edilmiş inzibati xəta haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar geri qaytarılmalıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsinə geri qaytarılsın. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-655/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-655/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver