Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-661/2025 11.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Nizami küçəsi, bina 239, mənzil 338-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Gəncə şəhəri, Nizami küçəsi, bina 239, mənzil 338-də yaşayan borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-729/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 40074 (qırx min yetmiş dörd) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq X3 ödənilməlidir. Şəxs 165 (yüz altmış beş) manat ekspertiza xərci tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş borcluya təqdim edilmişdir. Hal-hazırda borclu Şəxs 37829 (otuz yeddi min səkkiz yüz iyirmi doqquz) manat borcu mövcuddur. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X5 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Şəxs borcundan 2440 (iki min dörd yüz qırx) manat ödəniş etmişdir. Onun hal-hazırda 37829 (otuz yeddi min səkkiz yüz iyirmi doqquz) manat borcu vardır. Şəxs hal-hazırda heç bir yerdə işləmir. O, hər ay 80 (səksən) manat veteran pulu alır. Həmin puldan hər ay onun borcuna görə 40 (qırx) manat pul tutulur. Ödənilən 2440 manatda məhz hər ay məcburi tutulmadan olan puldur. Lakin o, borcunu tam şəkildə ödəməmişdir. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun borcunu tam ödəməyə maddi imkanı yoxdur. O, heç bir yerdə işləmir. O, hər ay 80 (səksən) manat veteran pulu alır. Həmin puldan borcuna görə 40 (qırx) manat pul tutulur. O, X1 mağazasında satıcı işləmişdir. Mal almışlar. Lakin mal satılmamış və o, sonra işdən çıxmışdır. 40074 (qırx min yetmiş dört) manat pulun hamsı ona verilməmişdir. Borcunu ödəmək istəmişdir, sadəcə o, hal-hazırda işləyə bilmədiyi üçün heç bir ödəniş edə bilmir. O, məhkəmədən sonda ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, hadisə baş verən vaxtlar onun adına ev var idi. Sonra hər şeyi yoldaşının adına keçirmişdir. O, Şəxs zəng edib ona borcundan hər ay 200 (iki yüz) manat ödəniş etməsini istəmiş, lakin Şəxs onunla razılaşmamışdır. O, borcun tam şəkildə ödənilməsini, ödənilmədiyi halda isə Şəxs cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhəmə baxışı zamanı tədqiq edilmiş : -Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-729/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh Şəxs 40074 (qırx min yetmiş dörd) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı X3 verilməsi qərara alınmışdır. -İcraata başlamaq haqqında xx.xx.2019-cü il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-729/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2019-cü il tarixdə icraat başlanılmışdır. -Tələbin könüllü icrası haqqında xx.xx.2019-cü il tarixli bildirişdən görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-729/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş olunmuş və icra sənədinin icrası barədə İcra İdarəsinə məlumat verilməsi bildirilmişdir. - xx.xx.2019-cü il tarixli və xx.xx.2019-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs Məhkəmə tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə təqsirli bilindikdən sonra yenidən məhkəmə qətnaməsinin icrasına maneəçilik törətdiyi halda Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada barəsində AR Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunması üçün tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımı qaydada ödənilməsinə laqeydlik göstərmişdir. Borclu Şəxs işləmə qabiliyyət olsada heç bir yerdə işləməyərək borcunu tam şəkildə ödəməmiş, eyni zamanda məcbui tutulmadan əlavə 6 il müddətində heç bir ödəniş etməmiş, məhkəmə iclasında verdiyi ifadəsi ilə umumilikdə onun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş pulu ödəməli olmadığını bildirmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməyən borcun miqdarını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 11 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-661/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-661/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver