Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-662/2022 30.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər Probasiya Şöbəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş 200 saat ictimai işlər növündə inzibati tənbehin üzrlü səbəb olmadan 2 dəfədən çox işə çıxmayaraq, elektron nəzarət vasitəsini gəzdirməyərək və işlək vəziyyətdə saxlamayaraq tənbehin icrasından imtina etmişdir. Bununla o, İXM-in 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Probasiya Şöbəsinin nümayəndəsi X2 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 200 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə ictimai işləri icra edilməsi yerinə gəlməmiş, eləcə də mobil nəzarət qurğusunu işlək vəziyyətdə saxlamamışdır. Şəxs həmin tarixlərdə işə çıxmamasını anasının xəstəliyi ilə əlaqələndirsə də bu barədə onlara şifahi məlumat verməklə kifayətlənmiş, gətirdiyi dəlili təsdiq edən sənədləri təqdim etməmişdir. Qeyd edilənləri əsas gətirib Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini qəbul etməyərək bildirdi ki, o, anası və bacısı ilə birlikdə yaşayır. Bacısı tələbə olduğu üçün hazırda Bakı şəhərindədir. 21 sentyabr 2022-ci il tarixdə anası infarkt keçirmiş və evdə başqa heç kim olmadığı üçün 23 və 26 sentyabr tarixlərində evdə qalıb anasına qulluq etmişdir. Həmin hal barədə həm özü, həm də anası telefonla icra məmuruna məlumat vermişlər. O, inzibati tənbehin icrasından boyun qaçırmamışdır. İndiyə qədər də ictimai işlərin çox hissəsini yerinə yetirmişdir. Mobil nəzarət qurğusunu enerji ilə doldurmaq qaydasını bilmədiyi üçün mobil nəzarət qurğusu işlək vəziyyətdə olmamışdır. Əvvəllər Gəncə şəhər Probasiya Şöbəsinin yaxınlığında işlədiyi üçün icra məmurları mobil qurğunu enerji ilə doldurmaqda ona kömək edirdilər. Hazırda bir az kənarda işlədiyi və özünün başı çıxmadığı üçün mobil qurğunu işlək vəziyyətdə saxlamağa çətinlik çəkir. Qeyd olunanlar nəzərə alıb onun barəsində icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)- 538/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarının və icra vərəqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 200 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş, Şəxs üzərinə ictimai işlərin yerinə yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs izahatından görünür ki, ona inzibati tənbeh haqqında qərarın icra olunması qaydası izah olunmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə şəhər X3 şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ünvanlandığı 27 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Şəxs xx.xx.2022ci il tarixli göndərişlə birlikdə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə göndərilir. İş materiallarına əlavə olunmuş 27 iyul 2022-ci il tarixli göndərişdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsinin 9 saylı sahəsində olması, müəyyən edilmiş ictimai işlərin yerinə yetirilməsi, təyin olunmuş ictimai növlər inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, yəni üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmadıqda, həmin yerlərdə həftədə iki dəfə və daha çox əmək intizamını pozduqda, habelə inzibati tənbehi çəkməmək məqsədilə gizləndikdə təyin edilmiş inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən inzibati həbslə əvəz edilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 16 avqust 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda təyin edilmiş inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən inzibati həbslə əvəz edilməsi üçün məhkəməyə protokol təqdim ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli, 27 sentyabr 2022-ci il tarixli, 28 sentyabr 2022-ci il tarixli “ictimai işlərin görüldüyü yerə baş çəkmə” protokollarından görünür ki, Şəxs ictimai işlərin həyata keçirildiyi yerdə olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Gəncə şəhər Probasiya Şöbəsinə ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Şəxs xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə cəlb olunduğu iş yerinə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə - üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nın 529-cu maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; 2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırılması faktı aşkar edilməmişdir. İcra məmuru protokolu tərtib edərkən Şəxs iki dəfədən çox ictimai işə çıxmamaq faktına əsaslanmış, lakin həmin halların üzrlü və ya üzrsüz səbəbdən olması faktını aydınlaşdırmamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, o, anasının xəstəliyi ilə əlaqədar olaraq ay ərzində üç gün ictimai işləri yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, barəsində icraat aparılan şəxs inzibati xətanın törədilməməsini sübuta yetirmək vəzifəsini daşımır. İnzibati xətanın törədilməsini sübuta yetirmək vəzifəsi inzibati xəta haqqında icraatı aparan orqanın üzərinə düşür. Bu baxımdan Şəxs gətirdiyi dəlilin həqiqi olub-olmamasını yoxlamaq vəzifəsi də icra məmurunun üzərinə düşür. Şəxs anasının xəstəliyi ilə bağlı işə çıxa bilməyəcəyi barədə icra məmuruna şifahi olaraq məlumat versə də bu hal yoxlanılmamış və avtomatik qaydada Şəxs üzrsüz səbəbdən ictimai işi yerinə yetirməməsi nəticəsinə gəlinmişdir. İcra işinin materiallarından görünür ki, Şəxs ona təyin edilmiş ictimai işlər tənbehinin əksər hissəsini, yəni 155 saatını çəkmişdir. Qeyd edilənlərə əsasən Şəxs ictimai işlər tənbehini çəkməkdən boyun qaçırması nəticəsinə gəlmək mümkün deyildir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(125)-662/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-662/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver