Məhkəmə qərarları › İş №3(125)-669/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-669/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-669/2022 21.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X8 Şöbəsinin polis mayoru X3 tərəfindən tərtib olunmuş 25 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X8 Şöbəsinin polis mayoru X3 tərəfindən tərtib edilmiş 25 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 14 avqust 2022-ci il tarixdə saat 18:46 radələrində Gəncə şəhəri Hacıkənd qəsəbəsində keçirilən “Yaylaq Festivalı”ndan ailə üzviləri ilə birlikdə Festival keçirilən ərazidən qayıdarkən Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin polis əməkdaşları tərəfindən heç bir əsas olmadan saxlanılmışdır. Polis əməkdaşına onu nə üçün saxladığını soruşanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğunu, belə ki, yolda düz xətti kəsərək manevr etdiyini bildirmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəsində İXP ******* saylı protokol tərtib edilərək 60 manat məbləğində cərimə yazılmışdır. Qeyd edilən ərazidə ümumiyyətlə düz xətt mövcud olmamışdır, bəlkədə mövcud olub ancaq tam silinib. O, Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin əməkdaşından inzibati xəta törədilməsi ilə bağlı video və foto çəkilişlərinin göstərilməsini xahiş etmişdir. Polis əməkdaşı isə həmin sübutlar ilə onu tanış edə bilməyəcəyini, belə ki, bütün materiallarla Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsində tanış ola biləcəyini bildirmişdir. O, barəsində yazılmış inzibati tənbeh vermə haqqında protokolla razı olmadığını bildirərək protokolu qəbul etməkdən imtina etmişdir. Yazılmış inzibati tənbeh vermə haqqqında qərar qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət üzrə materiallara Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesb etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, hesab edir ki, şikayətin təmin edilməsinə zərurət aradan qalxdığından şikayət təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X2 barəsində tərtib edilmiş 25 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, İXP ******* saylı protokol üzrə olan cərimə ödənilmişdir. Məhkəmə hesab edir ki, 25 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında olan qərar üzrə cərimə şikayət vermiş şəxs tərəfindən ödənildiyindən X2 şikayətin təmin edilməsinə hüquqi marağı itmişdir. Beləliklə, X2 barəsində tərtib edilmiş 25 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Buna görə də, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X8 Şöbəsinin polis mayoru X3 tərəfindən tərtib olunmuş 25 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar artıq icra olunaraq cərimə ödənildiyindən ərizə (şikayət) təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X8 Şöbəsinin polis mayoru X3 tərəfindən tərtib olunmuş 25 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X8 Şöbəsinin polis mayoru X3 tərəfindən tərtib olunmuş 25 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar