Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-672/2024 12.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, zərərçəkmiş X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Kəpəz rayonu, Rəmziyyə Veysəlova küçəsi, ev 126da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-5012/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 6080 manat məbləğində pul vəsaiti tutularaq X3 xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Sonuncu dəfə X7 olan borcdan 200 manat pul ödəmişdir. Borclu X1 izahatında borcunu birdəfəlik ödəyə bilmədiyini, aylıq 20 manat ödəyə biləcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcludan borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə əsasən borcundan ödəniş etməmişdir. O müəyyən edilmiş borcdan cəmi 20 manat pul ödəmişdir. Tələbin könüllü icrasi barədə bildiriş borclu Şəxs xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o zərərçəkmiş şəxsdən 6 min manat pul alsa da həmin pulun 4 min manatın maklere vermişdir. 2 min manat pulu isə özü götürmüşdür. Nəticədə zərərçəkmiş şəxsə ev satmılmışdır. Evin sənədinin saxta olduğunu sonradan bilmişdir. Zərərçəkmiş şəxs həmin sənədi təqdim etsə o da evi başqasına satardı. Borcu tam ödəmə imkanı yoxdur. Hissəhissə ayda 20 manat ödəyə bilər. Qeyd edilənləri nəzərə alaraq, qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, borclu onun qaynıdır. Ev almaq adı ilə ondan 6 min manat pul amışdır. Daha sonra ona saxta sənəd təqdim edilmişdir. Sonradan müəyyən edilmişdir ki, o ev 5 nəfər başqa adamlara da satılmışdır. Pulunun ödənilməsini tələb edir. Ödənilmədiyi təqdirdə isə inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokolun təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)- 5012/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 6080 manat məbləğində pul vəsaiti tutularaq X3 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-5012/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs təqdim edilməklə, ona Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-5012/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxsnın borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxsnın borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdir. İş materiallarınada olan ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsə cəmi 20 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, bugünədək icra sənədi üzrə borcundan 20 manat ödəniş edilmişdir. Eyni zamanda Şəxs izahatından görünür ki, o məhkmə qətanməsi ilə təsdiq edilmiş borcu da qəbul etmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, müəyyən edilmiş borcdan qismən ödəniş etməsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-672/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-672/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver