Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-685/2023 31.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 2003-cü ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, subay, Gəncə Dövlət Universitetinin 3-cü kurs tələbəsi, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Füzuli rayonu, Əbdürrəhmanlı ərazi dairəsi, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs narkotik vasitə əldə edib istifadə etməsində və üzərində saxlanılmasında şübhəli bilinərək, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, keçirilmiş baxış zamanı Şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş, lakin xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Narkoloji Dispanserində müayinədən keçirilərkən Şəxs narkotik vasitə olan kannabiodlərdən epizodik istifadə etmə hallarının olduğu, həmin şəxsin narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş R.F.Mürşüdov göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili X2 həmin polis bölməsinin rəhbərliyinə raportla müraciət edərək, Şəxs sidiyində narkotik vasitə marixuananın istifadəsi nəticəsində THC aşkar edildiyini və bu barədə xx.xx.2023cü il tarixdə 522/2023 nömrəli tibbi müayinə protokolu tərtib edildiyini bildirmişdir. Həmin raport HK-1/228 nömrəsi ilə qeydiyyata alınaraq, araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində inzibati icraat açılması məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhəri Polis Bölməsinin sahə rəisinə göndərilmişdir. Onun tərəfindən aparılmış araşdırma zamanı Şəxs Gəncə şəhərində qanunsuz olaraq narkotik vasitə marixuanadan satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edib istifadə etdiyi müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında prorotokol tərtib edilmişdir. Məhkəmədə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, Gəncə Dövlət Universitetinin «Biznesin idarə edilməsi» fakültəsinin 3-cü kurs tələbəsidir və təhsili ilə əlaqədar müvəqqəti olaraq Gəncə şəhərində yaşayır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 20 gün əvvəl Gəncə şəhəri, Cavadxan küçəsində, yaşadığı evin yaxınlığında yerdən bir ədəd siqaret tapmış və həmin siqaretin içərisinə marixuana doldurulduğunu görmüşdür. O, əvvəllər heç vaxt narkotik vasitə istifadə etmədiyinə görə narkotik vasitənin hansı təsir yaradacağı onda maraq yaratmış və qeyd olunan səbəbdən siqaret formasında olan marixuananın yarısını istifadə edib, digər yarısını atmışdır. xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Cavadxan küçəsində, yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirildikdən sonra, tibbi müayinə aparılmışdır. Onun üzərinə keçirilmiş baxış zamanı dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya aşkar olunmasa da müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Sonda Şəxs əməlindən peşman olduğunu və ali təhsil müəssisəsinin tələbəsi olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İşdə olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 461 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və cavanlığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-685/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-685/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver