Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-694/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X3, tələbkar şəxslər X4 və "xxxx" MMC-nin nümayəndəsi X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-1550/2022 saylı, xx.xx.2022-ci il tarixli İcra vərəqəsinə əsasən Şəxs nisyə alqı satqı müqaviləsi üzrə 1590 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat pul tutularaq tələbkar X6 ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5181/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə 06 aprel 2022-ci il tarixli, 11231132 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 873,49 manat, cərimə qismində 7 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 910,49 (doqquz yüz on manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-12257 saylı xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən borclu Şəxs müddət üçün vaxtında ödənilməmiş 66,80 manat, 38,20 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat olmaqla cəmi 135 (yüz otuz beş) manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, borclu Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu, borclarını qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. İcra məmurunun xəbərdarlıqlarına məhəl qoymur və Qanunun tələblərini yerinə yetirməkdən yayınır. Borclu Şəxs barəsində axtarış qərarı qəbul edilmiş aidiyyatı üzrə gəndərilmişdir. xx.xx.02025-ci il tarixdə polis əməkdaşları tərəfindən Gəncə şəhər üzrə İcra İdarəsinə təhvil verdimişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 ci nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tələbkar hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında icra məmuru X7 protokolu müdafiə edərək, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ifadəsində Abbas Səhhət xəstəxanasında stasionar şöbədə müalicə olunduğunu, oradan polis əməkdaşları tərəfindən məhkəməyə gətirildiyini bildirmişdir. O, X6 borcundan 860 manat, "xxxx" MMC-yə cəmi 500 manat ödəniş etdiyini, "xxxx" MMC-yə isə səhhətində problemlər olduğundan borcundan ödəyə bilmədiyini qeyd etmişdir. Psixoloji Dispanserdə qeydiyyatda olmasını, səhhətində problemlərin olmasını, ağır xəstə olan anasına qulluq etməsini nəzərə çatdıraraq ödəniş etməsi üçün ona 6 gün möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 çıxışında Şəxs borcundan cəmi 730 manat ödəniş etdiyini bildirmiş, pulunu tələb edərək vaxt verilməsinə etiraz etmiş və məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar ABC-Telecom MMC-nin nümayəndəsi X10 protokolun təmin olunmasını bildirərək vaxt verilməsinin əleyhinə olduğunu bildirmişdir. İş materiallarında olan: - 12 fevral 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-1550/2022 saylı, 2(125)-5181/2023 nömrəli icra sənədinə və Bakı şəhəri 54 saylı Notariat ofisinin icra qeydinə əsasən borcunu ödəmir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-1550/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs nisyə alqı-satqı müqaviləsi üzrə 1590 manat pul və ödənilmiş dövlət rüsumu 36 manat pul tutularaq X6 verilməlidir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-5181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə 06 aprel 2022-ci il tarixli, 11231132 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 873,49 manat, cərimə qismində 7 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 910,49 manat məbləğində pul vəsaiti tutulmalıdır. - Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-12257 saylı xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs 38,20 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat olmaqla cəmi 135 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. - 10 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - 03 noyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-5181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - 29 fevral 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-12257 saylı xx.xx.2024-cü il tarixli icra qeydini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-589/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-828/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. - 12 avqust 2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 24 (iyirmi dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 24 (iyirmi dörd) manat məbləğində pul ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-694/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-694/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver