Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-695/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Odessa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 76, ev 3, mənzil 3-də qeydiyyatda omaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 11 may 2023-cü il tarixli qərarla icraata başlanılmış Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 100 manat cərimə dövlət nəfinə ödənilməli və xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-20754 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 135 manat məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, müxtəlif tarixlərdə xəbərdarlıqlar verilmiş, eyni zamanda qanun tələbləri izah edilmişdir, lakin borclu izahatında hər dəfə ödəyəcəyinə söz versə də ödəniş etməmişdir. Bugunədək heç bir ödəniş edilməmişdir. Borclu axtarış qərarı əsasında xx.xx.2025-ci il tarixdə İcra İdarəsinə təhvil verilmişdir. Eyni zamanda, borclu Şəxs məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş lakin Şəxs borcunu ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin bugünədək heç bir ödəniş edilməmişdir. Protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcunu inkar etmir. 2024-cü ilin oktyabr ayından anası dialez müalicəsi qəbul etdiyi üçün həmişə onun yanında olmuşdur. Anası 1-ci qrup əlildir. Borcundan 39 manat ödəniş etmişdir. Qalan pulu da qısa müddət ərzində ödəyəcəkdir. Bu halın nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-20754 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 135 manat məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. - Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin ******* nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən 100 manat cərimə Şəxs tərəfindən dövlət nəfinə ödənilməlidir - xx.xx.2023-cü il tarixli icraat başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2024-cü il tarixli icraat başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-20754 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2023-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. - xx.xx.2024-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. - xx.xx.2023-cü il tarixli xəbərdarlıqların sürətindən görünür ki, Şəxs borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, ödəmədiyi təqdirdə 500 manatdan 1000 manatadək cərimə və 30 gün müddətinədək həbs olunacağı bildirilmişdir. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs axtarışı barədə qərar qəbul edilmişdir. -12 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxs BOKT "xxxx" MMC-nin xeyrinə 39 manat ödəniş edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs borcundan 39 (otuz doqquz) manat ödəniş etmiş. Qalan borcunu qısa müddət ərzində ödəyəcəyini qeyd etmişdir. Lakin bütün bu hallara baxmayaraq borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmaması tam şəkildə araşdırılmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsi əsassız olardı. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs borcunda ödəniş etmiş və qalan borcunu da ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-695/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-695/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver