Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-7/2024 06.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11536/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 360000 ABŞ dolları alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Bu günə borc 360000 ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. O, əvvəllər bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilmiş və sonda Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını 20 may 2022-ci il tarixdən 18 may 2023-cü il tarixədək çəkib və cəzasının sonu ilə azad edilmişdir. Bu müddət ərzində də borclu borcunun tam ödənilməsini həyata keçirə bilməmiş və tələbkar ilə icra sənədinin icrası ilə bağlı heç bir razılığa gələ bilməmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, qeyd edilən borca görə əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş və CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ona təyin olunmuş cəzanı 20 may 2022-ci il tarixdən 18 may 2023-cü il tarixədək çəkmiş və cəzasının sonu ilə azad edilmişdir. Onun borcun ödənilməsindən yayınmaq məqsədi yoxdur. Belə ki, o, hələ 2018-ci ildən başlayaraq ödənişlər etmişdir. Hazırda heç bir yerdə işləməməsinə və maddi imkanının yaxşı olmamasına baxmayaraq yenə də borcundan ödənişlər edir. Artıq o, beş ay ərzində borcundan hissə-hissə olmaqla 1460 manat ödəniş etmişdir. Bundan sonra da o, borcundan hissə-hissə olmaqla ödənişlər edəcəkdir. Hazırda isə 360000 ABŞ dolları məbləğində olan borcun qalan hissəsini tam olaraq ödəyə bilmir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırır. O, 360000 ABŞ dolları məbləğində borcun qarşılığında hər dəfə 100-200 manat miqdarında ödənişlər etməklə, o cümlədən öz hərəkətləri ilə borcu tam ödəməməkdə israrlı olduğunu aydın şəkildə göstərir. O, hazırda borclu tərəfindən ona olan borcunun tam ödənilməsini, əks təqdirdə onun barəsində ən ciddi tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11536/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 360000 (üç yüz altmış min) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pul tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11536/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Şəxs mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi, bina 11/35, 1-ci mərtəbəsində qeyri yaşayış sahəsi, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0,08 ha torpaq sahəsi və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, bina 11, mənzil 55 hərracda banka təklif edilmişdir. Təklifə əsasən əmlakların bank tərəfindən əldə edilməsi barəsində alqı-satqı müqaviləsi və yekun hərrac protokolu imzalanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəliri müəyyən edilməmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına ödənişlər edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11536/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs qətnaməni icra sənədi ilə müəyyən edilmiş qaydada icra etməmiş, yəni 360000 ABŞ dolları məbləğində borcunu tam ödəməməklə o, qətnamənin icrasından yayınmış və tələbkarla qətnamənin icrası ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, işin faktiki hallarını və qeyd edilən əmələ görə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə məhkum edilməsini, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra barəsində ilk dəfə inzibati xəta haqqında protokol tərtib edilməsini, həmçinin borcundan ödənişlər etməsini, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-7/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-7/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver