Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-711/2025 14.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, işsiz, Bakı şəhəri, Atyalı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2626/2024 saylı icra sənədinə əsasən Şəxs cəmi 5623,65 manat pul vəsaitinin X2 xeyrinə tutulması qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2626/2024 saylı icra sənədinə əsasən borclu Şəxs borcunu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qeydiyyata düşəcəyi heç bir ev olmadığından şəxsiyyət vəsiqəsi ala bilmir. Hazırda işsizdir. İş tapmaq üçün hara müraciət etsə şəxsiyyət vəsiqəsi tələb olunur. Ali təhsillidir, Türkiyədə təhsil almış, dəfələrlə ona iş təklifləri də edilmişdir. Lakin şəxsiyyət vəsiqəsi olmadığından işləyib, borcunu da ödəyə bilməmişdir. Əgər iş tapa bilsə borcunu ödəməyə maddi imkanı olacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs ilə müəllim yoldaşı olmuş, bir yerdə işləmişdirlər. Şəxs ehtiyacı olduğu üçün bankdan kredit götürüb ona vermişdir. Ailə üzvləri belə onu evlərində qeydiyyata salmadığı halda öz evində onu qeydiyyata salmış, ancaq yenə də borcunu ödəməmiş, həmçinin söz verdiyi müddətdə evindən də qeydiyyatdan çıxmamışdır. Daha sonra məhkəmə yolu ilə onu evindən qeydiyyatdan çıxarmışdır. Borcundan ayda 30 manat ödəniş etməsinə belə razıdır, lakin borclu borcun ödənilməsindən qərəzli olaraq yayınmışdır. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2626/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2018-ci il tarixli, 03/3789/KİK nömrəli kredit müqaviləsi üzrə cəmi 5623,65 manat məbləğində pulun X2 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2626/2024 saylı icra sənədi üzrə borcunu ödəməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2626/2024 saylı icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, icra sənədinin icrası məqsədi ilə Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmışdır. xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış, sənədsiz və işsiz olduğuna görə borcunu ödəyə bilmədiyini, sənədlərini düzəldib işə başlayan kimi icra sənədi üzrə tələbi tam şəkildə icra edəcəyini bildirmiş, borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta İXM-in 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Gəncə Şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-711/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-711/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver