Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-713/2025 14.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və protokol tərtib edən şəxs Gəncə Şəhər BPİ-nin 1-ci Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 32-ci küçədə yaşayan Şəxs barəsində Gəncə Şəhər BPİ-nin 1-ci X5 Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsində xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs X3 məxsus evinin qarşısından 1 ədəd 500 manat dəyərində sürət qutusunu oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, müharibə iştirakçısıdır, yolun kənarından sürət qutusu oğurlamış, 24 manata satmışdır, əməlindən peşmandır. Zərərçəkənlə barışıq əldə etmişdir. Barəsində inzibati tənbeh tədbiri seçilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 məhkəməyə ərizə təqdim edib izahatında göstərdi ki, yaşadığı ünvanda özünə aid sexi vardır. Şəxs həmin yerdə kameranın altından sürət qutusu oğurlamışdır. Ona dəyən zərəri ödəməsi üçün şikayət etmişdir. Ancaq şəxsin zərəri ödəməyə imkanı olmadığından öz aralarında razılığa gəlmiş və şikayətini geri götürmüşdür. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X3 məxsus evinin qarşısından 1 ədəd 500 manat dəyərində sürət qutusu oğurlamışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokollaşdırılmışdır. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 112, 114, 115, 117 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-713/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-713/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver