Məhkəmə qərarları › İş №3(125)-718/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-718/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-718/2025 18.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz sədrliyi ilə, X4 X2 Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 X2 Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 Müfəttişliyinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X5 geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X4 mübahisələndirdiyi qərar 09 yanvar 2025-ci il tarixdə qəbul edilmişdir. X6 tərəfindən hazırki şikayətə sözügedən qərarın surəti əlavə edilsə də, nə şikayətin məzmununda qərarın ona rəsmi qaydada hansı tarixdə təqdim edilməsi qeyd edilməmiş, nə də buna dair sübut şikayətə əlavə edilməmişdir. Şikayət isə xx.xx.2025-ci il tarixdə tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ona qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilmişdirsə, onun inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürdüyü müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş halla istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın şəxsə rəsmi qaydada təqdim edildiyi vaxt dəqiq müəyyən edildikdən və şikayətin qanunla müəyyən edilmiş müddət ərzində verildiyi müəyyən olunduqdan sonra inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxılması mümkün ola bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası X2 Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından X6 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar