Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-719/2025 25.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25889467 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25889467 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, özünə məxsus Opel Astra H markalı **- ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Gəncə şəhəri, Atatürk prospektində Gəncə Şəhər Məhkəməsinin qarşısında xx.xx.2025-ci il tarixdə saat 08:05-də “Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə barəsində Azərbaycan Respublikası DİN-nin X6 Web Portalı vasitəsi ilə “guya” videomüşahidə kamerası ilə qeydiyyata alınmış Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50.0 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, saat 09:10:02-də qəbul edilmiş EQ 25889467 nömrəli elektron qərarın surəti və iki ədəd fotoşəkil də əlavə edilməklə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna göndərilmişdir. Onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna göndərilmiş həmin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25889467 nömrəli elektron qərarının surəti rəsmi qaydada ünvanına göndərilməmiş, həmin qərarın kamera-video görüntüsünə baxmaq mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-nin X6 Web Portalı vasitəsi ilə tərtib edilmiş Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25889467 nömrəli elektron qərarında qeyd edilmişdir ki, qərardan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-cı maddəsində nəzərdə tutulmuş qaydada 20 gün müddətində yuxarı səahiyyətli orqana (vəzifəli şəxsə ) və ya məhkəməyə şikayət verilə bilər. O, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda ünvan 2 X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1 və 126.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası DİN-nin X6 Web Portalı vasitəsi ilə tərtib edilmiş, Azərbaycan Respublikasi inzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50.0 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ-25889467 nömrəli elektron qərarının qanunsuz və əsassız olduğundan şikayət etmişdir. Azərbaycan Respublikası DİN-nin X6 Web Portalı vasitəsi ilə tərtib edilmiş Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50.0 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ-25889467 nömrəli Elektron qərarının və iki ədəd foto şəkillə nəzərdən keçirərkən ona məlum oldu ki, xx.xx.2025-ci il tarixdə saat 08:05-də Gəncə şəhəri, Atatürk prospektində ona məxsus Opel Astra H markalı **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə həmin ərazidə olmamışdır, o, həmin ərazidən Gəncə şəhəri Atatürk prospekti ilə bir gün qabaq yəni xx.xx.2025-ci il tarixdə saat təqribən 14:30 radələrində keçmişdir. Onu həmin ərazidən keçəndə yolun sağ və sol kənarında Nizamlanmayan piyada keçidini göstərən heç bir nişan olmayıb. Ona məxsus Opel Astra H markalı **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tərtib olunmuş EQ-25889467 nömrəli elektron qərarda foto şəkilə baxdıqda nizamlanmayan piyada keçidini göstərən heç bir nişan yoxdur. Yolun sol hissəsində nizamlanmayan piyada keçidini göstərən yol nişanı xx.xx.2025-ci il tarixdə quraşdırılıb. Təhlükəsiz şəhər kamerasına baxılsa bunu aydın şəkildə görmək olar. İnzibati xətanı aşkar edən texniki vasitənin nə modeli, nə markası göstərilməyib operator tərəfindən qanunsuz olaraq real vaxt rejimi nəzərə alınmadan tərtib edilib və fotoşəkillərdə yolun sol kənarında nizamlanmayan piyada keçidini göstərən yol nişanı olmadığı üçün şəkillər kəsilərək elektron qərar çıxarılıb. “Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə “süni şəkildə tərtib edilmiş protokol əsasında (ona verilməyən protokola) Azərbaycan Respublikası DİN-nin X6 Web Portalına yerləşdirməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavəsinə və eləcə də Azərbaycan Respublikasının DİN-nin 12 may 2017-ci il tarixli № Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimafın 8-ci maddəsində nəzərdə tutulan tələblərini pozmuşdur. Əgər kamera-video görüntüsünə məhkəmə tərəfindən baxılsa yəqin ki, əsl həqiqət üzə çıxacaqdır. Onun tərəfindən heç bir inzibati xəta törədilmədiyindən barəsində başladılmış inzibati icraat barədə qərar ləğv edilməlidir, icraata xitam verilir. Hesab edir ki, o, heç bir qayda pozuntusu törətməmiş və ona tətbiq olunan inzibati tənbeh qeyriqanunidir. Şikayətini təmin edib, heç bir qayda pozuntusu törətmədiyi əsas götürülərək Azərbaycan Respublikası DİN-nin X6 Web Portalına yerləşdirməklə Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50.0 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ-25889467 nömrəli elektron qərarının ləğv edilməklə, iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, bildirdi ki, barəsində tərtib edilmiş qərarda qeyd edilən inzibati xətanı törətməmiş, o, heç bir qayda pozuntusu etməmişdir. Buna görə də xx.xx.2025-ci il tarixli, EQ 25889467 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, DVD diskə baxış keçirərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25889467 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə “Opel Astra” minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Atatürk prospektində hərəkətdə olarkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25889467 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunsa da, məhkəmə iclasında qeyd edilən hadisənin qeydə alındığı DVD diskə baxış keçirilən zaman İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 330-cu maddəsində göstərilir ki: 330.0. Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: 330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; 330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Həmin maddənin mənasından və qeyd hissəsindən aydın olur ki, İXM-nin 330.0.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi ilə bağlıdır. Həmin maddənin qeyd hissəsində isə “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Lakin məhkəmə iclasında qeyd edilən hadisənin qeydə alındığı DVD diskə baxış keçirilən zaman İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi üçün əsas olan İXM-nin qeyd hissəsində göstərilən hallara rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25889467 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25889467 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25889467 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-719/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-719/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver