Məhkəmə qərarları › İş №3(125)-730/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-730/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-730/2024 16.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Samux rayon DYPB tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında qərarının ləğv olunması barədə X1 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: X1 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Samux rayon DYPB tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, X1 məhkəməyə təqdim etdiyi şikayət ərizəsinə onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əlavə etməmişdir. Bununla da X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın nə vaxt və hansı səlahiyyətli şəxs tərəfindən tərəfindən qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün mübahisələndirilən qərar rəsmi şəkildə əldə edilməli (şikayətin vaxtında verilib-verilmədiyini müəyyən etmək üçün) və həmin qərar şikayətə mütləq şəkildə əlavə olunmaqla məhkəməyə təqdim edilməlidir. Eyni zamanda məhkəmə bildirir ki, Samux DYPB-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə qərar qəbul etmək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə qərar qəbul etmək səlahiyyəti məhkəməyə aiddir. Belə olan halda X1 barəsində, Samux rayon DYPB tərəfindən qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Samux rayon DYPB tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında qərarının ləğv olunması barədə X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar