Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-732/2024 22.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra idarəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri İcra idarəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş 14 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, AR Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən borclu Şəxs AR İXM-in 210.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmiş, qanunla müəyyən edilmiş müddətdə cəriməni ödəməmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs cəriməni ödəməyə maddi imkanının olmamasını bildirdi. Barəsində inzibati tənbeh məsələsini məhkəmənin mülahizəsinə buraxdı. İnzibati xəta haqqında protokola əlavədə qeyd edilmişdir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN0327582 nömrəli, 10 dekabr 2020-ci il tarixli qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu sonuncu izahatında borcunu tam ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 10 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Şəxs Аzərbаycаn Rеspublikаsı İnzibаti Хətаlаr Məcəlləsinin 210.1-ci mаddəsinə əsаsən 2000 manat məbləğində inzibаti cərimə еdilmişdir. 25 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, AR Səhiyyə Nazirliyinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuri X2 tərəfindən xx.xx.2021-ci il tarixdə icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış AR Səhiyyə Nazirliyinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi tələb olunmuşdur. Şəxs ünvanlanmış bildirişdən görünür ki, AR Səhiyyə Nazirliyinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi onun tərəfindən 10 gün müddətinə icra edilmədiyi təqdirdə barəsində protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi barədə xəbərdar edilmişdir. Şəxs icra idarəsində verdiyi izahatdan görünür ki, onun maddi imkanı olmadığı üçün cəriməni ödəyə bilmir. xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun hazırda bir dəfəyə 2000 manat cərimə ödəməyə maddi imkanı yoxdur. Həmçinin onun mülkiyyətində heç bir əmlakı və gəliri yoxdur. O, törətdiyi əmələ görə çox peşmandır. Sonda o, barəsində tənbeh tədbiri tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İcra məmuru lkin Qədimov məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-in 529.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Şəxs qanunla müəyyən edilmiş əsaslar olmadan qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cəriməni ödəməməsi, beləliklə İXM-in 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Buna görə də Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-732/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-732/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver