Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-739/2025 18.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında tibb bacısı vəzifəsində işləyən, subay, Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsi, ev 11, mənzil 13 qeydiyyatda omaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs barəsində olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-4205/23 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs 15135 manat məbləğində pul vəsaitinin tutularaq X4 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilməsinə və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınır. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu Şəxs hər ay əmək haqqından borcuna görə tutqular aparılır. Bundan başqa borcundan 2000 (iki min) manat ödəniş etmişdir. Hal-hazırda 11676.42 (on bir min altı yüz yetmiş altı manat qırx iki qəpik) manat borcu vardır. Protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun borcuna görə hər ay əmək haqqında pul tutulur. O, əmək haqqından tutulan puldan başqa bocundan 2000 (iki min) manat ödəniş etmişdir. O, məhkəmə qətnaməsi çıxarılana qədər borcundan 5000 (beş min) ödəniş etmişdir. Onun oğlu aprel ayında kredit götürəcək və o, borcunun qalan hissəsini tam ödəyəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, Şəxs onun qızının rəhmətə getməsindən istifadə edib ondan oğlunu oxutmağa görə pul almışdır. O, Şəxs ölən qızının yerinə qoyub əlində olan pulları ona vermişdir. Şəxs ona 5000 (beş min) manat pul qaytamış və o, özünə həmin pul ilə torpaq almışdır. Eyni zamanda Şəxs borcuna görə 2000 (iki min) manat ödənişidə bir etmişdir. Qalan pulunda tam şəkildə ödənilməsini, ödənilmədiyi halda Şəxs cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan: -Gəncə şəhəri Məhkəməsinin 2(125)-4205/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli icra sənədinə əsasən Cavabdeh Şəxs 15.000 (on beş min) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 135 (bir yüz otuz beş) manat, cəmi 15.135 manat (on beş min yüz otuz beş) manat məbləğində pul vəsaiti iddiaçı X3 xeyrinə tutulmalıdır. - İcraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2023-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. -“SMS bildiriş”-in göndərilməsi barədə çıxarışdan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs istifadəsində olan telefon nömrəsinə icraata başlamaq və könüllü icra müddəti üçün bildiriş göndərilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən “Gəncə şəhər Birləşmiş Xəstəxanası”-na ünvanlanmış məktubdan görünür ki, borclu Şəxs 15135 manat məbləğində borcu borclunun hal-hazırda aldığı əmək haqqısının 50 % -nə yünəldərək tələbkar X3 bank hesabına köçürülməsini və aparılan tutqu barədə Gəncə şəhəri üzrə İcra İdarəsinə rəsmi məlumat verilməsi xahiş edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilmişdir. -İcra sənədi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Gəncə şəhər Məhkəkəməsinin 2(125)-4205/23 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat dayandırılması qərara alınmışdır. -Gəncə Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qərardadından görünür ki, Şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı verilmiş təqdimat təmin edilmişdir. -“SMS bildiriş”-in göndərilməsi barədə çıxarışdan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs istifadəsində olan telefon nömrəsinə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə bildiriş göndərilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. -Kapital Bankın ödəniş kartı üzrə çıxarışından görünür ki, X3 hesabına Şəxs əmək haqqından tutularaq müxtəlif məbləğdə pullar köçürülmüşdür. -391 nömrəli ödəniş qəbzindən görünür ki, Şəxs borcundan 2000 (iki min) manat ödəniş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs borcundan 2000 (iki min) manat daha ödəniş etmişdir. Eyni zamanda borcuna görə onun əmək haqqında tutmalar həyata keçirilir. Qalan borcunu hər ay hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Lakin bütün bu hallara baxmayaraq icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs borcundan ödəniş etmişdir və qalan borcunu da ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-739/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-739/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver