Məhkəmə qərarları › İş №3(125)-74/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-74/2022

08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-74/2022 08.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 2022-ci ilin iyun ayının əvvəlində X2 inam və etibarından sui-istifadə edərək, 40 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs 2022-ci ilin iyun ayının əvvəlində Gəncə şəhəri, N.Nərimanov küçəsində “Dədəmin Apteki”nin yaxınlığında taksi sürücüsü X1 40 manat pul almış və avtoyuma məntəqəsinə qayıdan zaman qaytaracağını vəd etməklə aldadaraq, sonradan müxtəlif bəhanələr gətirərək pulu qaytarmamış və X3 qarşı dələduzluq etmişdir. Hazırda Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyi üçün zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, o, X2 taksi sürücüsü olaraq işlədiyindən bir müddətdirki xəbərdardır. Təxminən 1 ay əvvəl Avtozavod qəsəbəsində qardaşına məxsus avtoyuma məntəqəsində olan zaman zəng edərək Oqtayı çağırmış, sifarış əsasında “Dədəmin Apteki” adlanan yerə gəlmişlər. Orada kompüter ustası təmir üçün ondan 70 manat pul istəmiş, üzərində cəmi 30 manat olduğu üçün Oqtaydan 40 manat borc pul istəmişdir. O, Oqtaydan aldığı 40 manatı komputer ustasına verdikdən sonra yenidən maşına oturaraq avtoyuma məntəqəsinə qayıtmışlar. Lakin, üzərində pul olmadığı üçün nə aldığı 40 manatı, nə də taksi pulu verə bilməmişdir. O, halhazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, Şəxs onu aldadaraq 40 manat pul almış və 10 manat taksi pulunu verməmişdir, lakin hazırda ona dəymiş ziyanı tam ödəmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də Şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi olmadığından onun barəsində İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində 03 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədlik edən: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar