Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-740/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1 iştirakı ilə, xx.xx.1998-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri, Üçbulaq ərazisi, məhəllə V, ərazi 13 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X3 Xidmətinin Gəncə Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı X3 Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər X3 Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 29 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 20DX432 nömrəli Mercedes markalı avtomobilin sürücüsü Şəxs idarə etdiyi mikroavtobusda Gəncə şəhəri Şəmkir Avtovağzal kompleksində saat 11:30 radələrində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 çıxış edərək bildirdi ki, Şəxs özünün istifadəsində olduğu 20DX432 nömrəli Mercedes markalı avtomobili Gəncə şəhəri Şəmkir Avtovağzal kompleksində saxlamış ondan fərqlənmə nişanını təqdim etmək tələb olunsa da, təqdim etməmişdir. Lakin sonradan həmin şəxsin fərqlənmə nişanının olması müəyyən edilmişdir. X2 fərqlənmə nişanının və edilmiş ödəmələrin nüsxəsini məhkəməyə təqdim edərək protokolu müdafiə etmədiyini, şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxdığından onun barəsində inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 29 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 20DX432 nömrəli Mercedes markalı avtomobilin sürücüsü Şəxs idarə etdiyi mikroavtobusda Gəncə şəhəri Şəmkir Avtovağzal kompleksində saat 11:30 radələrində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” 002669 nömrəli Aktdan görünür ki, 20DX432 nömrəli Mercedes markalı avtomobilin sürücüsü Şəxs idarə etdiyi mikroavtobusda Gəncə şəhəri Şəmkir Avtovağzal kompleksində saat 11:30 radələrində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə tənbehi müəyyən olunmuşdur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, protokolu tərtib etmiş şəxsi dinləyərək hesab edir ki, protokolu tərtib etmiş şəxs X2, Şəxs X3 Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşlarına qanunvericiliklə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı”nı təqdim etməkdən imtina etməsinin özünü nədə ifadə etməsinı göstərməmiş, əksinə, protokolu müdafiə etməyərək, şəxsin fərqlənmə nişanının olmasını bildirmişdir. Bundan sonra fərqlənmə nişanın surətini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilməli, inzibati xəta üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-740/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-740/2022
18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver