Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-743/2022 03.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Topaktaş Tulinin iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər prokuroru əvəzi, ədliyyə müşaviri Rəsul Həsənov tərəfindən qəbul edilmiş «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» xx.xx.2022-ci il tarixli Qərarda göstərilmişdir ki, «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində özəl tibb fəaliyyəti üzrə Şəxs MMC-yə lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. Bununla da Şəxs MMC lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Topaktaş Tulin izahatında bildirdi ki, Şəxs MMC-nin göstərdiyi xidmətlər özəl tibb fəaliyyət sahəsinə aid deyil. Belə ki, Gəncə şəhər Prokurorluğu plazmapen prosedurunun özəl tibb fəaliyyət sahəsinə (kosmetoloji) aid olub-olmamasını dəqiq müəyyən etməli idi. İş üzrə təqdim edilən materiallardan göründüyü kimi Gəncə şəhər Prokurorluğu yalnız İqtisadiyyat Nazirliyinə müraciət edərək «Araşdırma zərurəti ilə əlaqədar olaraq Şəxs MMC-nin özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olmaq üçün lisenziyanın verilib-verilməməsini» öyrənmişdir. İqtisadiyyat Nazirliyi isə cavabında lisenziyanın verilmədiyini bildirmişdir. Halbuki Gəncə şəhər Prokurorluğu Şəxs MMC-nin ilk öncə Vergi Xidmətindən fəaliyyət sahəsini öyrənməli idi və sonradan göstərdiyi «plazmapen» prosedurunun özəl tibb fəaliyyət sahəsinə aid olub-olmamasını müəyyən etmək üçün səlahiyyətli dövlət orqanına və ya ekspertə müraciət etməli idi. Əgər müəyyən edilsəydi ki, plazmapen proseduru özəl tibb fəaliyyət sahəsinə aiddir və məhz bundan sonra İqtisadiyyat Nazirliyinə müraciət edərək lisenziyanın verilib-verilməməsini araşdırmalı idi. Gəncə şəhər Prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında xx.xx.2022-ci il tarixli qərarı prosessual müddət və qaydalar pozulmaqla tərtib edilmişdir. Məlum olduğu ilkin inzibati xəta haqqında icraatın başlanılması haqqında qərarı prokurorluq tərəfindən xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. Həmin qərar prokurorluğa geri qaytarıldıqdan sonra Gəncə şəhər Prokurorluğu əvvəlki xx.xx.2022-ci il tarixli qərarını ləğv edir və yenidən başqa maddə ilə yeni geriyə olan tarixə yəni ki, xx.xx.2022-ci il tarixə qərar qəbul edərək baxılması üçün yenidən məhkəməyə göndərir. Bu isə öz növbəsində prokurorluğun işə qərəzli və qeyri-obyektiv yanaşılmasının, fiziki və hüquqi şəxslərin hüquqlarına hörmət edilməməsinin göstəricisidir. hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək və qərarın məzmununa uyğun izahat verərək, Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Gəncə Şəhər Prokurorluğuna vətəndaş X6 tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Tulin adlı həkim tərəfindən onun göz ətrafı nahiyyəsində edilən prosedur sonrası, göz ətrafında şiddətli dərəcədə şişkinlik yaranmış, görmə qabiliyyəti zəifləmiş, gözlərində şiddətli ağrılar və qaşınma əmələ gəlmişdir. Odur ki, Tulin həkimin onun sağlamlığına ciddi zərər vurduğu üçün, ona qarşı ciddi tədbir görülməsini, prosedur nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X8» Publik hüquqi şəxsi tərəfindən verilmiş 414/KEŞ nömrəli xx.xx.2022-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Vüsalə Həsənovanın hal-hazırda görmə qabiliyyəti VisOD (sağ göz) 0.1, VisOS (sol göz) 0.1 OU optik mühütlər şəffaf, göz dibi normaldır. Hər iki gözdə qeyd olunan miopik astiqmatizm anadan gəlmə patalogiyaya aiddir. Gəncə şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-nin direktoru Tulin Topaktaş tərəfindən xx.xx.1978-ci il təvəllüdlü X3 göz ətrafı dərisinə «Plazmapen» proseduru icra edilməsi faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmiş, Şəxs MMC və onun vəzifəli şəxsi Topaktaş Tulin barəsində İXM-nin 218-ci maddəsi ilə inzibati icraat başlanılması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edilməsi məqsədilə qərarın surəti Gəncə şəhər prokuroruna göndərilmişdir. Gəncə şəhər prokuroru əvəzi, ədliyyə müşaviri X9 tərəfindən qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 398-C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar ləğv edilmiş, Şəxs MMC və onun vəzifəli şəxsi, Topaktaş Tulin barəsində İXM-in 210-cu maddəsi ilə inzibati icraat başlanması və inzibati araşdırma aparılması haqqında qərar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Gəncə Şəhər Prokurorluğuna ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Şəxs MMC-yə özəl tibb (kosmetoloji) fəaliyyət üzrə lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» Publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olan Topaktaş Tulinin adına xüsusi icazə (Lisenziya) verilməmişdir. Eyni zamanda Səhiyyə Nazirliyinin tibbi kadrların vahid reyestrində də həmin şəxs barəsində məlumat aşkar edilməmişdir. Gəncə şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-nin direktoru Tulin Topaktaş tərəfindən xx.xx.1978-ci il təvəllüdlü X3 göz ətrafı dərisinə «Plazmapen» proseduru icra edilməsinin düzgün təşkili ilə əlaqədar hər hansı səhlənkarlığı, eləcə də prosedurun təşkili ilə əlaqədar cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Topaktaş Tulin Şəxs MMC-nin direktorudur. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavədən görünür ki, Lisenziya tələb olunan fəaliyyət növlərinin sıyahısında (sıra nömrəsi 2) «Özəl tibb fəaliyyəti» göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 206 nömrəli qərarından görünür ki, «Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərinin 2ci siyahısında (sıra nömrəsi 2.13.2) «kosmetoloji» xidmətlər qeyd edilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, kosmetoloji fəaliyyət özəl tibbi fəaliyyət hesab olunur və həmin fəaliyyət növü ilə məşğul olmaq üçün mütləq qaydada lisenziya alınması tələb olunur. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs MMC lisenziya tələb olunan “kosmetoloji” fəaliyyət növü ilə müvafiq lisenziya almadan məşğul olmuşdur və beləliklə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xəta olmaqla, qanunvericiliyə uyğun olaraq xüsusi lisenziya almadan “kosmetoloji” özəl tibbi fəaliyyətlə məşğul olması ilə inzibati xəta əməli törədilməyə başlayır və inzibati xəta əməlin aşkar edildiyi vaxt törədilmiş (başa çatmış) sayılır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, «Uzanan hüquqpozuntuları» (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. «Uzanan hüquqpozuntusu»nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. «Uzanan hüquqpozuntuları»nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, Şəxs MMC-yə isnad olunan İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xəta olmaqla, həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.1-ci maddəsinə əsasən üç aydır. Eyni zamanda məhkəmə qeyd edir ki, İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xəta hesab olunduğundan, həmin inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın aşkar edildiyi, yəni X4 prokurorluq orqanına müraciət etdiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, Gəncə şəhər prokurorluğunda araşdırılan 398- C-22 nömrəli material üzrə müstəntiq tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar Gəncə şəhər prokuroru tərəfindən 29 sentyabr 2022-ci il tarixli qərarla ləğv edilmiş və məhz sonuncu qərar əsasında Şəxs MMC barəsində inzibati xəta haqqında icraat başlanılmışdır. Yəni, hüquqi şəxsin barəsində inzibati xəta haqqında icraatın başlanılması üçün səbəb “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edilməsi olmamışdır. Çünki, hüquqi şəxsin barəsində inzibati xəta haqqında icraat başlanılarkən qanuni qüvvədə olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” hər hansı qərar mövcud olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırki inzibati xəta haqqında material üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında sonuncu qərarın qəbul edildiyi 07 oktyabr 2022-ci il tarixdən də hesablanmamalıdır. Çünki, həmin qərar cinayət prosessual qanunvericiliyin tələbləri əsasında aparılmış araşdırma nəticəsində Şəxs MMC-nin direktoru Topaktaş Tülin tərəfindən X3 göz ətrafı dərisinə “Plazmapen” proseduru icra edilməsinin düzgün təşkili ilə əlaqədar hər hansı səhlənkarlığa, pozuntuya yol verilməməsi ilə əlaqədar qəbul edilmişdir. Hüquqi şəxsin lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması isə müstəqil inzibati xəta olmaqla, kosmetoloji proseduru icra etmiş şəxsin əməlində cinayət tərkibinin olubolmaması ilə bağlı aparılmış araşdırma və həmin araşdırma nəticəsində qəbul edilmiş qərarla heç bir bağlılığı yoxdur. Bu səbəbdən, hüquqi şəxsin İXM-in 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti cinayət işinin başlanmasının rədd edilməsi haqqında sonuncu qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən deyil, inzibati xəta hadisəsinin aşkar edildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə olan vəziyyətdə hüquqi şəxsin İXM-in 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan 3 aylıq cəlb etmə müddətinin xx.xx.2022-ci il tarixdə başa çatdığı müəyyən olunur. Hazırki halda inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-743/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-743/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver