Məhkəmə qərarları › İş №3(125)-746/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-746/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-746/2023 17.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim оğlunun sədrliyi, X2 iclas katibliyi, Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN **********) ünvanına 99NE869/99ZC604 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixli **********0410 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin “Gömrük prosedurları və ödənişləri” şöbəsindən daxil olmuş 34/012/005923 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 99NE869/99ZC604 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömruk ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 bildirdi ki, təmsil etdiyi MMC tərəfindən qısa idxal bəyannaməsi tərtib edilərək malların gömrük sərhəddini keçdiyi gün gömrük orqanına təqdim edilmişdir. Lakin, mallar gömrük sərhəddindən təxminən 4 saat əvvəl keçmişdir. Arada olan saat fərqinin mövcudluğu Şəxs MMC-nin qərəzi ucbatından deyil, malların gətirilməsi zamanı yolda olan hava şəraiti, gömrük postlarında növbənin sıxlığı və digər amillərlə bağlı olmuşdur. Qısa idxal bəyannaməsinin təqdim edilməməsi Şəxs MMC-dən asılı olan səbədən baş vermədiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilsə də məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin (VÖEN **********) adına xx.xx.2023-cü İl tarixində 99NE869/99ZC604 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olan və **********80410 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib edilməmişdir. İş materiallarında olan 07 mart 2023-cü il tarixli Gömrük Xidmətinin Vahid X1” informasiya resursuna baxış keşirilməsi haqqında” protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********0410 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99NE869/99ZC604 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 10:23-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir, lakin xx.xx.2023-cü il tarixli **********0410 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair tərtib edilmiş **********044970 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə saat 14:41-də gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” Qərardaddan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan “Malın çatdırılması və boşaldılması haqqında” vahid X1ndən çıxarışdan görünür ki, mallar gömrük ərazisinə xx.xx.2023-cü il tarixdə saat 10:23-də daxil olmuşdur. İş materiallarında olan “Gömrük bəyannaməsi üzrə elektron çıxarış”dan görünür ki, qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 14:41 radələrində rəsmiləşdirilməsi üçün göndərilmişdir. Məhkəmə iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan “Gömrük bəyannaməsi üzrə elektron çıxarış”dan görünür ki, qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 14:41 radələrində rəsmiləşdirilməsi üçün göndərilmişdir. Mallar isə həmin gün təxminən 4 saat əvvəl gömrük ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Məhkəmə hesab edir ki, Şəxs MMC mallar gömrük orqanına gəldiyi gün qısa idxal bəyannaməsini elektron qaydada gömrük orqanına təqdim etmək üçün zəruri hərəkətləri (qısa idxal bəyannaməsini tərtib edilməsi, dövlət rüsumunun ödənilməsi) etdiyindən, onun həmin tarixdə qısa idxal bəyannaməsini rəsmiləşdirmək üçün gömrük orqanına elektron qaydada qərəzli olaraq göndərməməsi inandırıcı görünmür. Digər tərəfdən, İXM-nin 485.2ci maddəsində nəzərdə tutulan inzibati xəta təqsirin qəsd forması ilə törədilir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki işdə hüquqi şəxsin qısa idxal bəyannaməsini rəsmiləşdirmək arzusunda olması, hüquqi şəxsin İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmək niyyətində olmamasını göstərir. Belə olan halda, işin faktiki halları ilə Şəxs MMCnin İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şərh edilənlərə müvafiq olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə istinad edilən inzibati xətanın baş verməsində təqsiri sübuta yetirilmədiyindən əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbehə məruz qala bilməz. Azərbaycan RespublikasıİXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar