Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-747/2024 15.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Əttarlar küçəsi, ev 15 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:30-da ünvan 3 ünvanında yerləşən “Xəmsə-2” kiçik müəssisəsində Gəncə şəhəri, Cavadxan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan X1 məxsus əl çantasından 200 manat pulunu oğurlamışdır. Məhkəmə iclasında iştirak etmiş protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 4cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X6 çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından tərtib edilmiş materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xətanı törətməsini səmimi etiraf edərək, bildirdi ki, onun barəsində tərtib edilmiş protokolda göstərilən əməli o, maddi ehtiyacı olduğu üçün törətmişdir. Törətdiyi əmələ görə çox peşmandır və maddi imkanı olmadığı üçün zərəri ödəməsi mümkün deyildir. Onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla törədilmiş əməldə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısının 18 avqust 2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə X2 məxsus əl çantasının içərisindən 200 (iki yüz) manat pulun oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarında olan Gəncə şəhər prokurorunun xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə qərardan görünür ki, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində toplanmış ********** nömrəli inzibati xəta haqqında iş üzrə icraat materialı üzrə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın yenilənməsi haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatın yenilənməsi qərara alınmışdır. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə törədilmiş əmələ görə xx.xx.2023-cü il tarixli qərarla baş vermiş hadisədə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən hazırki inzibati xəta haqqında protokol üzrə işə baxıldığı günədək üç aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-747/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-747/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver