Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-75/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DGK Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş, hüquqi şəxs “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, 00900-00226/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixli 3-33-/3-1-008100/2023 nömrəli raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının ünvanına Türkiyə Respublikasından GW002Lİ/ GW102L nömrə nişanlı yük nəqliyyat vasitəsilə Tovuz Gömrük İdarəsinin“Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “hazır partlayıcı maddələr yükü **********1147 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük idarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Gəncə Gömrük idarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının ünvanına GW002Lİ/ GW102L nömrə nişanlı yük nəqliyyat vasitəsilə daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan Filial tərəfindən bu təmin olunmamış və bununlada gömrük qanunvericiliyinin tələbləri pozulmuş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli “cərimə tətbiq ediləcək mallara dair” Öhdəlik sənədindən görünür ki, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 qısa idxal bəyannaməsinin təqdim edilməməsinə görə tətbiq ediləcək cəriməni ödəməyi şirkətin öhdəsinə götürür. - xx.xx.2023-cü il tarixli **********1147 nömrəli Gömrük bəyannaməsindən görünür ki, Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının ünvanına yol çəkilişinin dağ suxurlarının dağıdılması üçün hazır partlayıcı maddələr idxal edilmişdir. - 26 dekabr 2023-cü il tarixli “barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” Protokoldan görünür ki, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi inzibati xətanın törədilməsini etiraf edərək məsuliyyət daşımağa hazır olmasını bildirmişdir. Məhkəmə barəsində inzibati protokol tərtib ediləni, protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının ünvanına yol çəkilişinin dağ suxurlarının dağıdılması üçün hazır partlayıcı maddələr yükü Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da hüquqi şəxs “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-75/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-75/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver