Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-750/2023 13.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim оğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi, Baş İdarənin hüquq şöbəsinin baş hüquqşünası X1 iştirakı ilə, «X6» MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən «X6» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X6” MMC-nin (VÖEN **********) rəhbərinin dəyişdirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmr (40 iş günü müddətində) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 405-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsi ilə qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin hüquq şöbəsinin baş hüquqşünası X2 inzibati xəta haqqında icraat materiallarında göstərilənləri bir daha təsdiq edərək inzibati xətanın törədilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etdi və barəsində icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə məlumat verilsə də məhkəmə iclasında “X6” MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2022-ci il tarixli Əmrin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdən bir ay müddətinə “X6” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş sənəd qəbulu barədə bildirişdən görünür ki, X3 “X6” MMC-nin direktoru vəzifəsinə təyin edilməsi barədə məlumat 17 mart 2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmişdir. İXM-in 405-ci maddəsinə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs “X6” MMC tərəfindən X3 “X6” MMC-nin direktoru vəzifəsinə təyin edilməsi barədə məlumat dövlət qeydiyyatna alınması üçün qanunla nəzərdə tutulmuş 40 iş günü ərzində yox xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bununla da “X6” MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X6” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «X6» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-750/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-750/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver