Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-756/2024 17.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, X13 katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərərçəkmiş şəxslər X4, X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi 3, 24-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-372/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay iki uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. Kəlbəcər rayon Məhkəməsinin 2(040)-635/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşaq üçün 180 manat aliment alınaraq tələbkar X6 verilməsi qət edilmişdir. Gəncə şəhər Məhkəməsinin 2(125)-4938/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X5 verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X11 tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq tərəfimizdən borcluya təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Bu günə borc 12882 manat təşkil edir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X8 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu bugünə kimi heç bir ödəniş etməmişdir. Protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun borcunu ödəməyə maddi imkanı yoxdur. İş yoxdur. Ona görə də iş üzrə icraat xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, maddi vəziyyəti acınacaqlı vəziyyətdədir. Müəyyən olunmuş aliment borcunu ödəməsini, ödəməyəcəyi halda isə barəsində ciddi tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, maddi vəziyyəti acınacaqlı vəziyyətdədir. Müəyyən olunmuş aliment borcunu ödəməsini, ödəməyəcəyi halda isə barəsində ciddi tədbir görülməsini xahiş edir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-372/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay iki uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Kəlbəcər rayon Məhkəməsinin 2(040)-635/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşaq üçün 180 manat aliment alınaraq tələbkar X6 verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin 2(125)-4938/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X5 verilməsi qət edilmişdir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-372/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, olan Kəlbəcər rayon Məhkəməsinin 2(040)-635/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, əncə şəhər Məhkəməsinin 2(125)-4938/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə 553368 nömrəli axtarış işi açılmışdır. İş materiallarında olan xx.xx.2021-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs aliment borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdir. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində olan 3 icra sənədi bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(043)-325/2021 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs işləmir və adına hər hansı bir mülkiyyət yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxslərin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu aliment borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərmiş, bugünədək yaranmış aliment borcunu ödənilməmişdir. Borclu Şəxs 3 ayrı icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-756/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-756/2024
17.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver