Məhkəmə qərarları › İş №3(125)-757/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-757/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-757/2023 14.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Gəncə şəhər BPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şəhər BPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 şəhər BPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. X5 hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Məhkəmə iclasında iştirak edən X4 Vəli oğlu şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Gəncə şəhər BPİ DYPŞ-ə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə Gəncə şəhər BPİ DYPŞ-nin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, X3 izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X3 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, X3 idarə etdiyi Ford Ranger markalı avtomobil dairəvi yola yaxınlaşır, bu zaman dairəyə daxil olmuş VAZ markalı avtomobilə yol verməli olduğu halda dayanmadan hərəkətini davam etdirir. Nəticə VAZ markalı avtomobil sürətini əhəmiyyətli dərəcədə azaldaraq Ford markalı avtomobilə yol verir. Məhkəmə qeyd edir ki, X5 şikayətində videoyazıya baxış keçirildiyi halda onun göstərdikləri öz təsdiqini tapacağını bildirsə də, videoya baxış keçirilmiş, lakin onun göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə, X3 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X3 barəsində Gəncə şəhər BPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Gəncə şəhər BPİ DYPŞ-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Gəncə şəhər BPİ DYPŞ-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar