Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-758/2024 18.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə şəhər 2-ci PŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Kəpəz rayonu, 3cü mikrorayon, ev 17, mənzil 3-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 18 fevral 2024-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 2-ci Polis şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 18 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri N.Nərimanov prospektində YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onların ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 2-ci Polis şöbəsinin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onların ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Daha sonra YPX əməkdaşları tərəfindən post patrul çağırılmış və Şəxs 2-ci Polis Şöbəsinə gətirilmişdir. Orda olan zaman da Şəxs müvəqqəti saxlama otağında olan zaman pəncərəni açaraq inzibati binanın digər tərəfində olan tanışı X2 ilə ucadan səslə danışaraq səs-küy yaratmış, bir-birlərinə qarşı ünvanlıünvansız nalayiq ifadələr işlədərək növbətçi hissənin 15-20 dəqiqə müddət ərzində iş rejimini pozmuş, nizam-intizama dəvət olunsa da qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, etdiyi əməllərdən peşmandır. Polisə qarşı nalayiq ifadə işlətmişdir. Lakin bu halı əsəbi olduğuna görə olmuşdur. Himayəsində 2 övladı var. Övladlarından biri anandangəlmə qüsurludur. Bir övladı isə qazidir. Bütün bu halları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX polis baş serjantı X5 ifadəsində göstərmişdir ki, 17 fevral 2024-cü il tarixdə saat 13-55-də xidmətdə olan zaman ** CF *** dövlət qeydiyyat nişanlı Mersedes Benz markalı avto maşının çoxlu sayda ödənilməmiş cərimə borcu olduğu üçün ekipaj yoldaşı X7 ilə birlikdə tərəflərindən saxlanılmışdır. Ekipaj yoldaşı İlkin Xudiyev sürücüyə yaxınlaşaraq çoxaylı ödənilməmiş cərimələri olduğu bildirilmiş və sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat verilmişdir. Daha sonra ona maşının Gəncə DYPİ-nin müvəqqəti duracağına aparılması bildirilmişdir. Lakin sürücü Şəxs bundan imtina edərək aqresiya nümayiş etdirmişdir. Onu nizam intizama dəvət etsələr də o qanunsuz əməllərinə davam etdərərk maşınında olan sərnişinlərin müştəri olduğunu bildirmişdir. Daha sonra həmin müştərilərdən aldığı pulu vermədiyinə görə müştərilərlə aralarında mübahisə olmuşdur. Onlar vətəndaşları əlillərin dairəsinə gətirirək pulları ciblərindən verməklə həmin vətəndaşları yola salmışlar.Daha sonra ona maşını akt vasitəsi ilə təhvil verilməsi, özünün isə gedə biləcəyi barədə məlumat verilmişdir. Lakin sürücü bu hal ilə də razılaşmayaraq onları söyüb təhqir etmiş və hədələməyə başlamışdır. Ona görə də post patrul çağırılaraq 2-ci Polis şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, Yol Patrul Xidməti əməkdaşları tərəfindən köməyə çağırılmışdır. Orda olan zaman həqiqətən də inzibati icraat aparılan şəxsin polis əməkdaşını təhqir etməsinəv qanuni əməlinə tabe olmamasına şahid olmuşdur. Ona görə də Şəxs post patrul maşınına mindirərək 2-ci Polis Şöbəsinə gətirmişlər. İş materiallarında olan Gəncə şəhər DYPŞ-nin YPX polis baş serjantı X5 və X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 17 fevral 2024-cü il tarixdə saat 13-55-də xidmətdə olan zaman ** CF *** dövlət qeydiyyat nişanlı Mersedes Benz markalı avto maşının çoxlu sayda ödənilməmiş cərimə borcu olduğu üçün ekipaj yoldaşı X7 ilə birlikdə tərəflərindən saxlanılmışdır. Ekipaj yoldaşı İlkin Xudiyev sürücüyə yaxınlaşaraq çoxaylı ödənilməmiş cərimələri olduğu bildirilmiş və sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat verilmişdir. Daha sonra ona maşının Gəncə DYPİ-nin müvəqqəti duracağına aparılması bildirilmişdir. Lakin sürücü Şəxs bundan imtina edərək aqresiya nümayiş etdirmişdir. Onu nizam intizama dəvət etsələr də o qanunsuz əməllərinə davam etdərərk maşınında olan sərnişinlərin müştəri olduğunu bildirmişdir. Daha sonra həmin müştərilərdən aldığı pulu vermədiyinə görə müştərilərlə aralarında mübahisə olmuşdur. Onlar vətəndaşları əlillərin dairəsinə gətirirək pulları ciblərindən verməklə həmin vətəndaşları yola salmışlar.Daha sonra ona maşını akt vasitəsi ilə təhvil verilməsi, özünün isə gedə biləcəyi barədə məlumat verilmişdir. Lakin sürücü bu hal ilə də razılaşmayaraq onları söyüb təhqir etmiş və hədələməyə başlamışdır. Ona görə də post patrul çağırılaraq 2-ci Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Gəncə şəhər 2-ci Polis Şöbəsinin NH-nin məsul növbətçisi polis kapitanı Əli Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs müvəqqəti saxlama otağında olan zaman pəncərəni açaraq inzibati binanın digər tərəfində olan tanışı X2 ilə ucadan səslə danışaraq səs-küy yaratmış, bir-birlərinə qarşı ünvanlıünvansız nalayiq ifadələr işlədərək növbətçi hissənin 15-20 dəqiqə müddət ərzində iş rejimini pozmuş, nizam-intizama dəvət olunsa da qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan videodiskdən görünür ki, Şəxs yol polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onları təhqir etmiş və itələmişdir. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14-40-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 17 fevral 2024-cü il tarixdən saat 14-40-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-758/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-758/2024
18.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver