Məhkəmə qərarları › İş №3(125)-759/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-759/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-759/2023 06.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə ŞBPİ 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ 4-cü polis bölməsinin sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs polisin ünvanına nalayiq ifadələr işlədərək özünü təqdim etməyib PB-nə gəlməkdən imtina etmiş, nəticədə Azərbayan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ 4-cü polis şöbəsinin sahə rəisi, polis mayoru Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 22:50 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində fərdi tiklilərdə nömrəsiz evdə yaşayan vətəndaş X1 istifadəsində olan ***-***-**-** mobilni nömrə ilə zəng edərək həyat toldaşı Şəxs içkili halda evə gəlib münaqişə yaradaraq azyaşlı qızını boğmaq istədikdə əlindən qaçaraq qonşunun evinə sığındıqlarını bildirmiş və təcili polisin gəlməsini isəmişdir. 4-cü PB-nin əməliyyat müvəkkili Kamran Abbasovla sahə rəisi Şahid dərhal göstərilən ünvana getmişlər, orada Vidadi polis əməkdaşlarına qarşı kobudluq edərək polisin qanuni tələbinə məhəl qoymamış və müqavimət göstərmişdir. Daha sonra polis əməkdaşları Şəxs polis bölməsinə gətirmişlər. Bununla da Şəxs İXM-in 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə evə içkili gəlmişdir. O, telefonda ağzında siqaret olan qız şəkili görmüş və həmin qızın öz qızı olduğunu zənn etmiş, buna görə də evdə mübahisə yaranmışdır. Sonra onun arvadı və qızı küçəyə çıxmış, səs-küyə qonşular gəlmiş, o, da evdən çıxıb küçədə oturmuşdur. O, həmin vaxt içkili olduğu üçün hadisələri tam təfərrüatı ilə xatırlamır, polis əməkdaşları ilə danışığı yadında qalmamışdır. Sonda o, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis kapitanı Şahid bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22:50 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində fərdi tiklilərdə nömrəsiz evdə yaşayan vətəndaş X1 istifadəsində olan ***-***-**-** saylı mobilni nömrə ilə PB-nə zəng edərək bildirmişdir ki, həyat toldaşı Şəxs içkili halda evə gəlib münaqişə yaradaraq az yaşlı qızını boğmaq istədikdə əlinən qaçaraq qonşunun evinə sığınmışdır və təcili polisin gəlməsini istəyir. O, PB-nin əməliyyat müvəkkili Kamran Abbasovla dərhal göstərilən ünvana getmiş, Günel adlı şəxsin həqiqətəndə qonşunun evində olduğunu və öz evinin qapı pəncərələri açıq olduğunu, evin içərisi dağınıq halda olduğunu aşkar etmişlər. Onlar Vidadinin harada olmasını və nə baş verdiyini soruşduqda Günel bildirmişdir ki, Vidadi qonşunun uşağının telefonunda ağzında siqaret olan qız şəkili görmüş və evə gələrək qızını boğub öldürəcəyini deyərək evi dağıdaraq nalayiq ifadələr işlətmiş, qızı ona izah etməyə çalışsada ki, o şəkil ona məxsus deyil, Vidadi öz əməllərinə davam edərək qızını divara sıxıb əlini boğazına atıb boğmaq istədikdə əlinən güclə alaraq iki azyaşlı uşağı ilə qonşuya qaçmışdır. Evdə olan az yaşlı oğlu bildirdi ki, polisin gəldiyini atası gördükdə yaşadıqları evdən bir küçə qabağa getmişdir. Onlar uşağın dediyi küçəyə getdikdə küçədə iki nəfər şəxsin olduğunu və birinin əlində “GO” içkisi görüb ona yaxınlaşdıqda salam verib özlərini təqdim etmişlər. Əlində spirtli içki qəbul edən vətəndaşa “Vidadi hansınısız?” soruşduqda sonradan adı məlum olan Vidadi onların ünvanına nalayiq ifadələr işlədərək “məndən nə istəyirsiz?” demişdir. Onlar Vidadiyə barəsində şikayət olduğunu və onlarla polis bölməsinə getməli olduğunu izah etmişlər. Lakin Vidadi kobud cavab verərək “mənim bölmədə nə işim var?”, “mən o adam deyiləm” deyib oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxy onların yanında olan Vidadinin azyaşlı oğlu bildirdi ki, atasıdır, onlara yalan danışır. Onlar Vidadini polis maşınına mindirmək istədikdə sonuncu müqavimət göstərərək tabesizlik etmişdir. İş materiallarında olan 747/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs alkotesterlə müayinə zamanı 1,935‰ spirt aşkar edilmiş, orta dərəcəli sərxoş olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidi dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs küçədə ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi və şahid ifadəsi, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını və əməlini etiraf etməsini onun məsuliyyəti yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyəti ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 23:30-da inzibati qaydada tutulmuşdur. Buna görə də həbsetmənin əvvəli həmin tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar