Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-759/2024 04.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Metallurq stadionunun içində yerləşən çayxanada pul müqabilində digər şəxslə domino oynamaqla qumar oyununda iştirak etmişdir. Bununla da o, İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi tərəfindən MN ******* saylı, xx.xx.2024-cü il tarixli tərtib olunmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Metallurq stadionunun içində yerləşən çayxanada pul müqabilində digər şəxslə domino oynamaqla qumar oyununda iştirak etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, tanışları ilə xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Metallurq stadionunun içində yerləşən çayxanaya gəlmişlər. Sonra qərara gəlmişlər ki, axşam yeməyinin pulunu düzəltmək üçün puldan domino oynasınlar. O və tanışları pul müqabilində domino oynayan zaman polis əməkdaşları onlara yaxınlaşmış, həmin vaxt masanın üzərində səkkiz manat pul olmuşdur. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Metallurq stadionunun içində yerləşən çayxanada pul müqabilində domino oynamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə qumar oyununda iştirak etmiş X2, Şəxs Kərim oğlu, X3 və X1 polis əməkdaşları tərəfindən 2-ci Polis Şöbəsinə gətirilib Növbətçi Hissəyə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-760/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək, iş üzrə maddi sübut olan 9 (doqquz) manat pul və 28 (iyirmi səkkiz) ədəd domino daşı müsadirə edilməklə, ona 3000 (üç min) manat cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.5) nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, inzibati xətanın predmeti olan 9 (doqquz) manat pul və 28 (iyirmi səkkiz) ədəd domino daşının X2 barəsində qəbul edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-760/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xətanın predmeti olan 9 (doqquz) manat pul və 28 (iyirmi səkkiz) ədəd domino daşının X2 barəsində qəbul edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-760/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-759/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-759/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver