Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-77/2022 05.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, zərər çəkmiş şəxslər X4 və X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Kəlbəcər rayonu, Allıkənd kəndində qeydiyyatda olan və Göygöl rayonu, Quşqara kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 05 iyul 2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Hacıkənd qəsəbəsində yaşayan X6 və X2 yaşadığı evə gələrək, onlarla mübahisə edərək, münaqişə yaratmış və onları döymüşdür. Bununla da o, İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, zərərçəkmiş şəxslər Nofəl Abbasov və Ziyafət Abbasova 2-ci Polis Şöbəsinə müraciət edərək, Şəxs onları döydüyünü bildirmişlər. O, hadisənın baş verdiyi evə getmiş, bu zaman X6 və X2 döyüldüyünü, onların müxtəlif bədən xəsarətləri aldıqlarını görmüşdür. Həmin vaxt zərər çəkmiş şəxslər bildirdilər ki, onların qohumları olan Şəxs döymüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Şəfiqə Rəcəbova onun xalası, Nofəl Abbasov isə onun əridir. Xalası qızı Səbinə ilə onun arasında olan qeyri-rəsmi münasibət səbəbindən onlar arasında mübahisə yaranmışdır. Belə ki, o, həmin münasibəti Səbinənin ərinə bildirdikdən sonra xalası və onun əri ona təzyiqlər etməyə başlamış, dediklərini yalanlamasını tələb etmişlər. Hadisə günü o, xalasının əri Nofəl Abbasovun çağırışı ilə onlara getmişdir. O, xalasıgilin yaşadığı evə daxil olan zaman xalasının əri Nofəl Abbasov onun üzərinə hücum etmiş, üzünə yumruq zərbəsi endirmişdir, həmin vaxt onların onu tutub orada saxlamaq istədiklərini anladığından dərhal oradan uzaqlaşmışdır. Nofəl Abbasov onun arxasınca qaçan zaman ayağı ilişərək yıxılmışdır. O, nə Nofəl Abbasova, nə də Şəfiqə Rəsəbovaya xəsarət yetirməmişdir. Odur ki, onun barəsində başlanmış inzibati icraata haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Şəxs onun arvadının bacısı oğludur. Şəxs bundan əvvəl də bir neçə dəfə onların yaşadıqları ünvana gələrək, onları narahat etmişdir. xx.xx.2022-ci il tarixdə Cəsarət onlara məxsus evə gələrək onlarla mübahisə etmiş, mübahisə zamanı ona və həyat yoldaşı Şəfiqə Rəcəbovaya xəsarət yetirmişdir. Onu törətdiyi əmələ görə bağışlamır. Ona görə də barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs onun bacısı oğludur. Cəsarət xx.xx.2022-ci il tarixdə onların yaşadığı evə gələrək ona və həyat yoldaşı Nofəl Abbasova bədən xəsarəti yetirmişdir. Onu törətdiyi əmələ görə bağışlamır. Ona görə də barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 975 saylı rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qulaq sırğalığının səthi yarası, sağ diz, sağ dirsək nahiyələrinin qançırları və sıyrığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 976 saylı rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bazu nahiyəsinin qançırı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər X6 və X2 şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, zərər çəkmiş şəxslərin izahatı, ekspertiza rəyləri, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-77/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-77/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver