Məhkəmə qərarları › İş №3(125)-770/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-770/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-770/2024 27.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19080176 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19080176 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Cruize markalı **-FG-*** dövlət nişanlı avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə gələn zaman Bakı - Qazax yolunun müxtəlif kilometrlərində sürücülük hüququ olmadan idarə idarə etmə əsası ilə kameralara düşmüş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 332.3-cü maddəsi ilə bir neçə dəfə Gəncə şəhərinə çatanadək yol boyu inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan qərarlar ona rəsmi qaydada təqdim edilməmiş, yalnız bununla bağlı məlumatı sms radar proqramı vastəsilə əldə etmişdir. Hesab edir ki, bu qanunsuzdur və həmin inzibati xəta haqqında protokol və qərarlar ləğv edilməlidir. Qeyd etmişdir ki, avtomobil ilə Bakı şəhərindən hərəkətə başlayan zaman onun sürücülük hüququ olmuşdur. Sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumatı olmamışdır. Görünür avtomobil ilə Bakı-Qazax yolunda hərəkətdə olan zaman hansısa yol qayda pozuntusu törətdiyindən avtomatik olaraq pozuntu kameralar vasitəsilə müəyyən olunmuş və avtomatlaşdırılmış qaydada sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı elektron qaydada qərar qəbul edilmiş və bu məlumat mərkəzi informasiya bazasına ötürülmüşdür. SMS radar vasitəsilə əldə etdiyi məlumata əsasən bu qayda pozuntusunun qeydə alınma yeri Gəncə şəhər, Əziz Əliyev küçəsi, FHN ist1 olmuş və bu barədə İXM-nin 332.3-cü maddəsi ilə protokol və qərar qəbul edilərək 50 manat miqdarında cərimə olmuşdur. Bundan sonra yuxarıda qeyd etdiyi kimi bütün yol boyu quraşdırılmış kameralar, eləcə də Gəncə şəhərində yerləşdirilmiş kameralar bu halı nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobili idarəetmə kimi qəbul edərək artıq barəsində İXM-nin 332.3-cü maddəsi ilə əsassız olaraq protokollar tərtib etmişdir. Qeyd olunanların nəzərə alınaraq xx.xx.2024-cü il tarixli, EQ 19080176 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19080176 nömrəli qərarın Asan Paydan əldə olunmuş surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixində saat 22:25:10-da Bakı-Qazax yolu 262.2-ci kmd-də nəqliyyat vasitısini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərfindən idarə ediliyinə görə, bu səbəbdən İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Gəncə şəhər X7 tərəfindən sorğuya verilmiş cavabdan görünür ki, xx.xx.2024-cü il tarixli 3(125)-770/2024 saylı sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.2024-cü il tarixdə saat 21:59:04 radələrində Chevrolet Cruze markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən olunmuş surət həddini aşdığı üçün həmin avtomobilin mülkiyyətçisi X4 barəsində elektron qaydada EQ 19079957 saylı inzibati protokol tərtib edilərək AR-sı, İXM-n 328.3 və 327.7-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:25:10 radələrində qeyd edilən avtomobil yenidən yolda müəyyən olunmuş surət həddini aşdığı üçün barəsində elektron qaydada EQ 19080176 saylı inzibati protokol tərtib edilərək AR-sı, İXM-n 328.3 və 332.3cü maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 126.1.-ci maddəsində isə qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 327.7-ci maddəsinə əsasən 327.7. Bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixində saat 22:25:10-da Bakı-Qazax yolu 262.2-ci kmd-də nəqliyyat vasitısini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərfindən idarə ediliyinə görə, bu səbəbdən İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Məhkəmə iclasında X4 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirirək qeyd etmişdir ki, Cruize markalı **-FG-*** dövlət nişanlı avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə gələn zaman Bakı - Qazax yolunun müxtəlif kilometrlərində sürücülük hüququ olmadan idarə idarə etmə əsası ilə kameralara düşmüş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 332.3-cü maddəsi ilə bir neçə dəfə Gəncə şəhərinə çatanadək yol boyu inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan qərarlar ona rəsmi qaydada təqdim edilməmiş, yalnız bununla bağlı məlumatı sms radar proqramı vastəsilə əldə etmişdir. Hesab edir ki, bu qanunsuzdur və həmin inzibati xəta haqqında protokol və qərarlar ləğv edilməlidir. İş materiallarında olan məhkəmənin sorğusuna verilən cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:59:04 radələrində Chevrolet Cruze markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən olunmuş surət həddini aşdığı üçün həmin avtomobilin mülkiyyətçisi X4 barəsində elektron qaydada EQ 19079957 saylı inzibati protokol tərtib edilərək AR-sı, İXM-n 328.3 və 327.7-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:25:10 radələrində qeyd edilən avtomobil yenidən yolda müəyyən olunmuş surət həddini aşdığı üçün barəsində elektron qaydada EQ 19080176 saylı inzibati protokol tərtib edilərək ARsı, İXM-n 328.3 və 332.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərarla verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X4 Bakı-Qazax yolunda hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da onun İXM-nin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Bundan sonra İXM-nin 332.3-cü maddəsi ilə yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində əsassız olaraq protokollar tərtib etmişdir. X1 yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verməməsinə isnad edərək barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarla razılaşmamış və məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, qərardan şikayət vermiş X2 isnad etdiyi, hadisə zamanı onun təqsirinin olub-olmamasını təsdiq edən heç bir sübutun olmaması faktına münasibət bildirməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə qeyd edir ki, İXM-nin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Həmin məcəllənin 126.1.-ci maddəsində isə qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Belə ki, X4 Bakı-Qazax yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün yəni xx.xx.2024-cü il tarixdə saat 21:59:04 radələrində Chevrolet Cruze markalı, **- FG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən olunmuş surət həddini aşdığı üçün həmin avtomobilin mülkiyyətçisi X4 barəsində elektron qaydada EQ 19079957 saylı inzibati protokol tərtib edilərək AR-sı, İXM-n 328.3 və 327.7-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. Barəsində elektron qərar qəbul edilmiş və sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Lakin İXM-nin 126.1 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi qeyd olunsa da X3 bu hüquq tanınmamış həmin müddət ötmədən sürücülük hüququ məhdudlaşırılmışdır. İşin bu halı isə məhkəməyə belə qənaətə gəlməyə imkan verir ki, X2 Azərbaycan Respublikası İXMnin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurur. Belə olan halda X4 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə deyil, törətdiyi konkret qayda pozuntusuna görə məsuliyyətə cəlb olunmalı idi. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19080176 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19080176 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş X6 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar