Məhkəmə qərarları › İş №3(125)-771/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-771/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-771/2023 18.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X3 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X3 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində sürücü Şəxs idarə etdiyi Toyota Prado markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində hərəkətdə olan zaman sürücü, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan X2 idarə etdiyi Minsk markalı motosikletlə toqquşmuş, nəticədə motosikletin sürücüsü xəsarət alaraq Gəncə şəhər Beynəlxalq xəstəxanasına müraciət etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, rəsmi olaraq Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Toyota Prado” minik markalı ** ET *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. xx.xx.2023-cü il tarixdə özümə məxsus avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olub, sola yəni, Ş.İ.Xətai prospekti istiqamətinə dönərkən qarşı tərəfdən hərəkətdə olan mopedi gözləməyərək həmin mopedlə ilə toqquşmuşdur. Daha sonra idarə etdiyi avtomobili saxlayıb mopedin sürücüsünə yaxınlaşıb idarə etdiyi avtomobillə mopedin sürücüsünü Gəncə Beynalxalq xəstəxanaya aparmışdır. Orada rentgen müayinəsi olunmuş, bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Daha sonra polis əməkdaşları ilə sərxoşluq müayinəsindən keçmək üçün narkololi disponserə gedib həkim tərəfindən yoxlanılmış və ayıq olmağı bilinmişdir. Hadisənin baş verməsinə səbəb dönmə əməliyyatı edən zaman qarşıdan gələn mopedin keçib getməsini gözləməməsi olmuşdur. Hadisə vaxtı avtomobili 50 km/saat sürətlə idarə etmişdir. Məhkəmədən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati protokol tərtib etmiş orqanın nümayəndəsi iclasda iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 29 mart 2023- cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X1 27 mart 2023-cü il tarixli 369 nömrəli rəyində göstərilmişdir ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ baldır nahiyəsinin yumşaq toxumlarının qançır-şişkinlik halında əzilməsi,əzilmiş yarası bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cu il tarixdə əmələ gələ bilər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasma səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir İş materiallarına əlavə edilmiş İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddələrinin tərkibi mövcud olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 804/2023 nömrəli 14 mart 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, Şəxs hadisənin törədilməsi zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını, barəsində icraat aparılan şəxsin ilk dəfə məhkəmə qaydasında inzibati tənbeh edilməsini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada barəsində cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, habelə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar