Məhkəmə qərarları › İş №3(125)-773/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-773/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-773/2024 27.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ 3(125)-773/2024 İnzibati xəta haqqında işin digər işə birləşdirilməsi haqqında QƏRARDAD 27 mart 2024-cü il Gəncə şəhəri Mən, Gəncə şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Məhkəməsinə material daxil olmuşdur. İnzibati xəta haqqında işin icraatı zamanı barəsində icraat aparılan şəxs icraatdan yayınmış, onun gətirilməsi haqqında qərardad qəbul edilmişdir. 27 mart 2024-cü il tarixdə Qərardadın polis tərəfindən icrası zamanı barəsində icraat aparılan şəxs polisin qanuni tələbinə tabe olmaqdan imtina etmiş, sərxoş vəziyyətdə ictimai yerdə nalayiq ifadələrdən istifadə etmişdir. Şəxs barəsində İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(125)-1165/2024 saylı inzibati xəta haqqında material məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 510-cu və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilərək baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(125)-773/2024 saylı inzibati xəta haqqında material İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən məhkəmənin icraatında olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(125)-1165/2024 saylı inzibati xəta inzibati xəta haqqında materialla bir icraatda birləşdirilərək baxılsın. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar