Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-774/2022 10.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Zərərçəkmiş şəxs məxsus 50 manat dəyərində olan kameranı qırmış və polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi, X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs DİN-in 102 xitmətinə zəng edərək, yaşadığı ünvan 1 ünvanında evin qarşısında quraşdırdığı videokameranı qonşusu Şəxs qəsdən sındıraraq ziyan vurduğunu bildirmişdir. Həmin müraciət əsasında polis əməkdaşları hadisə yerinə getmiş, hadisə barədə zərərçəkmiş şəxsdən ərizə aldıqdan sonra Şəxsla danışmaq istəsələr də, sonuncu sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək ətrafdakı şəxslərin narahatlığına səbəb olmuşdur. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra hadisə yerinə çağırılmış PPX əməkdaşlarının köməyi ilə Şəxs polis şöbəsinə gətirilmişdir. Bununla da o, İXM-in 232-1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, Zahidin evinin qarşısında iki videokamera vardır. Zahid evinin qarşısında olan ağacları kəsdirmiş, ağacları kəsdirəndən sonra həmin kameranın baxış bucağı onun yaşadığı evin də qarşısına düşmüşdür. O, bu vəziyyətdən məyus olaraq Zahidə kameraları onun evinin qarşısından çəkməsini istəmiş, lakin Zahid ona məhəl qoymamışdır. xx.xx.2022-ci il tarixdə onlar Zahidlə birgə toy məclisində olmuşlar və orada o, spirtli içki qəbul etdikdən sonra evə gələndə kameraları görüb yenidən əsəbləşib kameranın birin sındırmışdır. Daha sonra Zahid polis əməkdaşlarını çağırmış, o, polis əməkdaşlarını gördükdə içkinin təsirindən lap əsəbləşib uca səslə Zahidə öz iradını bildirmiş, lakin sonuncunu söyməmişdir. Sonda o, Zahidə dəymiş ziyanı ödədiyini, əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Xəyalın ona dəymiş olduğu ziyanı ödədiyini, onunla barışdığı üçün sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 izahat verərək bildirmişdir ki, Şəxs onun oğludur. Oğlu Xəyalın yanında qonşuları Zahid qapısına quraşdırdığı kamera ilə gəlib gedənə baxdığını demiş, bu söz Xəyalın xoşuna gəlmədiyi üçün spirtli içkinin təsirindən Zahidin kamerasını sındırmışdır. Zahid polisə şikayət etmiş, həmin vaxt Xəyal polisə heç bir söyüş söyməmiş, sadəcə içkili olduğu üçün Zahidə iradını bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 xx.xx.2022-ci tarixdə xidmətdə olarkən onu əlavə qüvvə olaraq köməyə çağırmışlar. O, hadisə yerinə çatdıqda adı sonradan polisə məlum olan Şəxs sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətdiyini görmüşdür. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu hərəkətlərini davam etdirmiş, buna görə də Şəxs patrul avtomobilinə əyləşdirib polis şöbəsinə gətirmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs Gəncə şəhəri M.Şeyxzamanov küçəsi ev 17-nin qarşısına gələrək evin qarşısında olan işıq dirəyində quraşdırılmış vət. Zərərçəkmiş şəxs məxsus 1 ədəd 50 manat əyərində olan videokameranı və həmin videokameranın kabel xəttini qəsdən sındırmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 50 manat maddi ziyan vurulmuşdur. Odur ki, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası CM-in 186-cı maddəsində nəzərdə tutulan cinayət tərkibi yaranmadığından, barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşu vəziyyətində olmuşdur. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ilə zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla belə Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, Şəxs xx.xx.2022-ci tarixdə inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat məbləğində cərminin dörddə üçü həddində, yəni 150 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-774/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-774/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver