Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-776/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gədəbəy rayon prokurorunun köməkçisi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gədəbəy Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gədəbəy rayon prokuroru, kiçik ədliyyə müşaviri Əli Babayev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən sahibkar X1 məxsus “Bahçeli” adlı restoranı elektriklə təchiz edən kabel xəttlərinin X5 əməkdaşları tərəfindən hansı tarixdə və nə səbəbə sökülməsi, əgər sökülmüşdürsə, bu barədə müvafiq göstərişin şifahi və ya yazılı formada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təhcizatı və Satışı idarəsi tərəfindən verilib-verilməməsi, müsbət halda bu barədə göstərişin hansı səbəbə və hansı vəzifəli şəxs tərəfindən verilməsi, “Bahceli” adlı restoranı elektriklə təchiz edən kabel xəttləri sökülməmişdən əvvəl həmin ticarət obyektinin sahibi və ya digər məsul şəxsinə rəsmi qaydada xəbərdarlıq və bildirişin təqdim edilib-edilməməsi barədə məlumatların kabel xəttlərinin sökülməsi prosesinin hansı qaydada rəsmiləşdirilməsi və bu prosesdə X9 Təhcizatı və Satışı idarəsi və X2 hansı əməkdaşlarının iştirak etməsi, “Bahceli” adlı restoranı elektriklə təchiz edən kabel xəttlərinin texniki pasportu, texniki şərti, istismar və satışa dair müvafiq sənədlər, bağlanmış müqavilələr, layihə sənədi, xətlərin balans mənsubiyyəti barədə akt, kabel xəttlərinin sökülməsi barədə verilmiş göstərişi özündə əks etdirən müvafiq sənəd, habelə həmin xəttlərin sökülməsi ilə bağlı tərtib olunmuş müvafiq sənədlərin (akt, xəbərdarlıq, bildiriş və.s) surətləri ilə birlikdə rayon prokurorluğuna təqdim edilməsi məqsədilə "xxxx" ASC-nin X10 Təhcizatı və Satışı İdarəsinin rəisi Şəxs 29 aprel 2022-ci il tarixli, 69 C-22 nömrəli sorğu məktubu ilə müraciət edilsə də, sonuncu tərəfindən sorğunun cavablandırılması verilməsi təmin olunmamışdır. Araşdırma zamanı həmin sorğunun cavablandırılmaması ilə əlaqədar "xxxx" ASC-nin rəhbərliyinə 27 may 2022-ci il tarixdə müvafiq məktub göndərilsə belə, X10 Təhcizatı və Satışı İdarəsi tərəfindən 29 aprel 2022-ci il tarixli, 69 C-22 nömrəli sorğu məktubu yenə də cavablandırılmamışdır. Məhkəmə iclasında iştirak etmiş Gədəbəy rayon prokurorunun köməkçisi X7 çıxış edərək bildirdi ki, "xxxx" ASC-nin X9 Təchizatı və Satışı İdarəsinin rəisi Şəxs “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinin tələblərini pozduğundan, onun barəsində Gədəbəy rayon prokuroru tərəfindən xx.xx.2022ci il tarixli inzibati xəta haqqında icraatın başlanılması barədə qərar qəbul edilmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə ona göndərilən sorğu məktubuna 7 iş günündə cavab vermədiyindən onun əməlində İXM-nin 374.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi həmin müddət bitdiyi tarixdə yaransa da, Şəxs barəsində Gədəbəy Rayon Prokurorluğunda cinayət işi ilə bağlı araşdırma olduğundan həmin araşdırmanın nəticəsi gözlənilmişdir. Araşdırma nəticəsində cinayət faktı öz təsdiqini tapmadığından xx.xx.2022ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Odur ki, Şəxs İXM-in 374.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X6 izahatında bildirdi ki, Gədəbəy rayon prokurorunun “Bahceli” adlı restoranın elektrik kabellərinin sökülməsi ilə bağlı ilkin sorğusundan onların məlumatı olmamışdır. Sonradan ikinci dəfə müraciət edildikdə isə sorğuya cavab verilmişdir. O , informasiyanın verilməsindən qərəzli olaraq yayınmamışdır. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon prokuroru X12” ASC-nin X9 Təchizatı və Satışı İdarəsinin rəisi Şəxs müraciət edərək, Gədəbəy rayon prokurorluğunda araşdırılan 69 C-22 nömrəli material üzrə yaranmış zərurətlə əlaqədar Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən sahibkar X1 məxsus “Bahçeli” adlı restoranı elektriklə təchiz edən kabel xəttlərinin X5 əməkdaşları tərəfindən hansı tarixdə və nə səbəbə sökülməsi, əgər sökülmüşdürsə, bu barədə müvafiq göstərişin şifahi və ya yazılı formada X9 Təhcizatı və Satışı idarəsi tərəfindən verilib verilməməsi, müsbət halda bu barədə göstərişin hansı səbəbə və hansı vəzifəli şəxs tərəfindən verilməsi, “Bahçeli” adlı restoranı elektriklə təchiz edən kabel xəttləri sökülməmişdən əvvəl həmin ticarət obyektinin sahibi və ya digər məsul şəxsinə rəsmi qaydada xəbərdarlıq və bildirişin təqdim edilib-edilməməsi barədə məlumatların kabel xəttlərinin sökülməsi prosesinin hansı qaydada rəsmiləşdirilməsi və bu prosesdə X9 Təhcizatı və Satışı idarəsi və X2 hansı əməkdaşlarının iştirak etməsi, “Bahçeli" adlı restoranı elektriklə təchiz edən kabel xəttlərinin texniki pasportu, texniki şərti, istismar və satışa dair müvafiq sənədlər, bağlanmış müqavilələr, layihə sənədi, xətlərin balans mənsubiyyəti barədə akt, kabel xəttlərinin sökülməsi barədə verilmiş göstərişi özündə əks etdirən müvafiq sənəd, habelə həmin xəttlərin sökülməsi ilə bağlı tərtib olunmuş müvafiq sənədlərin (akt, xəbərdarlıq, bildiriş və.s) surətləri ilə birlikdə araşdırmaya təqdim edilməsinə dair aidiyyəti üzrə göstəriş verilməsi xahiş etmişdir. Bundan sonra həmin müraciət cavablandırılmadığından, Gədəbəy rayon prokuroru Əli Babayev xx.xx.2022-ci il tarixdə Azərişıq” ASC-nin rəisinə müraciət edərək, Şəxs və Akif Əsgərovun izahat vermək üçün rayon prokurorluğuna getmələrinə, həmçinin ünvanlanmış sorğulara cavab vermələrinə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Gədəbəy rayon prokurorunun köməkçisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir ki, X4 adlı şəxsin ona məxsus “Bahçeli” adlı obyektə çəkdirdiyi elektrik xəttinin X2 işçiləri tərəfindən söküldüyünü bildirmiş, bununla bağlı araşdırma aparılmış nəticəsində fakt üzrə oğurluq, rüşvət vermə və vəzifə səlahiyyətlərini aşma halları öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının CPM-in 39.1.1-ci maddəsinə əsasən 69C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində məhz informasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslərin inzibati məsuliyyət nəzərdə tutulmuşdur və Gədəbəy rayon prokurorluğunda aparılan araşdırma ilə əlaqədar prokuror tərəfindən vəzifəli şəxs Şəxs informasiyanın əldə edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə müraciət edilməsi, lakin sonuncunun həmin müraciətə cavab verməməsi, yəni onun tərəfindən informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması, bununla da Şəxs tərəfindən İXM-in 374.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Bununla yanaşı qeyd edilməlidir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin tələbinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir. Həmin qanunvericilik normasına əsaslanaraq məhkəmə qeyd edir ki, Gədəbəy rayon prokuroru tərəfindən informasiya əldə edilməsi məqsədi ilə vəzifəli şəxs Şəxs xx.xx.2022ci il tarixdə sorğu verildikdən sonra, sonuncu 7 iş günü ərzində həmin müraciətə cavab verməli idi. İnformasiya sorğusu 7 iş günü ərzində icra edilmədikdə, həmin müddət keçdikdən sonra artıq Şəxs əməlində İXM-nin 374.1-ci maddəsinin tərkibi yaranmış olur. Başqa sözlə desək, iş materiallarına əsasən xx.xx.2022-ci il tarixli informasiya sorğusunun xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilməsi nəzərə alınsa 7 iş günü keçdikdən sonra, növbəti iş günü, yəni xx.xx.2022-ci il tarixdə Şəxs əməlində artıq İXM-in 374.1-ci maddəsinin tərkibi yaranmışdır. Lakin, mövcud vəziyyətdə onu həmin maddə ilə inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilən qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Gədəbəy rayon prokurorluğunda 69C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə belə, Şəxs isnad edilən inzibati xəta əməli xx.xx.2022-ci il tarixli informasiya sorğusuna 7 iş günü ərzində cavab verilmədikdən sonra törədildiyinə və bu fakt prokurorluğa həmin vaxt aşkar olduğuna görə, onun əməlinə münasibətdə İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti qeyd edilən 7 iş gününün bitdiyi tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, hazırki inzibati xəta haqqında material üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən hesablanmamalıdır. Çünki, həmin qərar cinayət prosessual qanunvericiliyin tələbləri əsasında Şəxs tərəfindən deyil, məhz X2 əməkdaşları tərəfindən oğurluq, rüşvət alma və ya vəzifə səlahiyyətlərini aşma hallarının olub-olmaması ilə əlaqədar aparılmış araşdırma nəticəsində qəbul edilmişdir. Şəxs “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozması ilə bağlı əməli isə müstəqil inzibati xəta olmaqla, X2 əməkdaşları tərəfindən oğurluq, rüşvət alma və ya vəzifə səlahiyyətlini aşma cinayət hadisələrinin törədilib-törədilməməsi ilə bağlı aparılmış araşdırma və həmin araşdırma nəticəsində qəbul edilmiş qərarla heç bir bağlılığı yoxdur. Bu səbəbdən, Şəxs İXM-in 374.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən deyil, inzibati xəta hadisəsinin baş verdiyi tarixdən hesablanmalıdır. Belə olan vəziyyətdə, hazırda Şəxs İXM-in 374.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmək üçün həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyi müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(125)-776/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-776/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver