Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-776/2024 06.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, X2 xx.xx.2024-cü il tarixli, EQ/19080084 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X6 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19080084 nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi və mülkiyyətində olan Chevrolet Cruize markalı **-FG-*** dövlət nişanlı avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə gələn zaman Bakı - Qazax yolunun müxtəlif kilometrlərində sürücülük hüququ olmadan idarə idarə etmə əsası ilə kameralara düşmüş və kameralar vastəsilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 332.3-cü maddəsi ilə bir neçə dəfə Gəncə şəhərinə çatanadək yol boyu inzibati cərimə tətbiq edilmişdir. Məlumat üçün bildirmişdir ki, qeyd olunan qərarlar ona rəsmi qaydada təqdim edilməmiş, yalnız bununla bağlı məlumatı Sms radar proqramı vastəsilə əldə etmişdir. Hesab edir ki, bu qanunsuzdur və həmin inzibati xəta haqqında protokol və qərarlar ləğv edilməlidir. Avtomobil ilə Bakı şəhərindən hərəkətə başlayan zaman onun sürücülük hüququ olmuş, sürücülük hüququnun məhdudlaşdırılması barədə onun heç bir məlumatı olmamışdır. Görünür avtomobillə Bakı-Qazax yolunda hərəkətdə olan zaman hansısa yol qayda pozuntusu törətdiyindən avtomatik olaraq pozuntu kameralar vasitəsilə müəyyən olunmuş və avtomatlaşdırılmış qaydada sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı elektron qaydada qərar qəbul edilmiş və bu məlumat mərkəzi informasiya bazasına ötürülmüşdür. SMS radar vasitəsilə əldə etdiyi məlumata əsasən bu qayda pozuntusunun qeydə alınma yeri Bakı-Qazax yolunun 241.1-ci km olmuş və bu barədə İXM-nin 332.3-cü maddəsi ilə protokol və qərar qəbul edilərək 50 manat miqdarında cərimə olunmuşdur. Bundan sonra yuxarıda qeyd etdiyi kimi bütün yol boyu quraşdırılmış kameralar, eləcə də Gəncə şəhərində yerləşdirilmiş kameralar bu halı nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobili idarəetmə kimi qəbul edərək artıq barəsində İXM-nin 332.3-cü maddəsi ilə əsassız olaraq protokollar tərtib etmişdir. Onun tərtib edilmiş protokoldan və qəbul edilmiş qərardan məlumatı olması mümkün deyil. Əməlin təkrarən törədilməsi halı əməldə qərəzli və məqsədli şəkildə törədildiyi halda mümkün olur. Hazırki vəziyyətdə isə onun ümumiyyətlə həmin vaxtlarda sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatı olmayıb və olada bilməzdi. Bütün hərəkət o, avtomobili ilə Bakı-Qazax yolu ilə üzü Qazax istiqamətində hərəkət edərkən yolda baş vermiş və bütün hərəkətlər elektron qaydada qeydə alınaraq onlayn qaydada qərar qəbul edilmişdir. Hesab edir ki, onun barəsində tərtib edilən protokol və qərarda göstərilən əməldə nəinki qərəzi olmamış heç bundan məlumatlı da olmamışdır. Başqa sözlə desək inzibati xətanın əlamətlərinin olması üçün onun qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi halı olmalıdır. Hazırkı vəziyyətdə nə əməlin qəsdən nə də ki, ehtiyatsızlıqdan törədilməsindən söhbət gedə bilməz. Odur ki, barəsində inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə inzibati qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin nümayəndəsinin və şikayətçinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan EQ 19080084 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə dair inzibati xətanın törədilməsinə görə 270 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Gəncə şəhər X7 tərəfindən sorğuya verilmiş cavabdan görünür ki, xx.xx.2024-cü il tarixli 3(125)-770/2024 saylı sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.2024-cü il tarixdə saat 21:59:04 radələrində Chevrolet Cruze markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən olunmuş surət həddini aşdığı üçün həmin avtomobilin mülkiyyətçisi X4 barəsində elektron qaydada EQ 19079957 saylı inzibati protokol tərtib edilərək AR-sı, İXM-n 328.3 və 327.7-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:25:10 radələrində qeyd edilən avtomobil yenidən yolda müəyyən olunmuş surət həddini aşdığı üçün barəsində elektron qaydada EQ 19080176 saylı inzibati protokol tərtib edilərək AR-sı, İXM-n 328.3 və 332.3cü maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 126.1.-ci maddəsində isə qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 327.7-ci maddəsinə əsasən 327.7. Bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə dair inzibati xətanın törədilməsinə görə 270 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Öz şikayətində X4 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirirək qeyd etmişdir ki, Cruize markalı **-FG-*** dövlət nişanlı avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə gələn zaman Bakı - Qazax yolunun müxtəlif kilometrlərində sürücülük hüququ olmadan idarə idarə etmə əsası ilə kameralara düşmüş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 332.3-cü maddəsi ilə bir neçə dəfə Gəncə şəhərinə çatanadək yol boyu inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan qərarlar ona rəsmi qaydada təqdim edilməmiş, yalnız bununla bağlı məlumatı sms radar proqramı vastəsilə əldə etmişdir. Hesab edir ki, bu qanunsuzdur və həmin inzibati xəta haqqında protokol və qərarlar ləğv edilməlidir. İş materiallarında olan məhkəmənin sorğusuna verilən cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:59:04 radələrində Chevrolet Cruze markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən olunmuş surət həddini aşdığı üçün həmin avtomobilin mülkiyyətçisi X4 barəsində elektron qaydada EQ 19079957 saylı inzibati protokol tərtib edilərək AR-sı, İXM-n 328.3 və 327.7-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:25:10 radələrində qeyd edilən avtomobil yenidən yolda müəyyən olunmuş surət həddini aşdığı üçün barəsində elektron qaydada EQ 19080176 saylı inzibati protokol tərtib edilərək ARsı, İXM-n 328.3 və 332.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərarla verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X4 Bakı-Qazax yolunda hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da onun İXM-nin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Bundan sonra İXM-nin 332.3-cü maddəsi ilə yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində əsassız olaraq protokollar tərtib etmişdir. X1 yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verməməsinə isnad edərək barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarla razılaşmamış və məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, qərardan şikayət vermiş X2 isnad etdiyi, hadisə zamanı onun təqsirinin olub-olmamasını təsdiq edən heç bir sübutun olmaması faktına münasibət bildirməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə qeyd edir ki, İXM-nin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Həmin məcəllənin 126.1.-ci maddəsində isə qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Belə ki, X4 Bakı-Qazax yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün yəni xx.xx.2024-cü il tarixdə saat 21:59:04 radələrində Chevrolet Cruze markalı, **- FG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən olunmuş surət həddini aşdığı üçün həmin avtomobilin mülkiyyətçisi X4 barəsində elektron qaydada EQ 19079957 saylı inzibati protokol tərtib edilərək AR-sı, İXM-n 328.3 və 327.7-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. Barəsində elektron qərar qəbul edilmiş və sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Lakin İXM-nin 126.1 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi qeyd olunsa da X3 bu hüquq tanınmamış həmin müddət ötmədən sürücülük hüququ məhdudlaşırılmışdır. İşin bu halı isə məhkəməyə belə qənaətə gəlməyə imkan verir ki, X2 Azərbaycan Respublikası İXMnin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurur. Belə olan halda X4 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə deyil, törətdiyi konkret qayda pozuntusuna görə məsuliyyətə cəlb olunmalı idi. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19080084 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19080084 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş X6 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-776/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-776/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver