Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-778/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, İ.Makayev küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, evli, orta təhsilli, Gəncə şəhəri, İ.Makayev küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan Şəxs Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 (043)-2869/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 25035 (iyirmi beş min otuz beş) manat mənləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu və 120 manat ekspertiza xərci tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu sonuncu izahatında borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, borclu beş ilə yaxın müddət ərzində heç bir ödəniş etməmişdir. Borclunun sistemdə əmək müqaviləsi görünsə də özü də izahatında bildirmişdir ki, həmin yerdə yalnız 10 gün işləmiş, daha sonra işdən çıxmışdır. Məhkkəmə qətnaməsi çıxan vaxtdan bu günədək heç bir ödəniş etməmişdir. Ödəniş etməməsinin səbəbi kimi borcunun 25500 deyil 8 min olmasını bildirir. Borclu icra sənədini üzrsüz səbəbdən icra etmir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs MMC əvvəlki məhkəmə prosesində 35.000 manat tələb edirdi, lakin məhkəmədə ekspertiza keçirildi və borc 25500 manata endi. Lakin real borc 8 min manatdır. Qətnamə qəbul olunana kimi müəyyən ödənişlər etmişdir.3 azyaşlı övladı var. Borcunu ödəməyə maddi imkanı yoxdur. Bu halları nəzərə alıb barəsində həbslə əlaqədar olmayan təbeh verilməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə zərərçəkmiş şəxsin səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 (043)- 2869/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, 25035 (iyirmi beş min otuz beş) manat mənləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu və 120 manat ekspertiza xərci Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 (043)-2869/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 (043)-2869/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün bildirişi xx.xx.2018-ci il tarixdə borclu Şəxs almışdır. İş materilaına əlavə edilmiş 14 aprel 2020-ci il tarixli xəbərdarlıqdan və 23 aprel 2020ci il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, borclu Şəxs inzibati məsuliyyətə cəlb olunması ilə bağlı xəbərdarlıqlar edilmişdir. İş materilaına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, borclu Şəxs qeydiyyatda olduğu evə baxış keçirilmiş lakin borclunun adına olan heç bir əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş təqdimatdan görünür ki, borclunun ölkədən getmə hüququnun məhdudulaşdırılması ilə bağlı Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə təqdimat verilmiş 14 avqust 2020-ci il tarixli 8(043)-89/2020 nömrəli Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərardadı ilə borclu Şəxs ölkədən getmə hüququ məhdudlaşdırılmışdır. İş materilaına əlavə edilmiş 26 noyabr 2021-ci il tarixli xəbərdarlıqdan və 03 dekabr 2021-ci il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, borclu Şəxs inzibati məsuliyyətə cəlb olunması ilə bağlı xəbərdarlıqdar edilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə təqdimat verilmişdir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2022-ci il tarixli 8(043)-15/2022 nömrəli Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərardadı ilə borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materilaına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, borclu Şəxs qeydiyyatda olduğu evə baxış keçirilmiş lakin borclunun adına olan heç bir əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materilaına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, borclu Şəxs qeydiyyatda olduğu evə baxış keçirilmiş lakin borclunun adına olan heç bir əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, borclu imkanı ilə bağlı borcu ödəyə bilmədiyini bildirirək, hissə-hissə borcu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu xx.xx.2018-ci il tarixdə borcun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, bugünədək heç bir ödəniş etməmişdir. Borclunun bugünədək qismən də olsa ödəniş etməməsi, məhkəmə qətnaməsində göstərilən miqdarla razı olmamasını, onun icra sənədini icra etmə imkanı olmasını lakin icra sənədinin icrasına səhlənkar yanaşdığını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-778/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-778/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver