Məhkəmə qərarları › İş №3(125)-779/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-779/2022

11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-779/2022 11.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-78/2013 saylı xx.xx.2013-cü il tarixli və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3431/2022 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X3 cəmi 12060 manat aliment məbləği tutularaq tələbkar X6 ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş izahatı alınmış məhkəmə qətnamələrində göstərilən 12060 manat pulun ödənilməsi tələb olunmuşdur. Lakin borclu həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Bununla da, borclu X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. X8 borcundan heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Anar Əliyev inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, borclu borcunu ödəməkdən boyun qaçırdığı üçün və həmin borcu ödəmədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, borclu barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, qəbzlər almadan tələbkara müəyyən ödənişlər etmişdir. Lakin, buna baxmayaraq borcunun olduğunu etiraf edir. Tələbkara aralarında heç bir mübahisəli vəziyyət yox idi və tələbkar onun yeni ailə həyatı qurmasını və həmin nikahdan uşaqlarının olmasını bilib aliment məsələsi ilə bağlı onu heç vaxt narahat etməmişdir. Lakin, son vaxtlar aralarında olan münasibət pozulduğundan tələbkar yığılmış aliment borcunu tələb etməyə başlamışdır. Odur ki, qərar qəbul edərkən ailə vəziyyətinin nəzərə alınmasını xahiş etdi. X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında tələbkarın istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə zəng olunmaqla onunla əlaqə yaradılaraq dindirilmişdir. Tələbkar izahatında bildirmişdir ki, hal-hazırda Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilmir. Borclu məhkəmə qərarları üzrə yaranmış aliment borcundan heç bir ödəniş etməmişdir. Bu vaxta qədər gözləməklə borcluya kifayət qədər güzəştlər etmişdir. Lakin, borclu buna baxmayaraq aliment borcunu ödəməmişdir. Odur ki, borcludan aliment borcunun ödənilməsini, əks təqdirdə onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-78/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh X3 2 azyaşlı uşağın saxlanması üçün hər ay hər birinə görə 50 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3431/2022 saylı xx.xx.2014-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh X3 2 azyaşlı uşağın saxlanması üçün hər ay hər birinə 80 manat olmaqla, cəmi 160 manat pul tutularaq, iddiaçı X6 ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-78/2013 saylı xx.xx.2013-cü il tarixli və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3431/2022 saylı xx.xx.2014-cü il tarixl icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını lazımınca təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, bugünədək icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar